Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1083/2021 31.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “X2 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Vüsal Xəlilov küçəsində yerləşən, 61 saylı mənzildən (əvvəlki: Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 1ci küçə, Döngə-2, ev 4) pasport qeydiyyatından çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvan: Abşeron ray, Xırdalan şəh. Quşçuluq Y/M, 1-ci küçə, Döngə-2. ev.4) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində **********72-10301 saylı reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 05.03.2020-ci il tarixdə vərəsəlik qaydasında onun adına qeydiyyata alınmışdır. Yuxarıda qeyd etdiyi ev hal-hazırda onun mülkiyyətindədir. Lakin, o mülkiyyətinə sərbəst sərəncam verə bilmir. Belə ki, qayınının keçmiş kürəkəni olan cavabdeh X3 mülkiyyətindəki mənzildə yaşamır və həmin mənzildə formal olaraq qeydiyyatda qalmaqda davam edir. Cavabdeh mənzildə formal qeydiyyatda qaldığına görə əlavə xərclər yaranır, mənzilin mülkiyyətçisi kimi həmin mənzildən sərəncam hüquqlarının həyata keçirilməsində çətinliklər meydana gəlir. Onu da qeyd etdi ki, X3 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsaslanaraq X2 pasport qeydiyyatından çıxarılması barədə Abşeron rayon Polis İdarəsinə rəsmi qaydada müraciət etməyinə baxmayaraq, Abşeron rayon Polis İdarəsi tərəfindən ona 11 fevral 2021-ci il tarixli imtina məktubu verilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etməyi qeyd olunmuşdur. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndə və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********72-10301 saylı reyestr nömrəli çıxarışın surəti, cavabdehin imtina məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Vüsal Xəlilov küçəsində yerləşən, 61 saylı mənzilin (əvvəlki: Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 1-ci küçə, Döngə-2, ev 4) mülkiyyətçisidir. Hazırki iddia tələbi üzrə 3-cü şəxs - X3 qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır və faktiki olaraq Rusiya Federasiyasında yaşayır. Belə ki, iddiaçının inzibati orqanda verdiyi razılıq ərizəsi əsasında 3-cü şəxs ona məxsus olan mənzilə pasport qeydiyyatına düşmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxs - X2 Abşeron rayonu, Xırdalan şəhəri, Vüsal Xəlilov küçəsində yerləşən, 61 saylı mənzilin (əvvəlki: Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 1-ci küçə, Döngə-2, ev 4) üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Vüsal Xəlilov küçəsində yerləşən, 61 saylı (əvvəlki: Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 1-ci küçə, Döngə-2, ev 4) fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Abşeron Rayon Polis İdarəsinə üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1083/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1083/2021
31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver