Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1084/2024 05.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3 (İddiaçı1 nümayəndəsi) iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “İddiaçı1, İddiaçı2, İddiaçı3, 2013-cü il təvəllüdlü X2, 2014-cü il təvəllüdlü X3 və 2019-cu il təvəllüdlü X4 onlara məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanda yerləşən 1 saylı evin, 31 nömrəli mənzilə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1- də yerləşən 31 saylı mənzilə dair 63,3 kv.metr sahəsən ibarət 4 otaqlı mənzil 018968 nömrəli Order ilə X5 məxsusdur. X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Belə ki, X1 məxsus mənzil ilə X5 məxsus mənzillərin nömrələri eyni olduğu üçün X6 qeydiyyatdan çıxarılma tələbi ilə bağlı Sumqayıt İnzibati Məhkəməyə müraciət etdiyi üçün Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1-də yerləşən 31 saylı mənzilə dair 63.3 kv.metr sahədən ibarət 4 otaqlı mənzildə olan iddiaçılar da qeydiyyatdan çıxarılmışdır. Belə ki, X7 və ərizəyə əlavə etdiyi arayışda göstərilən digər şəxslər özlərinə məxsus 1993-cü ildən yaşadıqları və qeydiyyatda olduqları mənzilindən qeydiyyatdan çıxarılmışdırlar. Hazırda isə vərəsəlik işi ilə bağlı heç bir quruma müraciət edə bilmirlər. Çünki şəxsiyyətini təsdiq edən sənəd öz qüvvəsini itirmişdir.İddiaçılar öz mənzilini sənədləri və 1993-cü ildən həmin mənzildə yaşamağı barədə arayışıda alaraq Abşeron Rayon Polis İdarəsinə müraciət etmişlər. İddiaçılar öz yaşadığı yerə görə qeydiyyata alınmaq xahişi ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh xahişini təmin etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Qeyd olunanlara əsasən iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə prosesində iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, hazırkı iddia tələbinə heç bir etirazının olmamasını və qərar qəbul olunacağı təqdirdə tərəfindən icra olunacağını bildirmişdir. Məhkəmənin təşəbbüsü ilə cəlb edilmiş üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 59/2-M-43279 nömrəli imtina məktubu, BKMD tərəfindən verilmiş 018968 nömrəli, xx.xx.1993-cü il tarixli Orderin təsdiqlənmiş surəti, Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhər 2 saylı Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Təmiri Sahəsi tərəfindən verilmiş arayışlar, ölüm haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqələrinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onun azyaşlı övladları Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanda yerləşən 1 saylı evin, 31 nömrəli mənzilin istifadəçisidirlər. Hazırkı iddia tələbi üzrə onların qeyd olunan mənzilə pasport qeydiyyatına almaq niyyətindədir. Belə ki, iddiaçılar sahibliyində olan evə pasport qeydiyyatına düşmək üçün cavabdehə müraciət etmiş lakin onların müraciəti müsbət həll edilməmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanda yerləşən 1 saylı evin, 31 nömrəli mənzil BKMD tərəfindən verilmiş 018968 nömrəli, xx.xx.1993-cü il tarixli Order əsasında iddiaçının mərhum ərinə ayrılmışdır. Mənzil xüsusi təyinatlı mənzildir və vətəndaşın müəsisədə işlədiyi müddət ərzində yaşaması üçün nəzərdə tutulmuşdur. İddiaçılar həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayırlar. Nəzərə alınmalıdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanda yerləşən 1 saylı evin, 31 nömrəli Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır və həmin mənzilə köçmə üçün iddiaçıya order verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıların yaşayış sahəsinə pasport qeydiyyatına alınması üçün heç bir maneə yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanda yerləşən 1 saylı evin, 31 nömrəli mənzilə pasport qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalı və iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanda yerləşən 1 saylı evin, 31 nömrəli mənzilə İddiaçı1, İddiaçı2, İddiaçı3, 2013-cü il təvəllüdlü X2, 2014-cü il təvəllüdlü X3 və 2019-cu il təvəllüdlü X4 pasport qeydiyyatına alınması vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Abşeron Rayoni, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1084/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1084/2024
05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver