Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1085/2021 27.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Quba rayon Zərdabi Bələdiyyəsinə qarşı “Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarının X5 torpaq ayrılmasına dair hissədə ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Quba rayon Zərdabi Bələdiyyəsinə qarşı “Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarının X5 torpaq alqı-satqısı barədə qərarının və 29 dekabr 2020-ci il tarixli, AN-İ ******* saylı Zərdabi bələdiyyəsi ilə X8 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarının X5 torpaq alqı-satqısına dair hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X8 iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu Zərdabi qəsəbəsində yaşadıqları mənzil ikimərtəbəli səkkizmənzilli binada yerləşir. Həmin binanın həyətində yerləşən 143 kv.m torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsində olmuşdur. Həmin sahədə ağaclar, gül-çiçək əkib becərmişdirlər. Müxtəlif illərdə həmin sahənin iddiaçıya satılması və ya icarəyə verilməsi barədə Zərdabi Bələdiyyəsinə müraciət etsə də, bələdiyyədən həmin sahənin mübahisəli olduğu üçün icarə müqaviləsinin bağlanması təxirə salınmış və ümumi istifadədə olan sahə olduğu üçün alqı-satqı müqaviləsinin obyektinin ola bilməməsi barədə cavab verilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, 2020-ci ildə cavabdeh X8 istifadəsində olan torpaq sahəsini bələdiyyədən icarəyə alıb, hətta tikili inşa edir. Bununla əlaqədar bələdiyyəyə müraciət etdikdə, bələdiyyədən ona bildirilmişdir ki, icarə müqaviləsi bir illik bağlanıb, müddət sona çatdıqdan sonra müraciətlərinə ədalətlə baxılacaqdır. İddiaçı qonşuluq münasibətlərini nəzərə alaraq həmin sahənin bərabər hissədə olmaqla ikisinin istifadəsinə verilməsinə etiraz etməmişdirlər. Müraciətlərinə baxılmadığından müxtəlif instansiyalara müraciət etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il 4 saylı qərarı ilə 29 dekabr 2020-ci il tarixində Zərdabi Bələdiyyəsi ilə X8 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Beləliklə yaşadıqları mənzilin ümumi istifadəsində olan torpaq sahəsi gizlin formada cavabdeh Mirzəcaninin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin alqı-satqısı barədə bələdiyyə qərarı və alqı-satqı müqaviləsi ilə hüquqları pozulmuşdur. "Bələdiyyə torpaqlarının idarə olunması” haqqında 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 7.2-cı maddəsinə əsasən “ümumi istifadədə olan, küçələrin, meydanların, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz”. Qanunun bu müdddüasmdan görünür ki, Zərdabi X1 mülkiyyətinə verdiyi torpaq sahəsi ümumi istifadədə olan sahədir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 32.1 -ci maddəsinə əsasən, “mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X17 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətini məhkəməyə təqdim etməmiş, şfahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X8 məhkəmə iclaslarında iştirak etməsədə, iddiaya münasibətini yazılı formada məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir. Ərizədə qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində yazılanlar tam əsassızdır, iddiaçı ərizədə yazır ki, uzun müddətdir ki, guya Quba rayon Zərdabi qəsəbəsində ki, mənzilin həyətində ki, 143 km torpaq sahəsi onların ixtiyarındadır. Halbuki, 20 ildən yuxarıdır ki, adı çəkilən binanın 1-ci mərtəbəsində özü yaşayır və həmin 143 km torpaq sahəsi öz istifadəsindədir və həmən 143 km torpaq sahəsi mənzilinin giriş-çıxışına aiddir və həmən torpaq sahəsi mənzilinin pəncərəsinin qarşısındadır, iddiaçının yazdıqlarına əsaslansalar adı çəkilən torpaq sahəsi başqa şəxslərə verilsəydi üçüncü şəxsin giriş-çıxış və evinin pəncərələri bağlanmalıdır. Buna görədə 20 ildən yuxarı istifadəsində olan torpaq sahəsi qanunla nəzərdə tutulma qaydalarına uyğun olaraq Bələdiyyə həmən torpağın üçüncü şəxsin istifadəsində olması və onun evinin giriş - çıxışı olmasına görə üçüncü şəxslə alqı-satqı olunub. İddiaçı onun 3 övladla dul qalmağından və qərəzlik yaradaraq istifadəsində və mülkiyyətində olan torpaq sahəsinə maneəçilikdən başqa məqsədi olmamışdır. İddiaçı iddiasını qəbul etmir və bunu onunla əsaslandırır ki, İddiaçı onun evinin giriş-çıxışını bağlamaq və evinin pəncərələrinin önünü kəsmək istəyir. Dəfələrlə adı çəkilən torpaq sahəsinə görə iddiaçı ilə aralarında sözsöhbətlər olmuşdur. Hətta Quba rayon Polis idarəsi iddiaçının böyük oğlu X11 ona xəsarət yetirdiyinə görə inzibatı tənbeh verilərək Quba rayon Məhkəməsi 20 gün həbs etmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Məhkəmə ilkin olaraq iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçının inzibati aktı mübahisələndirməyə subyektiv hüququ vardır. İddiaçı inzibati aktın mövcudluğu barədə cavabdeh inzibati orqan tərəfindən məlumatlandırılmamış, mübahisələndirilən inzibati aktı öyrəndikdən sonra iddia qaldırdığına görə, müddəti ötürməmiş, iddianın digər mümkünsüzlük əsası müəyyən edilməmişdir. Məhkəmə aşagıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia həmdə əsaslıdır. İddiaçı ərizəsində qeyd edir ki, Quba rayonu Zərdabi qəsəbəsində yaşadıqları mənzil ikimərtəbəli səkkizmənzilli binada yerləşir. Həmin binanın həyətində yerləşən 143 kv.m torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsində olmuşdur. Həmin sahədə ağaclar, gül-çiçək əkib becərmişdirlər. Müxtəlif illərdə həmin sahənin iddiaçıya satılması və ya icarəyə verilməsi barədə Zərdabi Bələdiyyəsinə müraciət etsə də, bələdiyyədən həmin sahənin mübahisəli olduğu üçün icarə müqaviləsinin bağlanması təxirə salınmış və ümumi istifadədə olan sahə olduğu üçün alqı-satqı müqaviləsinin obyektinin ola bilməməsi barədə cavab verilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, 2020-ci ildə cavabdeh X8 istifadəsində olan torpaq sahəsini bələdiyyədən icarəyə alıb, hətta tikili inşa edir. Bununla əlaqədar bələdiyyəyə müraciət etdikdə, bələdiyyədən ona bildirilmişdir ki, icarə müqaviləsi bir illik bağlanıb, müddət sona çatdıqdan sonra müraciətlərinə ədalətlə baxılacaqdır. İddiaçı qonşuluq münasibətlərini nəzərə alaraq həmin sahənin bərabər hissədə olmaqla ikisinin istifadəsinə verilməsinə etiraz etməmişdir. Müraciətlərinə baxılmadığından müxtəlif instansiyalara müraciət etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il 4 saylı qərarı ilə 29 dekabr 2020-ci il tarixində Zərdabi Bələdiyyəsi ilə X8 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Beləliklə yaşadıqları mənzilin ümumi istifadəsində olan torpaq sahəsi gizlin formada cavabdeh Mirzəcaninin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin alqı-satqısı barədə bələdiyyə qərarı və alqı-satqı müqaviləsi ilə hüquqları pozulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarına əsasən X4 həyətyanı məqsədilə 143 kv.m torpaq sahəsinin satılması barədə bələdiyyəyə etdiyi müraciət məqsədə müvafiq hesab edilməklə, həmin torpaq sahəsinin X2 ilə bağlı inzibati icraat başladılmışdır. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin faktiki istifadəsi ilə bağlı iddiaçı ilə üçüncü şəxs X8 arasında mübahisə olduğu, iddiaçının həmin torpaq sahəsinin onun icarəsinə və ya mülkiyyətinə verilməsi ilə bağlı iradəsinin mövcud olduğu və cavabdehində bundan məlumatlı olduğu halda, mübahisə predmeti torpaq sahəsinin X2 ilə bağlı inzibati icraatın başladılmasına iddiaçının cəlb edilməməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Məhkəməyə təqdim edilmiş, Quba rayon Zərdabi Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş, Zərdabi bələdiyyəsinin qulluqçusu-Aqrar Məsələlər üzrə Komissiyanın üzvü X6, Aqrar Məsələlər üzrə Komissiyanın üzvü Zərdabi qəsəbə sakini X13, Zərdabi qəsəbə sakini X10, Zərdabi qəsəbə sakini X12, X9 tərəfindən tərtib və təsdiq edilmiş 03.04.2019cu il tarixli Akta qeyd edilir ki, İddiaçı 20.04.2018-ci il tarixli şifahi müraciəti araşdırılmış və məlum olmuşdur ki, yaşadıqları 2 mərtəbəli 8 mənzilli yaşayış binasının arxasında yerləşən, ümumi istifadə torpaqlarına aid olan 150 kv.m uzun illərdir (Sovetlər Dönəmindən) İddiaçı istifadəsindədir. Göründüyü kimi cavabdeh bələdiyyə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının istifadəsində olmasını təsdiq etdiyi halda, onu inzibati icraata cəlb etmədən inzibati icraat aparmış, bununlada həm inzibati icraatla bağlı qanunvericiliyin, həm də bələdiyyə torpaqları ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməmiş və nəticədə iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, İnzibati icraat haqqında Qanunun 21-ci maddəsinə əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Cavabdeh inzibati orqan isə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması ilə bağlı aktı təsdiq etdiyi halda, onun iştirakı olmadan torpaq sahəsinin digər şəxsin mülkiyyətinə satılması ilə bağlı inzibati icraat apararaq, qanunvericiliyin qeyd edilən tələbini pozmuşdur. Cavabdeh inzibati orqan eyni zamanda İnzibati icraat haqqında Qanunun 24-cü maddəsinində tələblərini pozmuşdur. Həmin Qanunun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi inzibati orqan inzibati icraata başlayan zaman və inzibati icraatın gedişində işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmiş və qanunverciliyin qeyd edilən tələbini pozmuşdur. İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Göründüyü kimi mübahisələndirilən qərar inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz sayılmalı və ləğv edilməlidir. Məhkəmə bundan əlavə qeyd edir ki, mübahisə predmeti olan ikimərtəbəli səkkizmənzilli binaya bitişik torpaq sahəsinin alğı-satqı predmeti olmasının qanunvericiliyə uyğun olması ciddi şübhələr doğurur. Lakin yuxarıda qeyd edilənlər mübahisələndirilən inzibati aktın ləğvi üçün kifayət etdiyi üçün məhkəmə bununla bağlı əlavə araşdırma aparmağa zərurət görməmişdir. Cavabdeh inzibati orqanın diqqətinə çatdırılsın ki, məhkəmə mübahisənin pretmeti olan torpaq sahəsi ilə bağlı yeni icraat başladığı halda qeyd edilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarı X5 torpaqayırılması ilə bağlı hissədə ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin; Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarı X5 torpaqayrlması ilə bağlı hissədə ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1085/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1085/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver