Məhkəmə qərarları › İş №2-1(118)-1087/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1087/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1087/2021 16.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X23 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X8 (Sumqayıt Regional Vəkil Bürosunun vəkili, Corat qəsəbəsi, məhəllə 80, ev 265-də yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X9 (ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində Hüquq şöbəsinin hüquq məsləhətçisi, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Üçüncü şəxs X3 (işləməyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı qanuni nümayəndəsinin cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 7/25 saylı evdə yerləşən 28 saylı mənzilin özəlləşdirməsinin ləğv edilməsi və X3 adına verilmiş 06.09.2019-cu il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab olunması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəm iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı qanuni nümayəndəsi Məmmədova Fatma Müstəqim qızı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 7/25 saylı evdə yerləşən 28 saylı mənzilin özəlləşdirməsinin ləğv edilməsi və X3 adına verilmiş 06.09.2019-cu il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qanuni nümayəndəsi Məmmədova Fatma Müstəqim qızı X16 ilə 2007-ci ildən faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan onların xx.xx.2008-ci il tarixdə İddiaçı adlı qızı doğulmuşdur. O, Telman ilə qeyrirəsmi nikah münasibətlərinə daxil olduğu vaxtdan, yəni 2007-ci ildən Telmanın mərhum atasına ayrılmış Sumqayıt şəhəri, 9-cu mikrorayon, 7/25 saylı evdə yerləşən 28 saylı mənzildə yaşamış, indi isə qızı Banu ilə həmin mənzildə yaşayır. 09 noyabr 2017-ci il tarixdə onun həyat yoldaşı Telman vəfat etmişdir. Yuxarıda qeyd olunan mənzil 18.12.1969-cu il tarixdə 10/524 nömrəli orderlə qayınatası X6 verilmişdir. Həmin evin orderində adları qeyd olunan şəxslərdən biri də onun yoldaşı Telman olmuş, 2008-ci il tarixdən isə onun qızı Banu həmin mənzilə qeydiyyata alınmışdır. Sumqayıt şəhər Məhkəməsində mərhum yoldaşının qardaşı Mikayılov Əlizadə 2020-ci ilin mart ayında ona qarşı iddia qaldırmış və mənzildən çıxarılmağını məhkəmədən xahiş etmişdir. İş materialları ilə tanış olarkən ona məlum olmuşdur ki, Telmanın qardaşı Mikayılov Əlizadə evi 2019-cu il tarixdə özəlləşdirmiş və həmin mənzilə daşımaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. X17 vəfat etdikdən sonra mənzil kirayə müqaviləsi dəyişdirilməmiş, başqa kirayəçi ilə yeni kirayə müqaviləsi bağlanmamışdır. Lakin buna baxmayaraq mənzil qanunsuz olaraq Mikayılov Əlizadənin adına özəlləşdirilmişdir. Digər tərəfdən mərhum X7 həmin mənzili özəlləşdirmək hüququ olduğuna görə onun mənzilə dair gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Onun vəfatından sonra isə bu hüquq vərəsəlik qaydasında mərhumun eyni dərəcədən bütün vərəsələrinə şamil olunur. Bu halda faktiki nikah münasibəti ilə ailə qurduğu Telmanın da mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ olmuşdur. Onun vəfatından sonra isə bu hüquq onun 1-ci dərəcədən vərəsələrinə, o cümlədən qızı İddiaçı da aiddir. Buna görə də yuxarıda qeyd olunanlara əsasən mənzilin Mikayılov Əlizadə tərəfindən digər gözlənilən mülkiyyət hüququna malik şəxslərin, o cümlədən qızı Banunun qanuni nümayəndəsi kimi onun məlumatı və razılığı olmadan özəlləşdirilməsi qeyriqanuni olmuşdur. Buna görə də qeyd olunan mənzilin özəlləşdirilməsi ləğv edilməli və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X20 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Qüdrətli iddianı qəbul etmədi və izahat verərək bildirmişdir ki, mübahisəli mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdeh idarə tərəfindən hər hansı qanunsuzluğa yol verilməmidir. Mənzilin özəlləşdirilməsi ilə bağlı tələb olunan bütün sənədlər təqdim edildiyindən mənzil qanunun tələblərinə uyğun şəkildə özəlləşdirilmişdir. Şifahi məhkəmə baxışında üçüncü şəxs X30 oölu iddianı qəbul etməyərək izah etdi ki, ev 1969-cu ildə onun atasına verilmişdir. Onun atası 2010-cu ildə, anası 2016-cı ildə isə vəfat etmişdir. Orderdə onun və qardaşları Telman və Elmanın adı qeyd edilmişdir. Telmanın adı orderdə qeyd olunmayıb, o, 1970-ci ildə anadan olub. Anasının da vəfatından sonra o, qanunla tələb edilən bütün sənədləri təqdim edərək mənzili öz adına özəlləşdirmişdir. Banunun valideynlərinin rəsmi nikahı olmamışdır. Lakin Banu anası ilə mübahisəli mənzildə yaşamaqda davam edir. Mənzil özəlləşdirilərkən Banı yenkinlik yaşına çatmadığından onun razılığı tələb olunmamışdır. İş materiallarında olan: - AZE ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2008-ci il təvəllüdlüdür. - AZ-İ № 115736 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X1 Banu Telman qızının atası hesab edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 9 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Məmmədova Fatma Müstəqim qızı ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. - DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 4 X4 xüsusi mülkiyyətindədir. - Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 9 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 15.08.2019-cu il tarixli 2023 saylı arayışdan görünür ki, İddiaçı 2008-ci ildən ünvan 6 ünvanında qeydiyyatdadır. - AZ-İ № 911092 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 09.11.2017-ci il tarixdə vəfat etmişdir. - AZ-İİ №109223 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2008-ci iı təvəllüdlü İddiaçı ana qrafasında Məmmədova Fatma Müstəqim qızı, ata qrafasında X5 adı qeyd edilmişdir. - DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 23.04.2021-ci il tarixli **********41 saylı məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən hazırki müraciətin icrasını təmin etmək mümkün olmamışdır. - Sumqayıt şəhər Mənzil idarəsinin 18.12.1969-cu il tarixli 10/524 saylı orderdən görünür ki, ünvan 4 5 nəfər ailə üzvləri ilə birlikdə X6 ayrılmışdır. - AZ-İ № 427797 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 16.08.2010-cu ildə vəfat etmişdir. - AZ- İ № 800110 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X26 16.04.2016-cı ildə vəfat etmişdir. - Sumqayıt “Asan Xidmət” Mərkəzi tərəfindən təsdiq edilmiş razılıq ərizələrindən görünür ki, mübahisəli mənzildə qeydiyyatda olan X14, X21, X24, X27, X19, X2, X28, X15, X22 ərizə verərək Sumqayıt şəhəri, 9-cu mikrorayon, 7/25 saylı evdə yerləşən 28 saylı mənzilin X19, X22 və X4 adına özəlləşdirilməsinə etiraz etmirlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, üçüncü şəxs Ə.Mikayilov anasının vəfatından sonra mənzilə dair orderi, valideynlərinin ölüm haqqında şəhadətnamələrinin surətlərini və mənzildə qeydiyyatda olan ailə üzvlərinin razılıq ərizələrini təqdim etməklə mənzili özəlləşdirmişdir. İddiaçı mənzil özəlləşdirilərkən həmin mənzildə yaşasa belə, 18 yaşına çatmadığından özəlləşidrməyə onun razılıq ərizəsi tələb olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasəlar sadalanmışdır. Qanunun 8.0.11-ci maddəsində göstərilən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi həmin əsaslardann biridir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hazırki iş üzrə məhkəmə inzibati məhkəmə icraatının çərçivəsində inzibati orqanın hərəkətlərinin qanuni və ya qeyri-qanuni olmasına qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın hərəkətlərində qeyri-qanunilik müəyyən edilməmişdir. Cavabdeh orqan daxil olan sənədləri tam və əsaslı hesab edərək mübahisəli mənzili özəlləşdirmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar