Məhkəmə qərarları › İş №2-1(118)-1088/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1088/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1088/2020 02.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Cavabdeh təşkilatın nümayəndəsi X2 iştrakı ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində istifadəsində olan torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 88.0 kv.metrdən ibarət qeyri-yaşayış obyekti üzərində İddiaçımülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X8 şəhəri 11-ci mikrorayon ərazisində istifadədə olan sahəsində yerləşən, bir mərtəbəli, ümumi sahəsi 88.0 kv.metrdən ibarət qeyri–yaşayış obyektinin üzərində hüquqların qeydiyyata alınması üçün xx xxxxxx 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X12 müraciət etmişdir. Müraciət ərizəsinə hüququn qeydiyyata alınmasına əsas olan sənədləri torpaq sahəsinin ayrılması barədə qərarların surətini, sxematik planın təsdiq olunmuş lahiyə əlavə edilmişdi. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X14 xx xxxxxx 2020–ci il tarixli bildirişlə dövlət qeydiyyatının aparılmasından imtina etmişdir.Cavabdehin imtina bildirişində qeyd etmişdir ki, qeyri–yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər– tikintiyə icaə verilməsi barədə qərar, tikinti–lahiyyəsinin memarlıq planlaşdırma bölməsi əlvə edilməmişdir. Bundan başqa imtina da qeyd etmişdir ki, daşınmaz əmlaka yerində baxış təmin olunmamışdır. Hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X9 obyekt üzərində hüquqların qediyyatından imtina edilməsi barədə bildirişi əsassızdır. Bildirirdi ki, İddiaçı X4 şəhəri 11–ci mikrorayon ərazisində Memarlıq və Şəhərsalma idarəsinin təklilini nəzərə alaraq Sumqayıt şəhər XDS İK nın xx xxxxxx 1999cu tarixli qərarı ilə mağaza tikmək üçün 50 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 1 mərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir. Sonradan xx xxxxxxxx 1998-ci il tarixli X16 Hakimiyyəti Başçısının 07 sentyabr tarixli Sərəncamı ilə əlavə 30.0 kv.metr torpaq sahəsi ayrılmışıdır. Qeyd etdi ki, həmin qeyri- yaşayış binasını o vaxtdan istifadə olunur və o müəssisənin öz vəsaiti hesabına genişləndirilmişdir. Hal–hazırda ümumi sahəsi 88.0 kv.metrdir. Hal–hazıradək obyektdən təyinatına uyğun istifadə edilərək ona dair istifadə və sahiblik hüququnu həyata keçirilir. Lakin, qeyri-yaşayış binası inşa edilsə və uzun müddətdir ki, etiraşsız təyinatına görə istifadə edilməyə başlasa da ona dair mülkiyyət hüququnun dövlət qeydiyyatının rəsmiləşdirilməsi mümkün olmur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, müəssisə məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırlmışdır və müəyyən edilmişdir ki, İddiaçı təsisçisi X1 şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən qeyri–yaşayış binası üzərində “İddiaçı“ kiçik müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar xx xxxxxx 2019–cu il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X12 müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar müəssisənin nümayəndəsi X6 bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlə yanaşı tikintiyə imza ven'lməsi barədə qərar, tikinti layihəsinin memarlıq–planlaşdırma bölməsi tikinti obyektinin istismarına icazə sənədi təqdim olunmalıdır. Lakin. sözügedən müraciətə tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi əlavə edilməmişdir. Bundan başqa daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub–olmamasını müəyyənləşdirmək üçün müayinə baxışı keçirilməsinə şərait yaradılmadığından sənəd üzrə göstəricilərlə faktiki vəziyyətin bir–birlnə uyğun olub· olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, qeyd olunan çatışmazlıqlar aradan qaldırılaraq yenidən müraciət ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada yenidən baxılacağı “İddiaçı“ kiçik müəssisəsinin təsisçisi X6 bildirilmiş və bu barədə ona xx xxxxxx 2020–ci il tarixli **********05 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5rşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1–ci maddəsinə əsasən bu Məwllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qoıunan maraqlannın pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburelmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləıi etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3–ccı maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinə etirazımızı bildirərək. iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş edirik. Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin materiallara: Cavabdehin xx.xx.2020–ci il tarixli **********05 nömrəli imtina məktubu və etirazı, Sumqayıt şəhər XDS İK-nın xx xxxxxx 1999-cu tarixli qərarın surəti, X16 Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 704 nömrəli Sərəncamın surəti, Sumqayıt şəhər XDS İK xx.xx.1992-ci il tarixli, 20 nömrəli qərarın surəti, İddiaçı X3, X16 Hakimiyyəti memarlıq və şəhərsalma şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cu il tarixli plan və ölçü sənədləri və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işüzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 144-1–ci maddəsinə əsasən: 144–1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. 144–1. 2. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə" ıcazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində Yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. 144-1.3. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində Yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, iddiaçı sahibliyində olan əmlaka mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququna malikdir. Lakin həmin qeyri-yaşayış sahəsinin tikintisinə müvafiq icra hakimiyyəti orqanından verilməli olan icazə və tikili başa çatdıqdan sonra həmin qeyri yaşayış sahəsinin istismara qəbul edilməsi haqqında icazə sənədi mövcud deyil. Belə ki, İddiaçı X4 şəhər X10 Rəyasət Heyətinin xx xxxxxx 1992-ci il tarixli 20 saylı protokol əsasında mağaza tikmək üçün 50 m 2 torpaq sahəsi ayrılmış, X16 Hakimiyyətinin 704 saylı xx xxxxxxxx 1998-ci il tarixli sərancamı ilə İddiaçı mağazasının qarşısında yerləşən 30 m 2 torpaq sahəsinin yarmarkaların dislokasiyasına əlavə edilmiş və Sumqayıt şəhər Memarlıq və Şəhrəsalma idarəsi tərəfindən İddiaçı sahibliyində olan ticarət obyektinin rekonstruksiya lahiyəsi təsdiq edilmişdir. Göründüyü kimi İddiaçı qeyd olunan qeyri-yaşayış sahəsinin tikilməsinə lazımi qaydada icazə almamış, tikintini başa çatdırdıqdan sonra istismarına icazə sənədi almamış və yalnız həmin tikilinin rekonstruksiya lahiyəsi Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, İddiaçınə yalnız torpaq sahəsi ayrılmış və hazır ki, mübahisənin predmeti torpaq sahəsi deyil həmin torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış sahəsidir. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş, çoxmənzil|i binalara münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafıq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafıq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində istifadəsində olan torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 88.0 kv.metrdən ibarət qeyri-yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar