Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1088/2021 09.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “KOD 30103018 JN-216 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən valideynləri X6 və X2 verilmiş Qusar rayonu, Avaran kəndi ərazisində ayrı-ayrılıqda yerləşən 3 torpaq sahəsinə-0,37 ha, 0,62 ha və 0,30 ha torpaq sahələrinə dair adlarına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “KOD30103018 JN-216 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Qusar rayonu, Avaran kəndi ərazisində ayrı-ayrılıqda yerləşən 3 torpaq sahəsinə-0,37 ha, 0,62 ha və 0,30 ha torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, məhkəmədən “KOD 30103018 JN-216 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən valideynləri X6 və X2 verilmiş Qusar rayonu, Avaran kəndi ərazisində ayrı-ayrılıqda yerləşən 3 torpaq sahəsinə-0,37 ha, 0,62 ha və 0,30 ha torpaq sahələrinə dair adlarına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, atası X4 və anası X1 adına KOD 30103018 JN- 216 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir və həmin akta əsasən onlara 12 iyun 2001-ci il tarixdə Qusar rayonu, Avaran kəndi ərazisində ayrıayrılıqda yerləşən 3 torpaq sahəsi (0,37 ha, 0,62 ha, 0,30 hektar), ümumi sahələri cəmi 1,30 hektar olmaqla torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələri həm elektron bazada, həm də xəritədə öz əksini tapmışdır. Anası 03.04.2013-cü il tarixində, atası isə 02.09.2007-ci il tarixində vəfat etmişdi. 04 mart 2021-ci il tarixli X-23 nömrəli Qusar rayon notariat ofisi tərəfindən verilən məktubdan da görünür ki, o, atası və anasının vərəsələri sırasına daxil edilmişdir. Digər vərəsələr onun xeyrinə miras əmlakdan imtina etmişlər. Bütün bunları nəzərə alaraq həmin torpaq sahələrinə çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və ona gələn 29 mart 2021-ci il tarixli, 213420 001513 saylı İmtina məktubunda qeyd edilir ki, onun Qusar rayonu, Avaran kəndi ərazisində yeləşən mərhum X5 və X2 məxsus 1,30 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün onlara daxil olmuş ərizələrinə baxılmış və araşdırmalar zamanı müəyyən olunmuşdur ki, təqdim edilən sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, ərizəsinə əlavə edilmiş JN-216 nömrəli (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ında torpaq sahəsinin ölçüsü 1.30 hektar göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin torpaq sahəsinin ölçüsü 0,37 hektar kimi qeydiyyata alınmışdır. Ona görə də ərizəsinin icrasından imtina edilmişdir. Elektron bazada və xəritədə onun torpaq sahələrinin ölçüsü dəqiq göstərilməklə öz əksini tapmışdır. Sadəcə onların da dediyi kimi dövlət aktlarının qeydiyyatı kitablarında bu torpaq sahələrindən yalnız biri 0,37 hektar olanı öz əksini tapmışdır. Bu isə onun təqsiri nəticəsində baş verən bir hal deyil, əgər Daşınmaz Əmlak belə bir səhvə yol verib qeydiyyatı aparmayıbsa, bu onun çıxarış ala bilməməsi və hüquqlarının pozulması ilə nəticələnməməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Qusar rayonu, Avaran kəndi ərazisində yerləşən mərhum X5 və X2 məxsus 1.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 10.03.2021-ci il tarixli **********,**********, ********** qeydiyyat nömrəli ərizələr ilə müraciət etmişdir. Sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, ərizənizə əlavə edilmiş JN-216 nömrəli (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 1.30 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında, o cümlədən elektron məlumat bazasında olan xəritəyə əsasən həmin torpaq sahəsi 0.37 ha ölçüdə öz əksini tapmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9,1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3.bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 29.03.2021-ci il tarixli, **********13 qeydiyyat nömrəli məktubla imtina olunmuşdur. Qeyd olunduğu kimi mübahisələndirilən 1.30 ha torpaq sahəsi 216 nömrəli (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında, o cümlədən elektron məlumat bazasında olan xəritəyə əsasən həmin torpaq sahəsi 0.37 ha ölçüdə öz əksini tapmışdır. Bununla bağlı icraatda olan iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Qeyd olunanlara əsasən cavabdeh İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə iclasında nümayəndələrinin iştrakını təmin etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hazır ki, mübahisəyə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Torpağa mülkiyyət hüququna dair” JN-216 KOD 30103018 saylı Dövlət aktından görünür ki, X5 və X3 Qusar rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 25 iyun tarixli 9/4-1 saylı qərarı ilə verilmiş 1,30 ha torpaq sahəsi (sahəsi 3740 kv.m olan 216 saylı, sahəsi 6279,37 kv.m olan 216B saylı və sahəsi 3000 kv.m ollan 216N saylı) dövlət aktı qeydiyyat kitabında 08 nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ünvanladığı 04 mart 2021-ci il tarixli, X-233 saylı məktubunda İddiaçı X1 və X4 vərəsələri sırasına daxil olduğu qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanladığı 29 mart 2021-ci il tarixli məktubundan görünür ki, 1,30 ha torpaq sahəsi üzərində iddiaçının mərhum atası X4 və anası X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. -Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 19.06.2021-ci il tarixli, 212/18 saylı arxiv çıxarışından görünür ki, Şərq sovxozunun bazası əsasında yaranmış “Avaran BKT-da bağ sahəsindən əmlak payı düşən ailələrin siyahısında 72-ci sıra nömrəsində ailə başçısı olaraq X4 adı, ailə üzvlərinin sayı-2, əmlak payı bağ sahəsi 1,48 ha göstərilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “Torpağa mülkiyyət hüququna dair” JN- 216 KOD 30103018 saylı Dövlət aktı ilə 1,37 ha torpaq sahəsi iddiaçının mərhum atası İddiaçı və mərhum anası X2 məxsusdur. Həmin dövlət aktı qeydiyyat kitabında 12 iyun 2001-ci il tarixdə 08 nömrə ilə Qusar rayon torpaq şöbəsində qeydə alınmış, 12 iyun 2001-ci il tarixdə Qusar rayon torpaq şöbəsinin müdirinin imzası və Dövlət Yerquruluşu Layihə İnstitutunun müdirinin imzası və İnstitutun möhürü ilə təsdiq edilmişdir. Sözgedən torpaq sahəsi ümumilikdə 1,37 ha sahədən ibarət olmaqla üç ayrı torpaq sahəsidən (sahəsi 3740 kv.m olan 216 saylı, sahəsi 6279,37 kv.m olan 216B saylı və sahəsi 3000 kv.m ollan 216N saylı) ibarətdir. İddiaçı həmin torpaq sahəsi üzərində mərhum ata və anasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinanın əsası kimi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında həmin torpaq sahəsinin ölçüsünün 0,37 ha kimi qeydiyyata alındığını göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçının mərhum atası İddiaçı və mərhum anası X1 mülkiyyətində olan torpaq sahəsinə dair dövlət aktı 12 iyun 2001-ci il tarixdə onların adına qeydə alınmışdır. Sözügedən dövlət aktı ilə qeydiyyata alınmış 1,30 ha torpaq sahəsi üzərində iddiaçının mərhum ata və anasının mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. İddiaçı sözügedən torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını deyil, yeni nümunəli çıxarış verilməsi niyyətindədir və yuxarıda qeyd edilən hüquq normalarına görə 12 iyun 2001-ci ildə qeydə alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, daşınmaz əmlakın reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi qanunverici daşınmaz əmlakın reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasını qəbul etmişdir. JN-216 KOD 30103018 saylı Dövlət aktı isə heç kim tərəfindən mübahisələndirilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınmasını tələb etmək iddiaçının konstitusion hüququdur. Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, həmin dəlillər dövlət qeydiyyatının təkrar aparılmasından imtina üçün qanuni əsas sayıla bilməz. Belə ki, Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyniadlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerqurluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanı rayon (şəhər) torpaq şöbələri həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göründüyü kimi, orpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Məhkəmə hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, KOD 30103018 JN-216 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 216 saylı sahəsi 3740 kv.metrdən, 216B saylı sahəsi 6279 kv.metrdən və 216N saylı sahəsi 3000 kv.metrdən ibarət olan torpaq sahələri üzərində X4 və X1 mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. KOD 30103018 JN-216 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 216 saylı sahəsi 3740 kv.metrdən, 216B saylı sahəsi 6279 kv.metrdən və 216N saylı sahəsi 3000 kv.metrdən ibarət olan torpaq sahələri üzərində X4 və X1 mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1088/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1088/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver