Məhkəmə qərarları › İş №2-1(118)-109/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-109/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-109/2020 19.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "xxxx” MMC və “xxxx” MMC-yə 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********, ********** saylı VÖEN olan qeydiyyat vəsiqələrində qeyd edilən onun mülkiyyətində olan “Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 17B saylı evin, 3 saylı mənzil” hüquqi ünvanının ləğv edilməsi barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq, "xxxx” MMC və “xxxx” MMC-nin hüquqi ünvanları kimi onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 17B saylı evin, 3 saylı mənzilin ünvanının göstərilməsi səbəbindən həmin müəssiələrin hüquqi ünvanlarının ləğv edilməsini məhkəmədən xahiş edir. "xxxx” MMC, “xxxx” MMC və həmin müəssisələrin təsisçisi X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə mülkiyyətində olan mənzilə Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən bildiriş gəlmişdir. Həmin bildiriş "xxxx” MMC və “xxxx” MMC-yə hesablanmış cərimələr ilə bağlı idi. Əvvəl elə güman etmişdir ki, həmin bildiriş ünvanına səhv göndərilmişdir. Lakin sonradan İcra şöbəsindən aydınlaşdırarkən məlum olmuşdur ki, "xxxx” MMC və “xxxx” MMC-nin hüquqi ünvanı kimi onun mülkiyyətində olan və yaşadığı Xırdalan şəhəri, 27-ci məhəllə, 17B saylı evin 3 saylı mənzili göstərilmişdir. O, 2 saylı Ərazi Vergilər Departamentinə gedərək həmin qeydiyyatla bağlı heç bir məlumatı olmadığını və "xxxx” MMC və “xxxx” MMC-ni tanımadığını bildirmişdir. 2 saylı Ərazi Vergilər Departamentinin hüquq şöbəsinin əməkdaşları sənədlərə baxaraq ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qeydiyyat aparılarkən onun mülkiyyətində olan mənzilin ünvanının onun xəbəri olmadan hansı əsasla adı qeyd edilən müəssisələrin hüquqi ünvan kimi qeydiyyata alındığı məlum deyildir. Həmin təşkilatların reyestr məlumatlarına əsasən hər iki təşkilatın qanuni təmsilçisi X1r. O, belə bir adam tanımır. Bir ildən çoxdur ki, həmin müəssisələrin hüquqi ünvanı kimi onun mülkiyyətində olan mənzilin ünvanı qeydiyyata alınmış, həmin müəssisələr fəaliyyət göstərirlər, lakin mülkiyyətçi kimi onun bu olanlardan xəbəri olmamışdır. Bununla da "xxxx” MMC və “xxxx” MMC tərəfindən onun mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də hesab edir ki, həmin müəssisələrin hüquqi ünvanları ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər, yəni qurumun hüquqi ünvanının dəyişiklik edilməsi barədə səlahiyyətli orqanın qərarı təqdim edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. "xxxx” MMC və “xxxx” MMC-dən dövlət qeydiyyat məlumatlarının dəyişdirilməsi üçün 2 saylı Ərazi Vergilər Baş İdarəsinə Kommersiya qurumunun dövlət qeydiyyatı məlumatlarına dəyişiklik edilməsi ərizəsi ilə müraciət edilməmişdir. Azərbaycan Respublikası vergilər nazirinin xx.xx.2013-cü il tarixli **********206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”ın 1.11-ci bəndinə əsasən bu Qaydalarda təsbit olunmuş prosedurların yerinə yetirilməsi üçün ərizə və arayışlar vergi orqanına yalnız həmin müraciəti etmək səlahiyyəti olan və ya bu səlahiyyəti qanunvericilikdə müəyyən edilmiş qaydada əldə etmiş şəxslər tərəfindən imzalanmaqla təqdim edilə bilər. Ərizə və ya arayışı qəbul edən vergi əməkdaşı onun yalnız səlahiyyətli şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra Qaydalarda göstərilən iş proseslərinin yerinə yetirilməsini təmin etməlidir. Həmin Qaydaların 6.13-cü bəndinə əsasən vergi ödəyicisinin məlumatlarına dəyişiklik edilməsi vergi ödəyicisinin rəsmi müraciəti əsasında həyata keçirilir. Qanunvericilikdə müəyyən edilmiş qaydada səlahiyyət verilmədikdə, ərizələrin kənar şəxslərdən və yaxud uçota dayanmaq istəyən şəxslərin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Sadalanan normalardan aydın olduğu kimi, vergi ödəyicisinin vergi orqanında uçota alınması yalnız vergi ödəyicisinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş ərizə əsasında həyata keçirilə bilər. Məhkəmə iclasında cavabdeh vergi orqanın nümayəndəsi iştirak etməmiş və məhkəmə iclası onun nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X2 və "xxxx” MMC ilə “xxxx” MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, mahiyyəti baxımından əsaslı deyil. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həmin Qanun Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir. Həmin Qanunun 2.0 və 2.0.7-ci maddələrinə əsasən hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; 5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi; 5.3.2-1. təsisçi dövlət olduqda – təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat; 5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar. 5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən , publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır); 5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 5.4.3. təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti. 5.4.4. təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 5.4.4-1. qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) və qanuni təmsilçisi (təmsilçiləri), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd; 5.4.5. hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd; 5.4.6. qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti; 5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd; 5.4.8. təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd; Yuxarıda qeyd olunanlardan göründüyü kimi hüquqi şəxslərin dövlət qeydiyyatı, hüquqi şəxslər barədə məlumatların dövlət reyestrinə daxil edilməsi, habelə dövlət qeydiyyatı ilə bağlı dəyişikliklərin aparılmasına dair əsaslar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin qanunda hüquqi şəxsin dövlət qeydiyyatı zamanı hüquqi ünvana dair təsisçinin hüquqlarını təsdiq edən sənədlərin vergi orqanına təqdim edilməsi zəruri şərt kimi təsbit edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası vergilər nazirinin xx.xx.2013-cü il tarixli **********206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”ın 1.11-ci bəndinə əsasən bu Qaydalarda təsbit olunmuş prosedurların yerinə yetirilməsi üçün ərizə və arayışlar vergi orqanına yalnız həmin müraciəti etmək səlahiyyəti olan və ya bu səlahiyyəti qanunvericilikdə müəyyən edilmiş qaydada əldə etmiş şəxslər tərəfindən imzalanmaqla təqdim edilə bilər. Ərizə və ya arayışı qəbul edən vergi əməkdaşı onun yalnız səlahiyyətli şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra Qaydalarda göstərilən iş proseslərinin yerinə yetirilməsini təmin etməlidir. Həmin Qaydaların 6.13-cü bəndinə əsasən vergi ödəyicisinin məlumatlarına dəyişiklik edilməsi vergi ödəyicisinin rəsmi müraciəti əsasında həyata keçirilir. Qanunvericilikdə müəyyən edilmiş qaydada səlahiyyət verilmədikdə, ərizələrin kənar şəxslərdən və yaxud uçota dayanmaq istəyən şəxslərin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Qeyd edilən normalardan göründüyü kimi, vergi ödəyicisinin vergi orqanında uçota alınması yalnız vergi ödəyicisinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş ərizə əsasında həyata keçirilə bilər. Hazırki halda isə hüquqi ünvanla bağlı qeydiyyatın ləğvi ilə bağlı buna səlahiyyətli olan müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən inzibati orqana müraciət edilməsi müəyyən olunmur. Bu isə cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz olamdığını göstərir. İddiaçı qeyd edir ki, xx.xx.2019-cu il tarixdə mülkiyyətində olan mənzilə Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən bildiriş gəlmişdi. Həmin bildiriş "xxxx” MMC və “xxxx” MMC-yə hesablanmış cərimələr ilə bağlı idi. Əvvəl elə güman etmişdir ki, həmin bildiriş ünvanına səhv göndərilmişdir. Lakin sonradan İcra şöbəsindən aydınlaşdırarkən məlum olmuşdur ki, "xxxx” MMC və “xxxx” MMC-nin hüquqi ünvanı kimi onun mülkiyyətində olan və yaşadığı Xırdalan şəhəri, 27-ci məhəllə, 17B saylı evin 3 saylı mənzili göstərilmişdir. O, 2 saylı Ərazi Vergilər Departamentinə gedərək həmin qeydiyyatla bağlı heç bir məlumatı olmadığını və "xxxx” MMC və “xxxx” MMC-ni tanımadığını bildirmişdir. 2 saylı Ərazi Vergilər Departamentinin hüquq şöbəsinin əməkdaşları sənədlərə baxaraq ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qeydiyyat aparılarkən onun mülkiyyətində olan mənzilin ünvanının onun xəbəri olmadan hansı əsasla adı qeyd edilən müəssisələrin hüquqi ünvan kimi qeydiyyata alındığı məlum deyildir. Həmin təşkilatların reyestr məlumatlarına əsasən hər iki təşkilatın qanuni təmsilçisi X1r. O, belə bir adam tanımır. Bir ildən çoxdur ki, həmin müəssisələrin hüquqi ünvanı kimi onun mülkiyyətində olan mənzilin ünvanı qeydiyyata alınmış, həmin müəssisələr fəaliyyət göstərirlər, lakin mülkiyyətçi kimi onun bu olanlardan xəbəri olmamışdır. Bununla da "xxxx” MMC və “xxxx” MMC tərəfindən onun mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də hesab edir ki, həmin müəssisələrin hüquqi ünvanları ləğv edilməlidir. Məhkəmə hedsab edir ki, iddiaçı ilə "xxxx” MMC və “xxxx” MMC və ya həmin müəssisələrin təsisçisi qanuni təmsilçisi X2 arasında müəssisənin hüququ ünvanı barədə olan münasibətlər inzibati hüquq münasibətləri deyil və həmin hüuqu münasibətləri mülki hüquq münasibətləri kimi qiymətləndirilməlidir. Bu münasibətlərin müəyyən olunması isə mülki məhkəmə icraatında mövcud olan hüquqi müdafiyə vasitələri ilə həyata keçirilə bilər. Əgər iddiaçının xəbəri və iradəsi olmadan X2 iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın ünvanını təsisçisi və direktoru olduğu firmaların hüquqi ünvanı kimi qeydiyyatdan keçiribsə, bu halda sonuncunun cinayət məsuliyyəti yaranmış olur. İzah olunsun ki, iddiaçı birinci halda müvafiq ümumi məhkəməyə, ikinci halda isə cinayət təqibi orqanlarına müraciət etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati hərəkətləri qanunsuz olmadığı üçün iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar