Məhkəmə qərarları › İş №2-1(118)-109/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-109/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-109/2021 18.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 18 saylı Vəkil Bürosunda vəkil işləyən, Bakı şəhəri, Ə.Əliyev küçəsi 26, ev 7, mənzil 742-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “onun mərhum həyat yoldaşı X2 verilmiş xx xxxxxx 2002-ci il tarixli JN 0530 (Kod 41017018) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və X9 verilmiş xx.xx.2006-cı il tarixli JN- 716 nömrəli dövlət aktında göstərilən koordinatlar arasında mövcüd olan uyğunsuqluqların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “onun mərhum həyat yoldaşı X2 verilmiş xx xxxxxx 2002-ci il tarixli JN 0530 (Kod 41017018) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və X9 verilmiş xx.xx.2006-cı il tarixli JN-716 nömrəli dövlət aktında göstərilən koordinatlar arasında mövcüd olan uyğunsuqluqların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmınin xx.xx.2020-ci il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icaatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və əsaslandıraraq izah etdi ki, İddiaçı məhrum həyat yoldaşı X2 xx xxxxxx 2002-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Lakin, həmin Dövlət Aktında göstərilən torpaq sahəsinin koordinatları digər şəxsə məxsus olan və ona xx.xx.2006-cı il tarixdə verilmiş dövlət aktında da öz əksini tapmışdır. Halbuki, bu torpaq sahələri naturada üst-üstə düşmür, yəni tamam ayrı, bir-biri ilə əlaqəsi olmayan torpaq sahələrdir. Göründüyü kimi, cavabdeh tərəfindən səhvə yol verilərək X2 verilmiş xx xxxxxx 2002-ci il tarixli Dövlət Aktında göstərilən torpaq koordinatları X9 xx.xx.2006-cı il tarixdə verilmiş Dövlət Aktında göstərilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı ona xx xxxxxx 2012-ci il tarixli JN 0530 (kod 41017018) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(105)-754/2019 nömrəli qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Həmni qərardadda göstərilmişdir ki, iddiaçı ilk öncə koordinatların uyğunlaşdırılınası tələbi ilə cavabdehə müraciət edərək mövcud uyğunsuzluğun aradan qaldırılmasını tələb etməli, cavabdeh imtina etdikdə isə inzibati məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmalıdır. Bundan sonra iddiaçı cavabdehə rəsmi qaydada müraciət edərək, sözügedən dövlət aktlarında göstərilmiş koordinatları ilə bağlı uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir. Lakin cavabdehin xx xxxxxx 2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətinə imtina cavabı verilmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh DƏDRX-nin 14 saylı Ərazi İdarəsi nümayəndəsinin və üçüncü şəxs X11 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etirzaz ərizəsində bildirmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Aleksandrovanın mərhum həyat yoldaşı X2 ləğv olunmuş DTXK tərəfindən xx.xx.2002-cı il tarixdə verilmiş JN -0530 ( kod 41017018) nömrəli dövlət aktında qeyd olunan sahə, X10 xx.xx.2006-cı il tarixdə verilmiş JN - 716 ( kod 41017018) nömrəli dövlət aktında da öz əksini tapmışdır və M.A.Aydınov Şamaxı rayon DNK-da təsdiq olunmuş xx.xx.2008-ci il tarixli 4Ə-2/379 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 1.0 ha sahəni alqı-satqı etmiş, yerdə qalan hissələrə, o cümlədən həmin sahəyə xx.xx.2008-ci ildə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsi mübahisəli, yəni başqa şəxsin mülkiyyətində olduğuna görə ərizənin icrası qeyri-mümkün olmuşdur. Əvvəlki iclasda iştirak etmiş üçüncü şəxs X11 izahat verərək bildirmişdir ki, o, torpaq sahəsini 2004-cü ildə Qolotkina Mariya İvanovnadan alqı-satqı yolu ilə almış və 2008-ci ildə başqa şəxsə satmışdır. Sözügedən torpaq sahəsi ilə bağlı heç kimlə mübahisəsi yaranmamışdır. Torpaq sahələri bir-biri ilə həmsərhəd deyillər. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi icarədədir. Onun torpaq sahəsinin həmin mübahisəli torpağa aidiyyəti yoxdur. İş materiallarında olan : - DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş JN-05xx xxx 41017018 saylı dövlət aktından görünür ki, həmin akt Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 17 saylı qərarı ilə X3 və ailə üzvlərinə ayrılmış 0.72 ha torpaq sahəsinə dair verilmişdir. - DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş JN-06xx xxx 41017018 saylı dövlət aktından görünür ki, həmin akt Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 17 saylı qərarı ilə Qolotkina Mariya İvanovnaya və ailə üzvlərinə ayrılmış 0.72 ha torpaq sahəsinə dair verilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-754/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Ərazi idarəsinə qarşı JN 0530 (Kod 41017018) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. - xx xxxxxx 2004-cü il tarixli torpaq alqı-satqısına dair müqavilədən görünür ki, satıcı Qolotkina Mariya İvanovna Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 17 saylı qərarı ilə ona ayrılmış 0.72 ha torpaq sahəsini alıcı X9 satmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “onun mərhum həyat yoldaşı X2 verilmiş xx xxxxxx 2002-ci il tarixli JN 0530 (Kod 41017018) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və X9 verilmiş xx.xx.2006-cı il tarixli JN-716 nömrəli dövlət aktında göstərilən koordinatlar arasında mövcüd olan uyğunsuqluqların aradan qaldırılması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Onun müraciətinə cavab olaraq cavabdeh xx.xx.2019-ci il tarixli məktubu ilə bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi mübahisəli, yəni başqa şəxsin mülkiyyətində olduğu üçün, torpaq sahəsinin koorfdinatlarının dəyişdirilməsi mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması barədə) müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Göstərilən Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilir ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra — Xidmət) Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnaməyə əsasən daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərini həyata keçirmək, daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək (3.0.6), mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq (3.0.9) , inzibati ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədi ilə onların sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, xəritələri hazırlamaq və təsdiq etmək (3.0.20), bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və torpaqları müvafiq bələdiyyələrə təhvil vermək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək (3.0.24) həmin Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı cavabdeh DƏDRXnin 14 saylı Ərazi İdarəsinə qarşı ona xx xxxxxx 2012-ci il tarixli JN 0530 (kod 41017018) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasə üzr işə baxılarkən məhkəmə tərəfindən mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestr Xidmətinə müraciət edilmişdir. İş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 08/0051 saylı xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, mərhum X2 JN-0530 (kod 41017018) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə verilmiş 0,72 ha torpaq sahəsi naturada mövcuddur. Həmin torpaq sahəsi V.N.Svixnuşinə dövlət aktı ilə verilmiş torpaq sahəsinin koorinatları ilə eynilik təşkil edir. Sənəd ilə faktiki torpaq sahəsinin koordinatları arasında fərq yaranmır. Dövlət aktında qeyd olunan koordinatlar, başqa şəxsə məxsus torpaq sahəsinin koordinatları ilə bütünlükdə üst-üstə düşür. Sözügedən sahəyə DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən X9 JN-0716 (kod 41017018) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” verilmişdir. Həmin sənəd əsasında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən X9 xx.xx.2008-ci il tarixdə çıxarış verilmişdir. Sənəd iddiaçıya JN-0530 (kod 41017018) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə verilmiş 0,72 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə hesab edir ki, göstərilən dövlət aktları arasında yaranmış uyğunsuzluqların aradan qaldırılmasını tələb etmək üçün iddiaçının subyektiv hüququ yaranmışdır. Torpaq sahəsinin yerində koordinatlarının düzgün və dəqiq müəyyən edilməməsi iddiaçının ərindən miras qalmış həmin torpaqdan sahiblik, isifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı mərhum həyat yoldaşı X2 verilmiş xx xxxxxx 2002-ci il tarixli JN 0530 (Kod 41017018) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında və X9 verilmiş xx.xx.2006-cı il tarixli JN- 716 nömrəli dövlət aktında göstərilən koordinatlar arasında mövcüd olan uyğunsuqluqların aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Mərhum X2 verilmiş xx xxxxxx 2002-ci il tarixli JN 0530 (Kod 41017018) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında və X9 verilmiş xx.xx.2006-cı il tarixli JN- 716 nömrəli dövlət aktında göstərilən koordinatlar arasında mövcüd olan uyğunsuqluqların aradan qaldırılması öhdəliyi cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar