Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1091/2020 24.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ xx xxxxxx 2020-ci il Sumqayıt şəhəri Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh müdiri Kənan İmaməliyevə qarşı iş yerində işinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi, əvvəlki iş yeri olan Zəngilan rayon 26 saylı tam orta məktəbində müəllimə vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq əvvəlki işindən məhrum etmiş bütün vaxt üçün, eyni zamanda əmək haqqının tam ödənilməmiş vaxt üçün, yəni xx xxxxxxxx 2016-cı il tarixdən başlayaraq işə bərpa olunacağı günə kimi olacaq orta əmək haqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh müdiri Kənan İmaməliyevə və Zəngilan rayon 26 saylı tam orta məktəbin direktoru Novruz Sahilova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş yerində işinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi, əvvəlki iş yeri olan Zəngilan rayon 26 saylı tam orta məktəbində müəllimə vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq əvvəlki işindən məhrum etmiş bütün vaxt üçün, eyni zamanda əmək haqqının tam ödənilməmiş vaxt üçün, yəni xx xxxxxxxx 2016-cı il tarixdən başlayaraq işə bərpa olunacağı günə kimi olacaq orta əmək haqqının cavabdeh Zəngilan rayon 26 saylı tam orta məktəbindən tutularaq onun xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbini və cavabdehlərin sırasını dədqiləşdirmək təklif edilmişdir. Budan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərziə verərək cavabdeh qismində Zəngilan ryon Təhsil şöbəsinin müdiri Kənan İmaməliyevin göstərilməsi və iddia tələbinin “iş yerində işinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi, əvvəlki iş yeri olan Zəngilan rayon 26 saylı tam orta məktəbində müəllimə vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq əvvəlki işindən məhrum etmiş bütün vaxt üçün, eyni zamanda əmək haqqının tam ödənilməmiş vaxt üçün, yəni xx xxxxxxxx 2016-cı il tarixdən başlayaraq işə bərpa olunacağı günə kimi olacaq orta əmək haqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növləri müəyyən edilmişdir ki, həmin iddia növləri üzrə də cavabdehin inzibati orqan olması şərtdir. Lakin hazırki iş üzrə cavabdeh olan Cavabdeh və ya Cavabdeh müdiri Kənan İmaməliyev inzibati orqan olmamaqla Azəraycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda qeyd edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə cavabdeh inzibati orqan olmadığından iddia tələbinə inzibati məhkəmə icraatında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiacının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən cəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nomrəli Qərarında gostəlir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması ucun zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti uzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona gorə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər uzrə icraat qaydasında baxılmalı olan mubahisələrə dair iddialar mumkun sayılmamalı, iddiacıya aidiyyəti uzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər uzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.” Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh müdiri Kənan İmaməliyevə qarşı iş yerində işinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi, əvvəlki iş yeri olan Zəngilan rayon 26 saylı tam orta məktəbində müəllimə vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq əvvəlki işindən məhrum etmiş bütün vaxt üçün, eyni zamanda əmək haqqının tam ödənilməmiş vaxt üçün, yəni xx xxxxxxxx 2016-cı il tarixdən başlayaraq işə bərpa olunacağı günə kimi olacaq orta əmək haqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalı və iddiaçıya müvafiq iddia ilə cavabdehin yerləşdiri yer üzrə Zəngilan rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh müdiri Kənan İmaməliyevə qarşı iş yerində işinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi, əvvəlki iş yeri olan Zəngilan rayon 26 saylı tam orta məktəbində müəllimə vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq əvvəlki işindən məhrum etmiş bütün vaxt üçün, eyni zamanda əmək haqqının tam ödənilməmiş vaxt üçün, yəni xx xxxxxxxx 2016-cı il tarixdən başlayaraq işə bərpa olunacağı günə kimi olacaq orta əmək haqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1091/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1091/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver