Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1092/2021 22.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüquqlarının qeydə alınaraq nüvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən torpaq sahəsinə dair mərhum həyat yoldaşı X3 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüquqlarının qeydə alınaraq nüvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Abşeron rayon X7 30 oktyabr 2004-cü il tarixli 39 saylı qərarı əsasında onun mərhum həyat yoldaşı X5 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin tarixdə torpaq sahəsinə nişangahlar qoyduqdan sonra X5 təhvil verilməsinə dair akt da tərtib olunmuşdur. Onun mərhum həyat yoldaşı 13.02.2019-cu ildə vəfat etmişdir. Onun mərhum həyat yoldaşının adına torpaq sahəsinə dair vərəsəlik işinin açılması ilə bağlı 8 saylı notariat ofisinə müraciət etsə də, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün hüquqmüəyyənedici sənədin verilməsi cavabdehdən xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 09.04.2021-ci il tarixdə buna dair imtina məktubu verilmişdir. Lakin o, sözügedən imtinanı əsassız hesab edir. İmtina məktubu belə əsaslandırılmışdır ki, alqı-satqı aktı 18 iyun 2020-ci il tarixdə verilmiş və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi əlavə olunmamışdır. 16 aprel 2021-ci il tarixli 99 nömrəli rəy memarlıq və tikinit şöbəsi tərəfindən verilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvəvlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, aparılan araşdırma zamanı X11 tərəfindən X5 0.10 ha torpaq sahəsinin 30 oktyabr 2004-cü il tarixdə ayrılmasına baxmayaraq, alqı- satqı aktının 18 iyun 2020-ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. İş materiallarında olan : - -Abşeron rayon X7 30.10.2004-cü il tarixli 39 saylı qərarından çıxarışdan görünür ki, X5 Bələdiyyə torpaqlarının Baş planına əsasən 0.10 ha torpaq sahəsi ayrılmış, X7 Baş inkişaf planı əsasında torpaq sahəsi yerində ölçülüb nişangahlar qoyulduqdan sonra vətəndaş X5 təhvil veriləcəyi bildirilmişdir. - 30.10.2004-cü il tarixli aktdan görünür ki, X5 Aşağı Güzdək qəsəbəsinin Baş inkişaf planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahəsindən yerində ölçüb nişangahlar qoyulduqdan sonra X5 təhvil verildiyi qeyd olunmuşdur. - -Bakı şəhəri 8 saylı Notariat ofisinin 19.02.2020-ci il tarixli 317 saylı məktubdan görünür ki, 30.11.1956-cı il tarixdə anadan olmuş 13.02.2019-cu il tarixdə ölmüş X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 30/2020 nömrəli vərəsəlik işi açılmışdır. X3 vəfat etməsi ilə əlaqədar 2020-ci ildə onun vərəsələrindən İddiaçı notariat ofisinə müraciət etmişdir. Sizdən xahiş edirik ki,vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X3 adına olan Aşağı Güzdək qəsəbəsi ünvanda yerləşən torpaq sahəsinə X3 adına hüquqmüəyyənedici sənəd (çıxarış) verməsi xahiş olunmuşdur. X3 adına hüquqmüəyyənedici sənəd (çıxarış) verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilir. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, mərhum X8 tərəfindən Aşağı Güzdək bələdiyyə orqanına 28.10.2004-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə Bələdiyyə orqanının iclasında baxılmış və X14 bələdiyyə ərazisində 0.10 ha torpaq sahəsinin satılması barədə 30.10.2004-cü il tarixli 39 nömrəli qərar qəbul eidlmişdir. Bunun müqabilində mərhumə X8 tərəfindən Abşeron rayon Kapital Bankının **********0 saylı hesabına əvvəlcədən 840.000 (168) manat haqq ödənilmişdir. X15 bələdiyyə orqanının nümayəndəsi X1 iştirakı ilə 18.06.2020-ci il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. - -DTXK Abşeron rayon şöbəsinin 29.10.2004-cü il tarixli 687 saylı qərarından görünür ki, X5 0.10 ha torpaq sahəsi o şərtlə verilir ki, veriləcək sahələrdə yeraltı və yerüstü kommunikasiya – qaz, su, neft, kabel, elektrik, telefon xətlərinin olmadığı və həmin torpaqların kəmərlərinin və xətlərin mühafizəsi zonasında yerləşmədiyi müəyyən edildikdən sonra ilkin torpaqayırma sənədləri tərtib edilsin və torpaqda tikinti işləri aparılması nəzərdə tutularsa, tikinti işlərindən əvvəl tikintinin layihəsi tərtib edilməli və təsdiq edilməli, həmçinin tikintiyə başlamaq üçün icazə alınmalıdır. - -DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 09.04.2021-ci il tarixli **********24 saylı məktubundan görünür ki, aparılan araşdırma zamanı X12 tərəfindən X5 0.10 ha torpaq sahəsinin 30 oktyabr 2004-cü il tarixdə ayrılmasına baxmayaq alqı-satqı aktının 18 iyun 2020-ci il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Güzdək bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. -Abşeron rayon İcra Hakimiyyətinin 16.04.2021-ci il tarixli 99 saylı X7 müraciətinə əsasən torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılmasına dair rəyindən görünür ki, X7 müraciət məktubu əsasında kəndin sənədləşdirilməsi nəzərdə tutulan 0.10 ha torpaq sahəsinə yerində baxış keçirilmişdir. Vizual baxış zamanı torpaq sahəsinin yaşayış məntəqəsi hüdudları daxilində yerləşdiyi və sahədə hər hansı mühəndis-kommunikasiya xəttinin olmadığı aşkar edilmişdir.“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında ’’ Əsasnamənin 10-cu maddəsinin tələbinə uyğun olaraq təqdim olunmuş yerquruluşu planına əsasən sahəsi 0.10 ha olan torpaq sahəsinin satılması məqsədilə mülkiyyət hüququnun qeydiyyata alınmasına aşağıdakı şərtlər daxilində etiraz edilmir: Sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsində mühəndis kommunikasiya xətlərinin keçib-keçməməsinin dəqiqləşdirilməsi məqsədilə planda göstərilən torpaq sahəsi aidiyyəti təşkilatlarla razılaşdırılmalı, qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi alınmalıdır.Sənədləşdirilən torpaq sahəsində kommunikasiya xətti keçərsə və mövcud xəttin sahədən çıxarılması zərurəti yaranarsa həmin xətt Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırıldıqdan sonra sifarişçinin vəsaiti hesabına sahədən kənarlaşdırıla biləcəyi bildirilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi satılması barədə bələdiyyə qərarı qəbul edilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaqların alqı-satqısı zamanı müvafiq aktın tərtib olunması nəzərdə tutulmuşdur. İşdən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti memarlıq xidmətinin rəyi torpaq sahəsi satılan zaman deyil, 16.04.2021-ci il tarixdə, yəni cavabdeh inzibati orqan imtina cavabı verdikdən sonra alınmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İddiaçı sözügedən Qanunun 8.0.1 və 10.2.1-ci maddələrində nəzərdə tutulan əsas kimi Abşeron rayon X7 30.10.2004-cü il tarixli 39 saylı qərarına istinad edir. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə əsasən yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi nəzərdə tutur (bənd 3); Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrlə yaranır. - 65-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (bənd 2); Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (bənd 5); Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (bənd 6); Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (bənd 7); Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (bənd 8). Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir İddiaçının torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsi üçün əsaslardan biri, yəni torpağın ayrılmasına dair qərar mövcud olsa da, torpağın satılmasına dair rayon memarlıq xidmətinin rəyi alınmamışdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı verdiyi imtina cavabı mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1092/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1092/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver