Məhkəmə qərarları › İş №2-1(118)-1094/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1094/2020

02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1094/2020 02.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Siyəzən rayon Siyəzən Bələdiyyəsinə, Cavabdeh2nə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X1rşı “Siyəzən bələdiyyəsinin adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışın və ona aid digər sənədlərin ləğv edilməsinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Siyəzən rayon Siyəzən Bələdiyyəsinə, Cavabdeh2nə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X1rşı “Siyəzən bələdiyyəsinin adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışın və ona aid digər sənədlərin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,iddiaçı 1995-ci ildə Siyəzən rayonunun o vaxtkı İcra Hakimiyyəti başçısının xahişi ilə Siyəzən şəhəri ərazisində əhalinin ümumi istifadəsi üçün 30(otuz) kv. m. torpaq sahəsində dayanacaq inşa etmişdir. Həmin torpaq sahəsinə və mülkiyyətə dair sənədi almamışdır. 2014-cü ilə qədər həmin dayanacağın işıqlandırılması və təmizliyi iddiaçının hesabına olmuş, bir sözlə həmin daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə fasiləsiz və etirazsız sahiblik etmişdir. 2014-cü ildə həmin dayanacaq funksiyasını itirmiş, belə ki, arxa tərəfdə avtovağzal binası tikilmişdir. O səbəbdən RİH-nə rəsmi məktubla müraciət edərək həmin dayanacağın altındakı torpaq sahəsinə iddiaçıya mülkiyyət hüququ verilməsinə razılıq verilməsini xahiş etmişdir. Cavab məktublarında sözügedən tikili əhalinin ümumi istifadəsində olduğuna görə həmin yerin digər məqsədlər üçün istifadəyə verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. 2019-cu ilin sentyabr ayında iddiaçı məlumat almışdır ki, həmin torpaq sahəsi satılmışdır. Daha sonra səhhətində baş vermiş xəstəlik səbəbindən uzun müddət bu məsələ ilə əlaqədar məşğul ola bilməmişdir. 2020-ci ilin yanvar ayında yenidən RİH-nə bu məsələ ilə əlaqədar rəsmi müraciət etmişdir. RİH-nin rəsmisi həmin torpaq sahəsinin satıldığını bilsə də iddiaçıya cavabında bildirmişdir ki, qeyd edilmiş tikilinin altında yerləşən rorpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsinə aiddir və xüsusi mülkiyyətə verilə bilməz. İddiaçıya digər yerdən torpaq sahəsi almağı tövsiyyə edib. Siyəzən Bələdiyyəsi həmin dayanacağın yerləşdiyi 0.003 ha torpaq sahəsinə dair adına mülkiyyət sənədi əldə etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X4 tərəfindən həmin torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı bildirmişdir ki, həmin torpaq sahəsi, üzərində yerləşən dayanacaqla birlikdə vahid daşınmaz əmlak kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışdanda göründüyü kimi yalnız torpaq sahəsinə mülkiyyət sənədi verilmişdir. Bundan əlavə həmin torpaq sahəsi iddiaçıya veriləndə həmin vaxt bələdiyyələr belə mövcud deyildi. Ona görə də həmin əmlak bələdiyyəyə deyil, ilk növbədə iddiaçıya təklif edilməli idi. İddiaçı Siyəzən bələdiyyəsi tərəfindən yol verilmiş qanunsuzluqlarla bağlı Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə müraciət etmişdir. Cavab məktubunda qeyd olunan 30kv.m. torpaq sahəsinin sahibkarlıq-tikinti təyinatlı, bələdiyyənin ehtiyyat fond kateqoriyalı torpaqlarına aid olması, ümumi istifadədə olan torpaqlar kateqoriyasına aid olmadığı göstərilmişdir. Göründüyü kimi qeyd olunan daşınmaz əmlka hüquqların qeydiyyatı əsassızdır, ona görə də Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə,bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmiş istənilən şəxs qeydiyyatın çıxarılması və dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Daşınmaz əmlakın dövlər reyestri haqqında Azərbaycan Respublikasının 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasına dəvət olunsada məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materillarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Siyəzən rayon Siyəzən Bələdiyyəsinə, Cavabdeh2nə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X3 cavabdeh kmi göstərsədə, Siyəzən bələdiyyəsinin adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışın və ona aid digər sənədlərin ləğv edilməsini istəyir. Göründüyü kimi iddiaçı müxtəlif orqanları cavabdeh kimi göstərsədə onlara tələb yönəltməmişdir. İnzibati məhkəmə icraatında tələb yönəlməyən inzibati orqanın cavabdeh olması və bir tələbin müxtəlif orqanlara yönəlməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə görədə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar