Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1096/2020 07.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X6 (işləməyən, Xaçmaz şəhəri, Xətai küçəsi ev 5-də yaşayan), Cavabdehin nümayəndəsi X1 (DSMF-nin Məhkəmə Mübahiəsləri ilə İş üzrə Mərkəzi filialında müəxəssis işləyən, Cəbrayıl şəhəri, S.Vurğun küçəsi ev 13-də qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdehAzərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin2 saylı Regionaıl Ərazi filialına qarşı 1982-ci ilin mart ayından 1984-cü ilin may ayınadək Gəndov sovxozunda işlədiyi və oğlu – l qrup əlul X10 xx.xx.1990-cı il tarixdən qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıtələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xaçmaz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəndov sovxozunda işlədiyi və oğlu – l qrup əlul X10 xx.xx.1990-cı il tarixdən qulluq etdiyinə görə 30 il sosial sığorta stajının hesablanması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X14 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçının 1982-ci ilin mart ayından 1984-cü ilin may ayınadək Gəndov sovxozunda işlədiyi və oğlu – l qrup əlul X10 xx.xx.1990-cı il tarixdən qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi yanında Cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası Əmək və X17 Nazirliyinin tabeliyində Dövlət X18 2 saylı Regional Əfrazi fililaı ilə əvəz etmişdir. Şifahi məhkəmə baxışında iddiaçının nümayəndəsi X14 iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı 5 uşaq anasıdır. Uşaqlarından biri – xx.xx.1990-cı il təvəllüdlü X16 anadangəlmə psixiki qüsurlu doğulmuşdur. Nurlana müddətsiz əlillik dərəcəsi verilmişdir. O, psixiki qüsuruna görə öz hərəkətlərinin mənasını dərk etmir, özü-özünü idarə edə bilmir və onun daimi kənar qulluğa ehtiyacı vardır. Nurlan anası tərəfindən idarə edilir, iddiaçı onun bütün ehtiyaclarını ödəyir. Bundan başqa iddiaçı 1982-1984-cü ildə Gəndov üzümçülük sovxozunda işləmişdir. İddiaçı ona güzəştli şrtlərlə yaşa görə əmək pesniyasının təyin olunması üçün DSMF-nin Xaçmaz rayon Şöbəsinı mürciət etmişdir. Lakin ona imtina məktubu verərək bildirilmişdir ki, Gəndab üzümçülük sovxozunda işlədiyi 1982-1984-cü illər əmək kitabçasında qeyd edilmədiyi və Nurlan adlı uşağına dekabr 2014-ci il tarixdən əvvəl qulluq etməyi sənəd ilə təsdiq olunmadığı üçün 25 il sığorta stajı yaranmır. Bu səbəbdən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Bununla bağlı iddiaçının nümayənəsi iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4iddianıqəbul etmədi və izah etdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikadı Qanununun 8-ci maddəsinə əsasən 18 yaşa kimi sağlamlıq imkanları məhdud uşağını 8 yaşa kimi tərbiyə etmiş analar Qanunun 7-ci maddəsində göstərilən yaş həddi 5 il azaldılmaqla minimum əmək pensiyasına hüquq verən pensiya kapitalına malik olduqda və ya 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququna malik olurlar. İddiaçı 1982-1984-cü illərdə Gəndab üzümçülük sovxozunda işlədiyi müddət əmək kitabçasında qeyd olunmadığından həmin müddətin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bundan başqa onun l qrup əlil uşağına qulluq etməsi Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ilə rəsmiləşdirilmişdir. Bu dövr nəzərə alınmaqla onun cəmi 13 il 2 ay sığorta stajı toplanmış olur. Sənədlərə əsasən iddiaçı aprel 2007-ci ıl tarixə kimi Şabran (keçmiş Dəvəçi) rayonunda yaşamış və xəstə uşağı üçün müavinəti xx xxxxxx 2006-cı il tarixə kimi həmin rayonda almışdır. Uşağın sağlamlıq imkanlarının məhdudluğu ilk dəfə xx.xx.1993-cü il tarixdə müəyyən olunmuş və tibbi qərara əsasən xx.xx.1995-ci il tarixə kimi ata uşağa qəyyum təyin edilmişdir. Xəstə uşağa və birinci qrup əlilə qulluq olunması qəyyum təyin olunması barədə qərara və ya yaşayış yeri üzrə İcra Hakimiyyəti Nümayəndəliyinin arayışına əsasən müəyyən olunur. İddiaçı oğlu Nurlan Xaçmaz rayonuna köçdükdən sonra xx.xx.2007-ci il tarixdə birinci qrup əlillik müəyyən edilmişdir. olunub. Belə ki, xx.xx.2007-ci il tarixdən dekabr 2014-cü il tarixə kimi olan müddət sığorta stajına əlavə olunduğu halda cəmi 20 il 10 ay sığorta stajı təsdiq edilir. Bununl bağlı komissiyasının xx.xx.2020-ci il tarixli 5/33 nömrəli qərarı ilə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş : -iddiaçya aid şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. -Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş Şabran (keçmiş Dəvəçi) rayon Gəndab üzümçülük sovxozu üzrə əmək haqqı cədvəllərindn görünür ki, X5 1982-ci ilin mart ayından 1984-cü ilin may ayınadək həmin soxvozun 1 saylı üzümçülük birqadasında fəhlə işləmiş və əmək haqqı almışdır. -Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş Şabran (keçmiş Dəvəçi) rayon Gəndab üzümçülük sovxozunun əmrlər kitabından görünür ki, X5 xx.xx.1982-ci il tarixdə 233 saylı əmrlə həmin tarixdən şərab emalı zavodunda işləmək üçün 11 saylı səyyar meaxnikləşdirmə dəstənin hesabına köçürülmüş, xx.xx.1984-cü il tarixli 361 saylı əmrlə işdən azad edilmişdir. -X2 aid əmək kitabçasından görünür ki, o, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Bryansk mebel fabrikində, xx.xx.1987-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Dəvəçi raton Sovet Konstitusiyası adına sovxozda fəhlə işləmişdir. Şabran (keçmiş Dəvəçi) rayon Beynəlmiləl kənd Soveti tərəfindən verilmiş lll JQ N 352072 seriya saylı xx.xx.1984-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X14 və X5 xx.xx.1984-cü il tarixdə nikaha daxil olmuşlar və sonuncu ərinin soyadını qəbul etmişdir. -Şabran rayon İHB-nın ağalıq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X7 valideynləri X14 və X3r. --ƏƏSMN 12 saylı TSEK-n Qərarıilə təsdiq eidlmiş Dəvəçi rayon həkim əmək ekspert komissiyasınını xx.xx.1996-cı il tarixli rəyindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X8 16 yaşı tamam olana qədər uşaq beyin iflicinin davamlı qalığı – “dərin tetranareya” diaqnozu təyin edilmişdir. Mövcud xəstəlik Azərbaycan Respublikası Əmək və X13 Nazirliyinin xx.xx.1994-cü il tarixli qərar ilə təsdiq edilmiş “16 yaşa qədər uşaqlara sosial pensiya almaq hüququ verən östərişlərin əsas meyarları”nın 3-cü bəndinin 3.1-ci yarımbəndinə uyğundur. -ƏƏSMN 12 saylı TSEK tərəfindən verilmiş 303346 saylı arayışdan görünür ki, X15 uşaqlıqdan birinci qrup əlildir, daimi kənar şəxsin qulluğuna ehtiyacı vardır. -Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 197 saylı əmrindən çıxarışdan görünür ki, ünvan 2 saylı evdə yaşayan xx.xx.1990-cı il təvəllüdlü, l qrup əlil olan X15 üzərində həmin evdə yaşayan anası İddiaçı patron (köməkçi) təyin edilmişdir. -doğum haqqında şəhadətnamələdən görünür ki, İddiaçı xx.xx.1985-ci il təvəllüdlü Kənan, 1986-cı il təvəllüdlü Kəmalə, xx.xx.1989-cu il təvəllüdlü Dünyaxanım, 13.11.199-cı il təvəllüdlü Nurlan və xx.xx.1995-ci il təvəllüdlü Gülxanım adlı 5 uşağı vardır. -Şabran rayon İHB-nın Ağalıq İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 568 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1990-1997-ci illərdə Şabran rayonu Ağalıq kəndində yaşamışdır, həmin müddətdə X15 ilə birlikdə yaşayaraq ona qulluq etmiş və bütün məişət ehtiyaclarını ödəmişdir. -Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 3197 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1997-ci ildən hazıradək ünvan 2 saylı ünvanda 1 qrup əlil (hərəkətsiz) olan xəstə oğlu X15 ilə birlikdə yaşayır və ona qulluq edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ona 5 uşaqlı ana və sağlamlıq imkanları məhdud övladı olan ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh özünün xx.xx.2020-ci il tarixli ********** saylı məktubu ilə bildirmişdir ki, iddiaçının mart 1982-ci il tarixdən may 1992-ci il tarixə kimi 08 il 09 ay sığorta stajı təsdiq olunur. Gəndab üzümçülük sovxozunda işlədiyi 1982-1984-cü illərdə onun əmək kitabçasında qeyd edilməmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 197 saylı əmrdən çıxarışda onun dekabr 2014-cü il tarixdən patron (köməkçi) təyin olunması qeyd edilmişdir. Nəticədə iddiaçının 25 il sığorta stajı yaranmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanının məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və ya eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8.1-ci madəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşına kmi tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8.2-ci maddəsinə əsasən 18 yaşa kimi sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsində uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə hesab edir ki, iddiaçının 1982-ci ilin avqust ayından 1984-cü ilin may ayınadək Şabran (keçmiş Dəvəçi) rayon Gəndab üzümçülük sovxozunda işləməsi əmrlər kitablndan çıxarış və əmək haqqı cədvəlləri lə təsdiq edildiyindən həmin müddən onun sosial sığrta stajına daxil edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1 maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti daxil edilir. Məhkəmə araşdırması zamanı İddiaçı Mülsüm qızının oğlu X7 uşaqlıqdan l dərəcəli əlil olması və iddiaçının hazıradək ona qulluq etməsi Şabran rayon İcra Hakimiyyəti Başçısının Ağalıq İƏD üzrə nümayəndəliyi və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlarla təsdiq edilmişdir. Məhkəmə cavabdehin iddiaçının 2014-cü ildən oğlu Nurlana patron təyin edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, bu hal iddiaçının oğluna anadan olduğu gündən qulluq etməsi faktını inkar etmir, sadəcə həmin hal 2014-cü ildə rəsmiləşdirilmişdir. Nurlanın anadangəlmə xəstə uşaq beyin iflici xətəliyidən əziyyət çəkməsi, sağlamlıq imkanları məhdud olan uşaq olması və daimi kənar şəxsin qulluğuna ehtiyacı olması 1996-cı ildə verilmiş rəylə və TSEK tərəfindən verilmiş arayışla da təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1982-1984cü illərdə işlədiyi və l dərəcəli əlil olan uşağına qulluq etdiyi müddətin onun sosial sığorta stajına daxil olunmasından imtina edilməklə iddiaçının hüquqları pozulmuşdur. Həmin müddət iddiaçının sosial sığorta stajına daxil edildikə onun “Əmək pensiyaları haqqında” Qanunun həm 8.1-ci, həm də 8.2-ci maddəsində göstərlən şərtlər daxilində yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı imtina məktubu xx.xx.2020ci il tarixdə ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən həmin məktubun iddiaçıya nə vaxt və hansı formada təqdim edilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə mraciət etməklə iddia müddətini ötürməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 1982-ci ilin mart ayından 1984-cü ilin may ayınadək Gəndov sovxozunda işlədiyi və oğlu – l qrup əlul X10 xx.xx.1990-cı il tarixdən qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 1982-ci ilin mart ayından 1984-cü ilin may ayınadək Gəndov sovxozunda işlədiyi və oğlu – l qrup əlul X10 xx.xx.1990-cı il tarixdən qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1096/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1096/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver