Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1096/2021 03.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi ilə, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “Quba rayon Aqrar İslahat Komissiyasının 03.05.1997-ci il tarixli, 04 saylı qərarının, həmin qərar əsasında mərhum X2 adına Quba rayonu Digah kəndində yerləşən 0,21 ha Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin, axırıncının vəfatından sonra Cavabdeh2 adına verilmiş 30.07.2011-ci il tarixli vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən ümumi sahəsi 127,6 kv. olan evə və 0,21 ha torpaq sahəsinə dair verilmiş 30.10.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat tarixli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh3 aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 25.12.2017-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinin və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı, ******* saylı, 14.02.2018-ci il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisəyə Sumqayıt şəhərində məhkəmənin binasında inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq “Quba rayon Aqrar İslahat Komissiyasının 03.05.1997-ci il tarixli, 04 saylı qərarının, həmin qərar əsasında mərhum X2 adına Quba rayonu Digah kəndində yerləşən 0,21 ha Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin, axırıncının vəfatından sonra Cavabdeh2 adına verilmiş 30.07.2011-ci il tarixli vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən ümumi sahəsi 127,6 kv. olan evə və 0,21 ha torpaq sahəsinə dair verilmiş 30.10.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat tarixli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh3 aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 25.12.2017-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinin və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı, ******* saylı, 14.02.2018-ci il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı həmin normaya uyğun olaraq hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytrılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının nümayəndəsinin ərizənin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1096/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1096/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver