Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1099/2021 08.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş, 11.07.2018-ci il tarixli seriya RX ******* saylı **********33 reyestr nömrəli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş, 11.07.2018-ci il tarixli seriya RX ******* saylı **********33 reyestr nömrəli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi”-nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar şəhəri Qusar-Xudat şosse yolunun sağ tərəfi ünvanında yeləşən 0.274 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsi Seriya MH ******* saylı **********77 reyestr nömrəli, ********* qeydiyyat nömrəli 22.11.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmaqla rəsmiləşdirilmişdir. Həmin çıxarış əsasında torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, həmin idarənin elektron məlumat bazasında olan xəritəyə əsasən ona məxsus həmin torpaq sahəsi digər şəxsin mülkiyyətində olan torpaq sahəısi ilə üst-üstə düşür. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçıya məxsus 0.27 hektar torpaq sahəsi heç bir qanuni əsas olmadan cavabdeh X1 adına verilmiş 11.07.2018-ci il tarixli Seriya RX ******* saylı **********33 reyestr nömrəli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 1.68 hektar torpaq sahəsinin tərkibinə daxil edilmişdir. Həmçinin, həmin çıxarışda torpaq sahəsinin kateqoriyası kimi ehtiyat fondu torpaq sahəsi kimi qeyd edilmişdir. Araşdırma nəticəsində həmçinin məlum olmuşdur ki, X1 adına olan çıxarışda göstərilən 1.68 hektar torpaq sahəsi həmin şəxsə X2 tərəfindən 12 iyun 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Buna qədər isə Ramiz Güləliyevin v 1.68 hektar torpaq sahəsinə dair Seriya RX ******* saylı **********33 reyestr nömrəli ********** qeydiyyat nömrəli 28.12.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh X1 adına verilmiş çıxarış iddiaçının mülkiyyət hüququnu birbaşa pozmuşdur. Çünki, həmin çıxarış verilərkən artıq iddiaçının mülkiyət hüququ dövlət qeydiyyatına alınmaqla seriya MH ******* saylı **********77 reyestr nömrəli, ********* qeydiyyat nömrəli 22.11.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş və həmin çıxarış verilərkən qüvvədə olmuşdur. Bununla da, iddiaçının adına 0.27 hektar yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.27 hektar torpaq sahəsinə dair qüvvədə olan qeydiyyat üzərindən cavabdehin adına aparılmış qeydiyyat qanunsuz və əsassız olmaqla iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bundan başqa, cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış həm də, torpaq qanunvericiliyinin tələbləri pozulmaqla verilmişdir. Belə ki, həmin çıxarışda olan 1.68 hektar torpaq sahəsinin ehtiyat fondu torpaqlarına aid olması qeyd edilmişdir. Halbuki, Torpaq Məcəlləsinin tələbinə əsasən ehtiyyat fondu torpaqlarına aid olması qeyd edilmişdir. Halbuki, Torpaq Məcəlləsinin tələbinə əsasən ehtiyyat fondu torpaqları dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara aiddir və xüsusi mülkiyyətdə ola bilməz. Bu isə cavabdehin adına verilmiş çıxarışın bir daha qanunsuz olduğuna dəlalət edir. Ona görə də, cavabdehin adına əsassız verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. İddiaçı, həmin çıxarışın ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, 15 mart 2021-ci il tarixdə həmin idarə çıxarışın ləğv edilməsinin mümkün olmadığını, yalnız məhkəmə qərarı ilə mümkün olduğunu bildirmiş, bu barədə məktub vermişdir. Həmin məktub iddiaçıya 24 mart 2021-ci il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. Bu xüsusat poçt zərfinin üzərindəki poçt ştempeli ilə təsdiqlənir (surəti əlavə olunur). Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, onun tələbi aydınlaşdırılmışdır. İddiaçı bildirmişdir ki, üçüncü şəxslə aralarında torpaq mübahisəsi yoxdur. Hər biri öz torpaq sahəsindən istifadə edir. Problemin yaranma səbəbi onun istifadəsində olan torpaq sahəsinin koordinatlarının üçüncü şəxsin torpaq sahəsinin koordinatları daxilində göstərilməsidir. İddiaçıya istifadə edə biləcəyi hüquqi müdafiə vasitələri izah edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İddiaçının mülkiyyətində 0.274 hektar torpaq sahəsi olsada, o üçüncü şəxsin 1.68 hektar torpaq sahəsinin mülkiyyət sənədlərini mübahisələndirir.Bundan başqa iddiaçı məhkəmə iclasında bildirmişdir ki, üçüncü şəxslə aralarında torpaq sahəsi ilə bağlı mübahisə yoxdur. Hər biri öz torpaq sahəsindən istifadə edir. Problemin yaranma səbəbi onun istifadəsində olan torpaq sahəsinin koordinatları üçüncü şəxsin torpaq sahəsinin koordinatları daxilində göstərilməsidir. Bu halda isə iddiaçı onun hüquqlarına toxunan hissədə digər şəxsin mülkiyyət sənədlərini mübahisələndirmə hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:
13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Göründüyü kimi digər şəxslərə aid mülkiyyət sənədlərinin mübahisələndirməsi, iddianın uğurluluq ehtimalı baxımından həmin sənədlərin verilmə əsasından asılıdır və eyni zamanda uğurluluq ehtimalı yüksək iddianın seçilməsi məhkəmə praktikasına uyğun olaraq yuxarıda qeyd edilən mövqedən asılıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, onun istifadəsində olan torpaq sahəsinin koordinatlarının üçüncü şəxsin mülkiyyət sənədində göstərilmiş texniki göstəricilərinin bağlı (onun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən koordinatların) ləğv edilməsi ilə cavabdeh inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə, eyni tələblə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 3yev