Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-11/2022 16.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X5 adına Şabran şəhərində torpaq sahəsinə dair **********03 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsünün, eləcə də RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “AR DƏDRX 5 saylı Ərazi İdarəsi tərəfindən X5 adına xx.xx.2016-cı il tarixdə verilmiş **********03 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbini dəyişdirərək, X5 adına Şabran şəhərində torpaq sahəsinə dair **********03 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsünün, eləcə də RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X8 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Hazırkı iş üzrə İddiaçı ilə üçüncü şəxs X8 qonşu torpaq sahələrinə sahibdirlər. İddiaçıya torpaq sahəsi müvafiq icra hakimiyyəti qərarı əsasında, üçüncü şəxsə isə müvafiq bələdiyyə qərarı əsasında ayrılmışdır. Hazırkı mübahisə iddiaçı ilə üçüncü şəxs arasında qonşu torpaq sahələri ilə bağlı mülki mübahisələrin davamı kimi inzibati orqanın qərarından şikayət formasında meydana çıxmışdır. İddia onunla əsaslandırılır ki, iddiaçının atası X2 Dəvəçi rayon XDS RH-nin 22 iyul 1992-ci il tarixli 09 saylı qərarı ilə Dəvəçi (Şabran) şəhərinin baş planı üzrə 17-ci məhəllədən fərdi yaşayış evinin tikintisi üçün eni 20 metr, uzunu 25 metr olan 500 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Atasına verilmiş həmin torpaq sahəsində tikinti işlərinə başlanılmışdır. Mübahisəli torpaq sahəsi hal-hazırda ona məxsusdur. Uzun müddətdir ki, onun istifadəsindədir. Dəvəçi (Şabran) rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 82 saylı Sərancamına əsasən, Dəvəçi şəhərinin baş planı üzrə 17-ci məhəlləsindən 17 nömrəli sahədən verilmiş 500 kv.m həyətyanı torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və həmin torpaq sahəsinin İddiaçı adına keçirilməsi qərara alınmışdır. Dəvəçi (Şabran) İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 82 saylı sərəncamı ilə Dəvəçi şəhərinin baş planı üzrə 17-ci məhəlləsindən 17 nömrəli sahədən İddiaçı ( DT və KX tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-4175A, KOD 30401004 saylı şəhadətnamə ilə X3 mülkiyyətinə verilmiş) verilmiş 500 kv.m torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Şabran Bələdiyyəsinin 31 may 2013-cü il tarixli 05 saylı Qərarı ilə Şabran sakini X7 şəhərin 17-ci məhəlləsində fərdi mənzil tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsinin və Dəvəçi (Şabran) rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 82 saylı sərəncamı ilə Dəvəçi şəhərinin baş plan üzrə 17 məhəlləsindən 17 nömrəli sahədən verilmiş 500 kv.m İddiaçı istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin dəqiq cizgiləri müəyyən edilməklə, Şabran rayon Bələdiyyəsinin 31 may 2013-cü il tarixli 05 saylı qərarı ilə X7 ayrılmış 400 kv.m torpaq sahəsinin 154 kv.m-nin Dəvəçi (Şabran) rayon İcra Hakimiyyətinin xx.xx.2006cı il tarixli 82 saylı sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 500 kv.m həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü, Şabran rayon bələdiyyəsinin 31 may 2013-cü il tarixli Qərarı ilə X7 ayrılmış 400 kv.m torpaq sahəsinin zəbt olunmadığı, həmin ərazinin 154 kv.m-nin İddiaçı ayrılmış torpaq sahəsinə aid olduğu qeyd olunmuşdur. Belə ki, X7 Şabran Rayon Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 05 saylı iclas protokolundan çıxarışa əsasən, şəhərin 17-ci məhəllə adlanan yaşayış hissəsindən 400 kv.m torpaq sahəsi ona satılmışdır. Daha sonra xx.xx.2013-cü il tarixdə DT və XK-nin Şabran rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair planı və ölçüsü verilmişdir. Daha sonra X5 adına AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur. Qeyd etdiklərinə əsasən hesab edir ki, AR ƏMDK yanında DƏDRX-nin 5 saylı ərazi İdarəsi tərəfindən X5 adına qanunsuz olaraq tərtib edilmiş xx.xx.2016-cı il tarixli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbinə dair Məhkəmə Qərar qəbul etməlidir. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən də hüquqlarımın qorunması məqsədilə iddia irəli sürülür. Tələbin hüquqi əsasları; Birincisi, Mülkiyyətin üç elementi var: sahiblik, istifadə və sərəncam vermək hüququndan ibarətdir. Dəvəçi (Şabran) rayon İcra Hakimiyyətnin xx.xx.2006-cı il tarixli 82 saylı Sərancamına əsasən, Dəvəçi şəhərinin baş planı üzrə 17-ci məhəlləsindən 17 nömrəli sahədən verilmiş 500 kv.m həyətyanı torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və həmin torpaq sahəsinin İddiaçı adına keçirilməsi qərara alınmış və torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Yəni İddiaçı öz daşınmaz əmlakı barəsində potensial mülkiyyətçiyə çevrilmişdir. Mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində təsbit olunmuşdur. Mülkiyyət hüququnun anlayışı və müdafiəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrində təsbit olunmuşdur. Lakin, AR ƏMDK yanında DƏDRX-nin 5 saylı ərazi İdarəsi tərəfindən X5 adına qanunsuz olaraq verilmiş xx.xx.2016-cı il tarixli torpaq sahəsinin plan və ölçüsünün verilməsi zamanı onun hüquqlarım kobud surətdə pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən torpaq sahəsinin plan və ölçüsünün tərtib olunması qanunsuz olmuşdur və bu əsasla verilmiş xx.xx.2016-cı il tarixli torpaq sahəsinin plan və ölçüsü ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 və vəkili Vəkil iştirak etmiş, iddianı müdafilə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçının vəkili Vəkil izahatında bildirmişdir ki, Şabran rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(031)-591/2016 saylı Qətnaməsi ilə Şabran şəhər Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 05 saylı iclas pprotokolundan çıxarışa əsasən şəhərin 17-ci məhəllə adlanan yaşayış hissəsindən 400 kv.m torpaq sahəsinə məhkəmə qətnaməsinə əsasən X5 mülkiyyət hüququ üzrə sahiblik, istifadə etmək və onun barəsində sərəncam vermək faktı müəyyən olunmuş və daşınmaz əmlaka mülikyyət sənədi verilməsi qət edilmişdir. Qətnamədən sonradan xəbərləri olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3083/2021 nömrəli, 10 noyabr 2021- ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsi ləğv edilmişdir. 2007-ci ildən sonra bələdiyyələr vətəndaşa torpaq sahəsini sata bilməzdi. Hərrac yolu ilə hüququnu tanıdıqdan sonra sata bilərdi. Buna baxmayaraq üçüncü şəxs bələdiyyəyə pul köçürərək torpaq almışdır. Bələdiyyə qərarı ilə çıxarış ala bilmədiyi üçün məhkəmə qaydasında mülkiyyət hüququnu tanınmışdır .Həmin məhkəmə qərarı ləğv edildiyi üçün iddia təmin edilməlidir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddia ərizəsində qeyd edilən X5 adına Şabran şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə dair **********03 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli “torpaq sahəsinin planı və ölçüsü” o cümlədən RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Şabran rayon Məhkəməsinin 05 may 2016-cı İl tarixli 2(031)-591/2016 saylı qətnaməsi, o çümlədən ərizəyə əlavə edilmiş Şabran rayonu, Şabran bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 05 saylı 0.04 ha torpaq sahəsinin ayrılmasına dair qərarı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” əsasında hazırlanmışdır. . “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8- ci maddəsinə əsasən “qanuni qüvvəyə minmiş məhkəmə qərarları”, “qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilrriəsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş, aktlar” Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanununun 10-cu maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.2 torpaq sahəsinin planı və ölçüsü. Odur ki, X5 adına Şabran şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə dair **********03 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli “torpaq sahəsinin planı və ölçüsü” o cümlədən RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış yuxarıda qeyd olunan qanunun tələblərinə riayət etməklə hazırlanmışdır və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qeyd edilənlər əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X8 iddiaya etiraz edərək, qeyd etmişdir ki, İddiaçı Sumqayıt inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DƏDRX S saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən adına xx.xx.2016-cı il tarixdə verilmiş **********03 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi ilə razılaşmır, iddia əsassız olduğu üçün rədd edilməlidir. Ona Şabran Rayon Bələdiyyəsinin 31 may 2013-cü il tarixli 05 saylı qərarı ilə 17-ci məhəllə adlanan sahədən 400 kv metr torpaq sahəsi satılmış və bundan sonra adına xx.xx.2015-ci il tarixdə plan və ölçü sənədləri verilmiş və həmin sənədlər əsasında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsini tərəfindən xx.xx.2016-cı il tarixdə mülkiyyətini təsdiq edən çıxarış almışdır. Həmçinin qeyd edir ki, İddiaçı Dəvəçi rayon XDS - İK-nin 22 iyul 1992-ci il tarixli 09 saylı qərarı ilə verilmiş 0,05 ha torpaq X5 mülkiyyətində olan torpaqla yanaşıdır və onun mülkiyyətində olan 0,04 ha torpağın iddiaçının torpağına aidiyyatı yoxdur. Belə ki, o, 2018-ci ildə iddiaçı K.Rəsulova qarşı torpağında tikinti işləri aparmağa imkan vermədiyi üçün maneələrin aradan qaldırılması barədə iddia vermişdir, qeyd olunan iddiaya baxılarkən İddiaçı məhkəməyə qarşılıqlı iddia təqdim edərək onun 0,04 ha torpağa dair olan plan və ölçü sənədlərini və çıxarışın verilməsini xahiş etmişdir. Qeyd olunan işə məhkəmədə baxılarkən məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və 22 dekabr 2015-ci il tarixli ekspert rəyi ilə sübuta yetirilmişdir ki, Şabran Rayon Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 05 saylı qərarı ilə ona ayrılmış 400 kv metr torpaqla iddiaçı Ə.Rəslova verilmiş 500 kv metr torpaq sahəsi ilə üst-üstə düşmür, ona görə də Şabran Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə X5 iddiası təmin edilmiş, cavabdeh İddiaçı iddiası təmin edilməmişdir və qeyd olunan qətnamə qanun qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X10 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Belə ki, iddiaçı qeyd edir ki, iddiaçının atası X2 Dəvəçi rayon XDS RH-nin 22 iyul 1992-ci il tarixli 09 saylı qərarı ilə Dəvəçi (Şabran) şəhərinin baş planı üzrə 17-ci məhəllədən fərdi yaşayış evinin tikintisi üçün eni 20 metr, uzunu 25 metr olan 500 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Atasına verilmiş həmin torpaq sahəsində tikinti işlərinə başlanılmışdır. Mübahisəli torpaq sahəsi hal-hazırda ona məxsusdur. Uzun müddətdir ki, onun istifadəsindədir. Dəvəçi (Şabran) rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 82 saylı Sərancamına əsasən, Dəvəçi şəhərinin baş planı üzrə 17-ci məhəlləsindən 17 nömrəli sahədən verilmiş 500 kv.m həyətyanı torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və həmin torpaq sahəsinin İddiaçı adına keçirilməsi qərara alınmışdır. Dəvəçi (Şabran) İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 82 saylı sərəncamı ilə Dəvəçi şəhərinin baş planı üzrə 17-ci məhəlləsindən 17 nömrəli sahədən İddiaçı ( DT və KX tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-4175A, KOD 30401004 saylı şəhadətnamə ilə X3 mülkiyyətinə verilmiş) verilmiş 500 kv.m torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Şabran Bələdiyyəsinin 31 may 2013-cü il tarixli 05 saylı Qərarı ilə Şabran sakini X7 şəhərin 17-ci məhəlləsində fərdi mənzil tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsinin və Dəvəçi (Şabran) rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 82 saylı sərəncamı ilə Dəvəçi şəhərinin baş plan üzrə 17 məhəlləsindən 17 nömrəli sahədən verilmiş 500 kv.m İddiaçı istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin dəqiq cizgiləri müəyyən edilməklə, Şabran rayon Bələdiyyəsinin 31 may 2013-cü il tarixli 05 saylı qərarı ilə X7 ayrılmış 400 kv.m torpaq sahəsinin 154 kv.m-nin Dəvəçi (Şabran) rayon İcra Hakimiyyətinin xx.xx.2006cı il tarixli 82 saylı sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 500 kv.m həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü, Şabran rayon bələdiyyəsinin 31 may 2013-cü il tarixli Qərarı ilə X7 ayrılmış 400 kv.m torpaq sahəsinin zəbt olunmadığı, həmin ərazinin 154 kv.m-nin İddiaçı ayrılmış torpaq sahəsinə aid olduğu qeyd olunmuşdur. Belə ki, X7 Şabran Rayon Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 05 saylı iclas protokolundan çıxarışa əsasən, şəhərin 17-ci məhəllə adlanan yaşayış hissəsindən 400 kv.m torpaq sahəsi ona satılmışdır. Daha sonra xx.xx.2013-cü il tarixdə DT və XK-nin Şabran rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair planı və ölçüsü verilmişdir. Daha sonra X5 adına AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur. İddiaçı hazırda X5 adına Şabran şəhərində torpaq sahəsinə dair **********03 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsünün, eləcə də RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddia ərizəsində qeyd edilən X5 adına Şabran şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə dair **********03 reyestr nömrəli, xx.xx.2016cı il tarixli “torpaq sahəsinin planı və ölçüsü” o cümlədən RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Şabran rayon Məhkəməsinin 05 may 2016-cı İl tarixli 2(031)-591/2016 saylı qətnaməsi, o çümlədən ərizəyə əlavə edilmiş Şabran rayonu, Şabran bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 05 saylı 0.04 ha torpaq sahəsinin ayrılmasına dair qərarı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçüsü” əsasında hazırlanmışdır. Odur ki, X5 adına Şabran şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə dair **********03 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli “torpaq sahəsinin planı və ölçüsü” o cümlədən RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış yuxarıda qeyd olunan qanunun tələblərinə riayət etməklə hazırlanmışdır və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən, torpaq sahəsinin plan-ölçüsü hissəsində təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı X5 adına olan Şabran şəhərində yerləşən 0.04 ha kənd torpaq sahəsinə dair **********03 reyestr nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri Azərbaycan Respublilkası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 01 iyul 2020-ci il tarixli **********93 saylı məktubu ilə məhkəməyə təqdim edilmişdir: RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********03, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran şəhərində yerləşən 0.04 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə üçüncü şəxs arasında çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Lakin hazırda mübahisələndirilən sənədlər Şabran rayon Məhkəməsinin 05 may 2016-cı İl tarixli 2(031)-591/2016 saylı qətnaməsi əsasında verilmişdir. Şabran rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(031)-591/2016 saylı Qətnaməsi ilə Şabran şəhər Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 05 saylı iclas pprotokolundan çıxarışa əsasən şəhərin 17-ci məhəllə adlanan yaşayış hissəsindən 400 kv.m torpaq sahəsinə məhkəmə qətnaməsinə əsasən X5 mülkiyyət hüququ üzrə sahiblik, istifadə etmək və onun barəsində sərəncam vermək faktı müəyyən olunmuş və daşınmaz əmlaka mülikyyət sənədi verilməsi qət edilmişdir. Şabran rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(031)-591/2016 saylı Qətnaməsinə əsasən həmin torpaq sahəsinə X7 plan-ölçü sənədi verilmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı X1 vəkili Vəkil vəsatətlə Məkhəməyə müraciət edərək iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 2-1(118)-583/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “AR DƏDRX 5 saylı Ərazi İdarəsi tərəfindən X5 adına xx.xx.2016-cı il tarixdə verilmiş **********03 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi” barədə iddiası üzrə inzibati işin icraatının iş üzrə icraat X5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Ryestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi” barədə mülki iş üzrə yekun qərar qəbul edilib, qanuni qüvvəyə minənə kimi dayandırılması qərara alınmışdır. Məhkəmənin 2-1(118)-11/2022 saylı, 21 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3083/2021 nömrəli, 10 noyabr 2021- ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsi ləğv edilmişdir. Məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3083/2021 nömrəli, 10 noyabr 2021- ci il tarixli qərardadı hazırkı iddianın əsasları baxımından preyudisial əhəmiyyət daşıyır. Belə ki, məhkəmə hesab edir ki, Şabran Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(031)-591/2016-003 nömrəli qətnaməsi ləğv olunduğundan həmin qətnamə əsasında verilmiş plan-ölçü sənədi də ləğv edilməlidir. Çünki hazırkı iş üzrə mübahisənin mahiyyəti iddiaçı ilə üçüncü şəxs arasında baş verən torpaq mübahisəsindən yaranan vəziyyətdir. Onlar arasında mübahisənin mahiyyəti torpaq sahəsindən qanuni istifadə edilib-edilməməsi, birinin digərinin torpağından istifadə etməsi məsələsidir. Üçncü şəxsin mülkiyyət hüquqları məhkəmə qərarı əsasında qeydə alındığı və hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti əsasında həmin məhkəmə qərarı ləğv edildiyi üçün məkmə hesab edir ki, bu həm iddiaçının subyektiv hüququnun olması, həmdə üçüncü şəxsə verilmiş plan-ölçü sənədinin ləğvi üçün əsas təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi X5 adına Şabran şəhərində torpaq sahəsinə dair **********03 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi çıxarışın ləğv edilməsi hissəsində təmin edilə bilməz. Belə ki, yuxarıdada qeyd edildiyi və işin hallarından göründüyü kimi iddiaçı ilə üçüncü şəxs arasındakı mübahisə torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı əsaslarla çıxarışın ləğv edilməsi yolverilməzdir. Hazırkı mübahisə iddiaçı ilə üçüncü şəxs arasında baş vermiş mülki mübahisənin davamı formasında meydana çıxmışdır və görünən odur ki, bu mübahisələr davam edəcəkdir. İddiaçının müraciəti əsasında üçüncü şəxsə mülkiyyət sənədi verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv edildiyi və iddiaçı ilə üçüncü şəxs arasında olan mübahisə torpaq sahəsinin yerləşmə vəziyyəti və qanunsuz istifadəsi ilə bağlı olduğu üçün, iddia plan-ölçü sənədinin ləğvi hissəsində əsaslı sayıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, X5 adına Şabran şəhərində torpaq sahəsinə dair **********03 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. X5 adına verilmiş Şabran şəhərində torpaq sahəsinə dair **********03 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-11/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-11/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver