Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-11/2025 15.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X27 Təşəkkül oğlunun sədrliyi, X15 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən X4 adına Sumqayıt şəhəri, Corat bağları ərazisində 2332 saylı bağ torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində aparılmış müvafiq qeydin və X5 adına 2332 saylı bağ torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə aparılmış müvafiq qeydin (**********40 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli Çıxarışın) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar məhkəməyə ilkin olaraq müraciət edib X4 adına 2332 saylı bağ torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan 2333d və B-2333b nömrəli bağ torpaq sahələrinin üzərində aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan bağ torpaq sahələrini X10 Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə/1-42 nömrəli və 4Ə/1-43 nömrəli, xx.xx.2006-cı il tarixli alqısatqı müqavilələri əsasında alaraq, adlarına JN-2703B və JN-2701B (kod ********) nömrəli, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr” əldə etmişlər. İddiaçılar qeyd edilən torpaq sahələrinin mülkiyyətçiləri olmaqla vaxtaşırı oraya baş çəkmiş, lakin həmin ərazidə kommunikasiya və kanalizasiya xətləri olmadığından torpaq sahəsi üzərində heç bir tikinti işləri aparmamışlar. 2018-ci ildə həmin torpaq sahəsində hasar çəkilməsi prosesini gördükdə araşdıraraq müəyyən etmişlər ki, həmin torpaq sahəsinə başqa bir şəxsin hüquqi sənədləri mövcuddur. Məsələni dəqiqləşdirmək üçün Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsində olduqda orada da sənədlərə baxaraq bildirmişlər ki, həqiqətən də eyni torpaq sahəsinə dair başqa şəxsin də hüquqları qeydə alınaraq, çıxarış verilmişdir. Orada bildirmişlər ki, torpaq sahələrinin qeydiyyat nömrələri fərqli olsa da (iddiaçılarda 2333, cavabdehdə isə 2332) eyni torpaq sahələridir və hər iki şəxsdə mülkiyyət hüquqlarına dair sənədlər mövcuddur. İddiaçılar bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişlər və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli bağ torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X11 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli “Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə”yə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpaq sahəsi sonuncuya icarəyə verilmişdir.Müqavilədən görünür ki, icarə müqaviləsinin müddəti 1991-ci ilədək müəyyən edilmişdir.X11 1998-ci il tarixdə vəfat etmişdir. xx.xx.2016-cı il tarixdə 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağlarə ərazis, 2332 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adma daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında həmin bağ torpaq sahəsi X5 adına qeydiyyata alınmış və xx.xx.2016cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2016cı il tarixli 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin bağ sahəsi X6 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.Mübahisəli bağ torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlərindən görünür ki, X3 bağlar zonasında sahəsi 0,06 ha olan 2333d saylı bağ sahəsinə neçə illərdir qulluq etdiyindən və orada meyvə ağacları əkdiyindən Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək həmin sahənin sənədləşdirilərək mülkiyyətinə verilməsini xahiş etmişdir. Onun müraciəti nəzərə alınaraq Sumqayıt şəhər Bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli Qərarına əsasən Corat bağları ərazisində sahəsi 600 kv.m olan 2333d saylı bağ torpaq sahəsinin X12 mülkiyyətinə verilməsi qərara alınmışdır. Tərəflər arasında həmin bağ torpaq sahəsinin alqı-satqısı həyata keçirilmişdir. Sahəsi 0,06 ha olan 2333b saylı digər bağ torpaq sahəsi ilə bağlı alqısatqı və sənədləşmə eyni qaydada X18 ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında həyata keçirilmiş və Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32 nömrəli qərarı həmin bağ sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdeh X13 bildirmişdir ki, mərhum atası X11 ilə Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli “Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə”yə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpaq sahəsi sonuncuya icarəyə verilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, atasının sağlığında torpaq sahəsi üzərində 100 ədəd şam ağacı əkilmiş və orada butka da yerləşdirmişdilər. Lakin atası rəhmətə gedəndən sonra o, torpaq sahəsinə baş çəkməmişdir. 2016-cı ildə qapılarını bir nəfər şəxs döyərək atasının adına torpaq sahəsinin olduğunu və satmaq istəyib-istəməməsini öyrənmişdir. Beləliklə 2000 manat müqabilində torpaq sahəsini həmin şəxsə satmışdır. Lakin sənədlərdən müəyyən olunur ki, İ.Həsənəliyev həmin şəxsə etibarnamə vermiş və həmin şəxs də etibarnamə əsasında torpağın sənədləşmə işlərini həll edərək dövlət reyestrində qeydiyyata aldırmış və bundan sonra X1. Məhkəmə mübahisəli torpaq sahəsinə yerli baxış keçirərkən də orada İ.Həsənəliyevin qeyd etdiyi kimi hər hansı ağac əkilməsi və yaxud butka yerləşdirilməsinin şahidi olmamışdır. Boş torpaq sahəsi və ətrafında vətəndaşlara məxsus tikili bağ sahələri olmuşdur. Torpaq sahələrinin üst üstə düşməsi və digər məslələrlə bağlı vəsatəti əsasında məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında çoxsaylı suallar qoyulmuşdur. Əsasən də o sual qoyulmuşdu ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X11 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli “Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə”yə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpaq sahəsi hansı ərazidə yerləşir və cavabdeh X6 hazırda mülkiyyətində olan Corat bağlar ərazisində yerləşən 2332 nömrəli sahəsi 0,12 ha olan bağ torpaq sahəsi Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X11 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli “Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə”yə əsasən sahəsi 0,20 ha olan bağ torpaq sahəsinin hansı hissəsini təşkil edir.Ekspertiza qarşısında qoyulmuş suallara cavab verilməmiş və ümumiyyətlə ekspert bütün suallara üzrə cavabında müəyyənləşdirmək mümkün olmamışdır cavabı qeyd edilmişdir. Yalnız göstərilmişdir ki, cavabdeh X7 verilmiş çıxarışda qeyd olunan sahənin mübahisəli torpaq sahəsi olduğu göstərilmişdir.Buna əsaslanan məhkəmə də iddiamızı rədd etmişdir.Bundan sonra tərəfinizdən qətnamədən apelyasiya şikayəti verilmiş və işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 08 iyul 2019-cıı il tarixli, 2(105)-2271/2019 saylı qətnaməsi ilə Suqmayıt şəhər Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 7645/2019 saylı, 16 dekabr 2019-cu il tarixli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 08 iyul 2019-cu il tarixli, 2( 1051-2271/2019 saylı qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. İş üzrə keçirilmiş 10/509 saylı, 25 fevral 2021-ci il tarixli ekspertiza rəyində əvvəlki rəydə olduğu kimi qoyulmuş suallara cavab verilməmişdir. Yalnız göstərlmişdir ki, cavabdeh X7 verilmiş çıxarışda qeyd olunan sahənin mübahisəli torpaq sahəsinə uyğun gəlir. Bu da təbiidir ki, həmin şəxsin hüquqları qeydə alınarkən məhz mübahisəli toıpaq sahəsinin koordinatları sistemə işlənmişdir.Lakin məhkəmə nəzərə almamışdır ki, X6 aldığı mübahisəli torpaq sahəsi X4 xx.xx.1982-ci il tarixli, 4580 nömrəli “Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə”sinə əsasən sahəsi 0,20 ha olan bağ torpaq sahəsinin 0,12 hissəsini təşkil edir. Həmin müqavilədə (yaxud müqavilənin əlavəsində) torpaq sahəsinin kordinatları yaxud xəritəsi olmadığından həmin sahənin məhz X6 hazırda mülkiyyətində olan torpaq sahəsi olması hansı mötəbər sübutla təsdiq edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavə göstərilmişdir ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının istifadəsindəki bağ sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər si rasında bağ sahəsinin planı və ölçüsü qeyd edilmişdir.İddiaçıların torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrində və onun əlavəsində Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 29 nömrəli qərarı, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1279 nömrəli, xx.xx.2005-ci il tarixli rəyi və toıpaq sahəsinin planı mövcuddur.Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(105)-J44/202l-ci saylı qətnaməsində qeyd etmişdir ki, iddiaçılar mübahisəli torpaq sahəsinin X4 adına, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirməmişlər. X2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə həmin daşınmaz əmlakın X4 mülkiyyətində olması əsası ilə verilmiş və bundan sonra digər əməliyyatlar aparılmışdır.İddiaçılar 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək onların mülkiyyətlərində olan bağ torpaq sahəsinə X4 hüquqlarına dair xx.xx.2016-cı ildə dövlət reyestrində aparılmış qeydin ləğv edilməsini xahiş etmişdir. 2 saylı Sumqayıt Ərazi İdarəsinin 08 iyun 2021-ci il tarixli, **********47 nömrəli məktubunda göstərilmişdir ki, sözügedən daşınmaz əmlak üzərində X4 qeydiyyata alınmış hüquqlarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Ona görə də məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən İddiaçı1, iddiaçıların vəkili Vəkil eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2333d və B-2333b nömrəli bağ torpaq sahəsinə dair X4 adına verilmiş çıxarışın ləğv edilməsi barədə 27 may 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdirlər və onların müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır.Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.Odur ki, sözügedən daşınmaz əmlak üzərində X4 qeydiyyata alınmış hüquqlarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuş və bu barədə İddiaçı1 07 iyun 2021-ci il tarixli **********47 nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.Qeyd olunanlara əsasən iddia tələbinin mümkün məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X14 eyniməzmunlu izahat verərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanmaqla işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2018-ci i tarixli məktubu, 07 iyun 2021-ci il tarixli **********47 nömrəli imtina məktubu, etiraz ərizəsi, JN-2703B və JN-2701B (kod ********) nömrəli, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin surəti, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X11 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilənin surəti, xx.xx.2016 qeydiyyat tarixli, **********40 reyestr nömrəli çıxarışın surəti, cavabdehin xx.xx.2021-ci il tarixli məktubu, xx.xx.2025-ci il tarixli məktubun surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3712/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə dair aqrar islahatı komissiyasının qərarının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlak DƏDKR-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 07 iyun 2021-ci il tarixli **********47 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddia tələbi təmin edilməlidir. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan bağ torpaq sahələrini 4Ə/1-42 nömrəli və 4Ə/1-43 nömrəli, xx.xx.2006-cı il tarixli alqı-satqı müqavilələri əsasında JN-2703B və JN-2701B (kod ********) nömrəli, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr ilə adlarına rəsmiləşdirilmişlər. İddiaçılar qeyd edilən torpaq sahələrinə dair Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsində müraciət etdikdə bildirmişlər ki, eyni torpaq sahəsinə dair başqa şəxsin hüquqları qeydə alınaraq çıxarış verilmişdir. İddiaçılar bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişlər və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli bağ torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X11 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 4580 nömrəli “Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə”yə əsasən sahəsi 0,20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 nömrəli bağ torpaq sahəsi icarəyə verilmişdir. X11 1998-ci il tarixdə vəfat etmişdir.xx.xx.2016-cı il tarixdə 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2332 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında həmin bağ torpaq sahəsi X5 adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X9, X8, DƏDRX-ın 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı “bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanma müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki mübahisəsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-105/2019 nömrəli, 29 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-29/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-105/2019 nömrəli, 29 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddiaçıların iddia tələbi təmin edilmişdir. Daha sonra həmin qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3712/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-29/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçıların hüquqi marağı mübahisəli torpaq üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdır. Lakin, X4 adına Sumqayıt şəhəri, Corat bağları ərazisində 2332 saylı bağ torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində aparılmış müvafiq qeydin və X5 adına 2332 saylı bağ torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə aparılmış müvafiq qeydin (**********40 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli Çıxarışın) ləğv edilmədən cavabdeh təşkilat tərəfindən icra edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər (uzunmüddətli icarə müqaviləsi, vərəsəlik hüququ haqqında şəhadətnamə və s.) mülki mühakimə icraatı qaydasında etibarsız hesab edildiyindən, həmin sənədlər əsasında daşınmaz əmlakda edilmiş qeydlər də əsassız olduğundan ləğv edilməlidir. Göründüyü kimi Məhkəmə qətnaməsinin preyudisiallığı mövcud olduğundan 2332 saylı bağ torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində aparılmış qeyd və X5 adına 2332 saylı bağ torpaq sahəsinə dair verilmiş **********40 reyestr nömrəli çıxarış da ləğv edilməlidir. Belə ki, “Hüquqların dövlət qeydiyyatından imtina”nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsinə görə Aşağıdakı inzibati aktlar etibarsız sayılır: -65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; -65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; -65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; -65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; -65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; -65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Bundan başqa məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X4 adına Sumqayıt şəhəri, Corat bağları ərazisində 2332 saylı bağ torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində aparılmış qeydin və X5 adına 2332 saylı bağ torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə aparılmış müvafiq qeydin (**********40 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın) ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X28
Məhkəmə qərarları › İş №2-1(118)-11/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-11/2025
15.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver