Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1100/2020 16.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 11-ci mikr-n, ev 28, mənzil 6-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1992-ci ildən xx xxxx 199Ncü ilə qədər 706, 810, N və N saylı hərbi hissələrin tərkibində leytenant rütbəsində bölük komandirinin müavini vəzifəsində hərbi xidmət kecmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Buna baxmayaraq müharibə veteranı adı və vəsiqəsini ala bilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubu ilə ona imtina edilmiş və N (, 850) saylı hərbi hissə komandirlərinin may, avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumatın aşkar olunmaması və N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyi Mərkəzi Arxivinə daxil olmaması bildirilmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.N-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və həqiqi hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması, ehiyata buraxıldığı üçün müddətli hərbi hissə hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılması sübuta yetirilərsə, cavabdeh onun tələbinin təmin olunmasına etiraz etmir. İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilən N saylı hərbi hissə komandirinin 1N1 saylı xx.xx.1992-ci il tarixli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx xxxxxx 1992-ci ildən N nömrəli hərbi hissədə müqavilə şərti ilə xidmət etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin X1 tərəfindən verilən xx.xx.2019-cu il tarixli 9/2-19249 saylı arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.199N-cü il tarixli 54 saylı əmri ilə (əmrdə rütbə qeyd olunmamışdır) xx.xx.199N-cü il tarixdən tutduğu vəzifədən azad olunaraq və şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyat üçün hərbi komissarlığa göndərilmişdir. N (, 850) nömrəli hərbi hissə komandirlərinin may, avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - QR 048409 №-li hərbi biletdən görunür ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.199N-cü il tarixədək hərbi xidmət keçərək, Laçın və Qubadlı rayonlarının bir sıra kəndləri uğrunda gedən döyüşlərdə bölük komandirinin müavini kimi fəal iştirak etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 1/M-17N2 saylı məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-19249 saylı arayışı ilə hərbi biletin 11-ci qrafasındakı qeydlər təsdiq olunmadığına, hərbi xidmətə daxil olması arayış ilə təsdiq olunmadığına və hərbi xidmətdən buraxılma tarixlərində fərq olduğuna görə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunundan göründüyü kimi «Müharibə veteranı» adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır. Həmin Qanunun 7-ci maddəsinin üçüncü abzasına görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlarla onun döyüş əməliyyatlarında iştirak etməsi təsdiqlənir və onun hərbi xidmətə daxil olması barədə məlumatın təsdiq edilməməsi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının hərbi biletində apardığı qeydlər, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arxiv arayışı ilə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və qanunauyğun şəkildə təxris edilməsi təsdiq edilir. Göstərilən sübutlar mövcud olduğundan onun hərbi xidmətə qəbul edilməsi barədə sübutun təqdim edilməsi formal xarakter daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bölməsinin 11ci abzasına əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidimət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuzsiya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin abzasın «Qeyd» hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Cavabdeh tərəfindən iddiaçının hərbi xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin NN.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Göstərilən Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən incibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7N.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı «Müharibə veteranı» adı və müvafiq vəsiqənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya ünvanlanan imtina cavabı xx.xx.2020-ci il tarixə aid olmuş, onun tərəfindən isə məhkəməyə xx.xx.2020-ci il tarixdə iddia qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N8.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan N0 gün müddətində qaldırıla bilər. Lakin iddiaçının ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 59.1.5 və 59.1.6-cı maddələrinə əsasən inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat və inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. İş materiallarına əlavə olunmuş cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 1/M-17NN2 saylı imtina məktubundan göründüyü kimi, orada qəbul edilmiş qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə biləcəyi göstərilsə də, yazılı inzibati akta qarşı hüquqi müdafiə vasitələrindən istifadə müddəti və hansı məhkəməyə müracət etmək hüququ qeyd edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 7N.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdırsa və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı VəMəmmədov tərəfindən iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət edilmişdir ki, bununla da qanunvericilikdə müəyyən edilmiş 6 aylıq iddia müddəti ötürülməmişdir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı «Müharibə veteranı» adı və müvafiq vəsiqənin verilməsi öhdəliyi cavabeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən N0 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1100/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1100/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver