Məhkəmə qərarları › İş №2-1(118)-1100/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1100/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1100/2023 30.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun 08 dekabr 1974-cü ildən 20 oktyabr 2001-ci ilədək işlədiyi dövrü sığorta stajı saymaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, onun 08 dekabr 1974-cü ildən 20 oktyabr 2001-ci ilədək işlədiyi dövrü sığorta stajı saymaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı xx xxxx 1959-cu ildə Xaçmaz rayonu, Qaraçı kəndində anadan olmuşdur. 1974-cü ilin avqust ayından əmək fəaliyyətinə başlamışdır. 1978-ci ilin avqust ayında ailə qurmuşdur. Birgə nikahlarından 08 noyabr 1979-cu il təvəllüdlü X3, 14 oktyabr 1981-ci il təvəllüdlü X6 və 02 sentyabr 1991-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. 29 avqust 1975-ci il tarixli ona məxsus Əmək kitabçasında da göstərildiyi kimi 12 avqust 1974-cü il tarixindən X8 fəaliyyə başlamış və 20 oktyabr 2001-ci il tarixə kimi həmin zavodda işləmişdir. Qanunvericliyə uyğun olaraq 61 yaşından pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından verilən 08 oktyabr 2022-ci il tarixli **********4 saylı arayışda qeyd olunmuşdur ki, ona pensiya təyin olunması üçün 25 illik sığorta stajı olmadığına görə, “2006-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayına kimi fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığına görə də qeyd edilən illəri sığorta stajı kimi təyin etmək mümkün olmamışdır.” əmək pensiyası təyin edilməsi mümkün olmaması qeyd edilmişdir. Bunun səbəbi ilə maraqlandıqda ona bildirilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən sığorta stajı 25 il olmadığına görə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona əmək pensiyası təyin etmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 01.01,2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 1-ci hissəsində deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi filiala xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Mərkəzi filial tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X2" ASC-dəki əmək fəaliyyəti dövrünün araşdırılmasının zəruri olması ilə bağlı məktub ünvanlanmışdır. Daha sonra inzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2022ci il tarixdə imtina məktubu ünvanlamışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajının 16 il 8 ay təşkil etməsi səbəbindən imtina verilmişdir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq iddiaçının adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrün araşdırılması zərurətinin olduğu qeyd olunmuşdur. Fondun 1 saylı Quba-Xaçmaz regional filial tərəfindən xx.xx.2022-ci il tarixdə "X2" ASC-nin sədrinin iştirakı ilə qarşılıqlı yoxlama keçirilmiş və qarşılıqlı yoxlama zamanı adıçəkilən müəssisənin 1991-2001-ci illər üzrə əmrlər kitabı aşkar edilməmiş, məhz bu səbəbdən İddiaçı işə girmə və işdən çıxma əmrlərini yoxlamaq mümkün olmamışdır. Bundan əlavə, araşdırma zamanı İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək sosial məzuniyyətdə, 1993-cü ildə 8 ay, 1994-cü ildə, 1995-ci ildə il üzrə, 1996-cı ildə 10 ay, 1997-ci il tarixdən 2001-ci il tarixədək isə il ərzində öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. İddiaçıya xx.xx.2022-cı il tarixdə yuxanda qeyd olunanlarla eyni məzmunda imtina məktubu ünvanlanmışdır. Bundan sonra İddiaçı Mərkəzi filiala qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. AR İPM-nin 47.2-ci maddəsinə əsasən, iş üzrə iddia tələbinə qarşı etirazımızı təqdim edirik və icraatınıza qəbul edib hüquqi qiymət verməyinizi xahiş edirik. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Normanın məzmunundan aydın olduğu kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 tələb ödənilməlidir: 1) Vətəndaşın yaşı bu qanunla nəzərdə tutulan yaş həddinə çatmalıdır; 2) Onun fərdi heisabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı mövcud olmalıdır. İddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, xx.xx.1957-ci təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 62 yaş 6 ayının yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunan “X2” ASC-də işlədiyi xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilən müəssisədə işlədiyi dövrlər nəzərə alınmadıqda iddiaçının ümumi sosial sığorta stajı cəmi 16 il 8 ay təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir, iddipçının mövcud sosial sığorta stajı aşağıdakı göstərilmişdir: Mübahisələndirilməyən dövrlər- 16 il 8 ay xx.xx.1974-xx.xx.1986 11 il 6 ay xx.xx.1987-xx.xx.1991 4 il 6 gün xx.xx.1991-xx.xx.1991 8 ay Tərtib olunmuş akt üzrə 6 ay 1993 (07-10 aylar) 1996(09,10 aylar) Mübahisələndirilən dövr “X2” ASC 9 il 11 ay 19 gün “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə ki, iddiaçının xx.xx.1991 -ci il tarixdən xx.xx.2001-ci tarixədək “X2” ASCdə işlədiyi illərdə həm sosial məzuniyyətdə həm də ödənişsiz məzuniyyətdə olması faktı qarşılıqlı yoxlama aktı ilə müəyyən olunmuşdur. Bu səbəbdən də həmin dövrlər sığorta stajına daxil edilməmişdir. "Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi sosial məzuniyyətlərdən istifadə hüququnu müəyyən edir. Həmin maddəyə əsasən, sosial məzuniyyət analıq hüququnu həyata keçirmək, uşaqları sağlam böyütmək, təhsil almaq və elmi yaradıcılıqla məşğul olaraq təhsil səviyyəsini artırmaq üçün işçilərin sosial məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Sözügedən Qanununun 29-cu maddəsində isə ödənişsiz məzuniyyətin istifadə hüququ barədə danışılarkən qeyd olunmuşdur ki, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı, ailə məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Bununla belə iş üzrə bəzi xüsusutları məhkəmənin diqqətinə çatdırırlar: Həmin dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi"nin 74-cü maddəsində əmək haqqı saxlanılmadan məzuniyyətin verilməsi qaydaları müəyyən edilmiş, həmin maddədə ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan verilə bilən qısamüddətli məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirildiyi qeyd olunmuşdur. Lakin iddiaçı tərəfindən Fonda müraciət zamanı hər hansı əmr və ya sərəncam təqdim edilməmiş, həmçinin bu barədə əmək kitabçasında hər hansı qeyd olunmamışdır. Bu isə qanunvericilik tərəfindən müəyyən edilmiş qaydanın pozulmasına gətirib çıxarmışdır. Bundan əlavə iş üzrə icraat materiallarına əlavə olunmuş, Fondun 1 saylı X1 tərəfindən “X2” ASC-də keçirilmiş qarşılıqlı yoxlama zamanı tərtib olunmuş aktda iddiaçının həmin müəssisədə işləyərkən aldığı əmək haqlarının cədvəli tərtib edilmiş və qeyd edilən cədvəldə iddiaçının xx.xx.1991 -ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrdə cəmi 6 ay əmək haqqı aldığı müəyyən edilmişdir. Oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1100/2022 nömrəli qərarında “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinin arasında sosial məzuniyyət və ödənişsiz məzuniyyət hesab olunan dövrlər nəzərdə tutulmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Ali Məhkəmə öz mövqeyini həmin müddətlərdə iddiaçının əmək fəaliyyəti ilə məşğul olmadığını, ödənişsiz məzuniyyətdə olduğu zaman ona hər hansı ödənişin olmadığını qeyd edərək əsaslandırmışdır. Yuxarıda göstərilən normalardan da göründüyü kimi, ödənişsiz məzuniyyətlərin sığorta stajına daxil ecilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir norma müəyyən olunmamış, bunun əksinə ödənişsiz məzuniyyət hüququndan istifadə zamanı əmək fəaliyyəti ilə məşğul olunmadığından və həmin dövrlərdə əmək haqqı saxlanılmadığından qeyd eilən dövrlərin sığorta stajına daxil edilməməsi ilə bağlı həm qanunvericilik normaları, həm də formalaşmış məhkəmə təcrübəsi mövcud olmuşdur. Qeyd edilməli digər bir məsələ isə iddiaçının məhkəməyə müraciəti zamanı öz iddia ərizəsində xx.xx.1974-cü il tarixdən xx.xx.2001 -ci il tarixədək işlədiyi dövrlərin sığorta stajına daxil edilməsini məhkəmədən xahiş etməsi İlə bağlıdır. Belə ki, iddiaçıya sığorta stajı hesablanarkən Mərkəzi Filial tərəfindən mübahisələndirilən dövrlər xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrləri təşkil edir. Yəni, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1991-ci il tarixədək olan əmək fəaliyyət dövrü onun sığorta stajına daxil edilmiş və həmin dövrlərlə bağlı mübahisə predmeti qalmamışdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmdən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilkin olaraq iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası iddiasıdır. Hazırkı iddianın mümükünlük şərtləri olaraq iddiaçının hazırkı iddianı qaldırmaqda sübyektiv hüququ vardır, iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmişdir, cavabdeh orqan hazırkı iddiaya cavab verməli olqandır, iddianı mümkünsüz edən digər hər hansı bir əsas müəyyən edilmir. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı onun 08 dekabr 1974-cü ildən 20 oktyabr 2001-ci ilədək işlədiyi dövrü sığorta stajı saymaqla yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajının 16 il 8 ay təşkil etməsi səbəbindən imtina verilmişdir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq iddiaçının adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrün araşdırılması zərurətinin olduğu qeyd olunmuşdur. Fondun 1 saylı Quba-Xaçmaz regional filial tərəfindən xx.xx.2022-ci il tarixdə "X2" ASC-nin sədrinin iştirakı ilə qarşılıqlı yoxlama keçirilmiş və qarşılıqlı yoxlama zamanı adıçəkilən müəssisənin 1991-2001-ci illər üzrə əmrlər kitabı aşkar edilməmiş, məhz bu səbəbdən İddiaçı işə girmə və işdən çıxma əmrlərini yoxlamaq mümkün olmamışdır. Bundan əlavə, araşdırma zamanı İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək sosial məzuniyyətdə, 1993-cü ildə 8 ay, 1994-cü ildə, 1995-ci ildə il üzrə, 1996-cı ildə 10 ay, 1997-ci il tarixdən 2001-ci il tarixədək isə il ərzində öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. ... Yuxarıda göstərilən müəssisədə işlədiyi dövrlər nəzərə alınmadıqda iddiaçının ümumi sosial sığorta stajı cəmi 16 il 8 ay təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir, iddipçının mövcud sosial sığorta stajı aşağıdakı göstərilmişdir: Mübahisələndirilməyən dövrlər- 16 il 8 ay xx.xx.1974-xx.xx.1986 11 il 6 ay xx.xx.1987-xx.xx.1991 4 il 6 gün xx.xx.1991-xx.xx.1991 8 ay Tərtib olunmuş akt üzrə 6 ay 1993 (07-10 aylar) 1996(09,10 aylar) Mübahisələndirilən dövr “X2” ASC 9 il 11 ay 19 gün Belə ki, iddiaçının xx.xx.1991 -ci il tarixdən xx.xx.2001-ci tarixədək “X2” ASCdə işlədiyi illərdə həm sosial məzuniyyətdə həm də ödənişsiz məzuniyyətdə olması faktı qarşılıqlı yoxlama aktı ilə müəyyən olunmuşdur. Bu səbəbdən də həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə - 62 yaş 6 ayının yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. Lakin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan digər şərtlər (pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda) ödənilmir. Belə ki, iddiaçının 16 il 8 ay sosial sığorta stajının olması işin mübahisə olunmayan halıdır. Mübahisələndirilən dövrlər “X2” ASC-də işlədiyi 9 il 11 ay 19 gündür. Məhkəmə araşdırması zamanı DSMF 1 saylı X1 tərəfindən “X2” ASC-nin sədrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli yoxlama aktı məhkəməyə təqdim edilmişdir. xx.xx.1991-xx.xx.2001-ci il illər üzrə əmək stajının qarşılıqlı yoxlanması zamanı müəyyən edilmişdir ki, müəssisənin 1991-2001-ci illər üzrə əmrlər kitabı aşkar edilməmiş, məhz bu səbəbdən İddiaçı işə girmə və işdən çıxma əmrlərini yoxlamaq mümkün olmamışdır. Bundan əlavə, araşdırma zamanı İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək sosial məzuniyyətdə, 1993-cü ildə 8 ay, 1994-cü ildə, 1995-ci ildə il üzrə, 1996-cı ildə 10 ay, 1997-ci il tarixdən 2001-ci il tarixədək isə il ərzində öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir, eyni zamanda məhkəmə iclasında iddiaçı mübahisələndiriən dövrlərdə zavodda iş olmadığına görə öz hesabına məzuniyyətə göndərildiyini etiraf etmişdir. “Vətəndaşların pensiyası təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən : 1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.

2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Qanunverciliyin tələbini nəzərə alanda iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrün ən çoxu ilk 6 ayı onun sosial sığorta stajına hesablana bilər. Ödənişsiz məzuniyyətdə olduğu digər dövrlərlə bağlı iddiaçının əmək haqqı tələb etmək hüququ olmadığına görə, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edilən işin hallarından göründüyü kimi iddiaçının 1991-2001-ci illər üzrə uzunmüddətli olaraq öz hesabına ödənişsiz məzunyyətdə olması səbəbindən hazırda qüvvədə olan qanunvericiliyə əsasən tələb olunan 25 il sığorta stajı tamamlanmadığına görə, onun pensiya hüququ yaranmır, inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar