Məhkəmə qərarları › İş №2-1(118)-1101/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1101/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1101/2025 03.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2N23cü il tarixli, 46 nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi və birinci məharət dərəcəsinin bərpa edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1999-2NN3-cü ilədək Ali Hərbi məktəbi oxumuşdur. Sonra 2NN3-2NN4-cü illərdə təkmilləşmə kursu keçmişdir. 2NN4-2N12-ci illərdə N saylı hərbi hissədə, 2N12-2N16-cı illərdə N saylı hərbi hissədə, 2N16-2N22-ci il tarixdə N saylı hərbi hissədə, 2N22-2N23-cü illərdə N saylı hərbi hissədə xidmət etmişdir, 2N23-cü ildən ehtiyata buraxılmışdır. Xidmət etdiyi müddətdə 9 medalı var, İİ Qarabağ müharibəsi iştirakçısıdır, Ağdam və Xocavənd rayonlarının azad olunmasına görə medalla təltif olunmuşdur. 2N24-cü ildə hərbi xidmətdən tərxis olunandan sonra məlum olmuşdur ki, 1-ci məharət dərəcəsi ləğv olunmuşdur. Dərhal cavabdehə məharət dərəcəsinin bərpa olunması barədə rəsmi müraciət etmiş, xx.xx.2N24-cü il tarixdə 1629 saylı məktubla bildirilmişdir ki, guya N saylı hərbi hissə komandirinin 1xx.xx.2N23-cü il tarixli 46 saylı əmri ilə ona vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq intizam cəzası verilmiş, bu səbəbdən xx.xx.2N23-cü il tarixli 42 nömrəli əmrinə əsasən məharət dərəcəsi bir pillə aşağı, 2-ci məharət dərəcəsinə endirilmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İntizam nizamnaməsində məharət dərəcəsinin alınması deyə bir cəza növü olmadığından ona dəymiş maddi zərər də ödənilməlidir. Belə ki, 2N23-cü ilin yanvar ayından bu günə qədər hər ay 7N manat pensiyasından pul tutulub. Həmin məbləğ də bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə, hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi vəzifəsində hərbi xidmətdə olarkən, vəzifə borclarının icrasına səhlənkar yanaşaraq tapşırılmış xidməti araşdırmam aparmadığına görə ona Müdafiə nazirinin müavini- Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli 46 nömrəli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. İddiaçı intizam məsuliyyətinə cəlb edilərək ona “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edildiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N16-ci il tarixli N2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.1.4-cü bəndinə əsasən (Azərbaycan Respublikasının Müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edildikdə məharət dərəcəsi bir pillə aşağı endirilir) Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli N42 nömrəli əmri ilə onun 1-ci məharət dərəcəsi bir pillə aşağı 2-ci məharət dərəcəsinə endirilmişdir. İddiaçı 1-ci məharət dərəcəsinin bir pillə 2-ci məharət dərəcəsinə endirilməsi barədə Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli N42 nömrəli əmri xx.xx.2N23-cü il tarixdə 97 nömrəli daxil olma ilə N nömrəli hərbi hissəyə daxil olmuş, həmin tarixdən elan olunaraq icraya yönəldilmişdir. Həmçinin N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli 46 nömrəli və xx.xx.2N23-cü il tarixli N42 nömrəli əmrləri N nömrəli hərbi hissəyə daxil olduqdan sonra xx.xx.2N23-cü il tarixdə polkovnik-leytenant A.Ə. Qasımzadəyə elan edilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilməsi barədə və 1-ci məharət dərəcəsinin bir pillə aşağı 2-ci məharət dərəcəsinə endirilməsi barədə əmrlər xx.xx.2N23-cü il tarixdə ona elan edilsə də İddiaçı bu barədə 2N24-cü ilin fevral ayınadək müraciəti və ya şikayəti daxil olmamış, 2N24-cü ilin fevral ayında Müdafiə Nazirliyinə, xx.xx.2N24-cü il tarixdə isə Sumqayıt inzibati Məhkəməsinə müraciət etmişdir. İnzibati Prosessual məcəllənin 24.1-ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən olunmuş müddət pozuntusu proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. inzmaıi icraat haqqında Azərbaycan Respublikası Qanununun 62.3-cü bəndinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aidığı hallarda şamil olunur. Odur ki, Məhkəmədən iddia müddəti keçdiyi üçün İddiaçı iddiasının mümkünsüz sayılması (mümkün sayılmaması) barədə qərardad qəbul etməsini xahiş edirik. Bundan başqa İddiaçı N nömrəli hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi vəzifəsində hərbi xidmətdə olarkən, N nömrəli hərbi hissədə N noyabr 2N22-ci il tarixdə 36 ədəd 462N markalı və 3 ədəd 4622 markalı radiostansiyaların çatışmazlığı aşkar edilmiş, həmin fakt barədə 17 noyabr 2N22-ci il tarixdə hərbi hissə komandiri tərəfindən xidməti araşdırma təyin edilərək araşdırılması (icrası) polkovnikleytenant İddiaçı tapşırılmış, polkovnik-leytenant A.Ə. Qasımzadə Azərbaycan Respublikası Müdafiə nazirinin 24 dekabr 2N22-ci il tarixli 2N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda xidməti araşdırmaların, ilkin yoxlamanın və təhqiqatın aparılası Qaydaları”nın 3.7-ci bəndinin tələblərinə zidd olaraq xx.xx.2N23-cü il tarixədək həmin araşdırma materialını tam hərəkətsiz saxlayaraq heç bir araşdırma aparmamış, bu səbəbdən də 36 ədəd 462N markalı və 3 ədəd 4622 markalı radiostansiyaların itirilməsi faktına hüquqi qiymət verilməmiş və dövlətə dəymiş maddi ziyanın müəyyən edilərək təqsirkar şəxslər tərəfindən ödənilməsi təmin edilməmişdir. Buna görə də polkovnikleytenant A.Ə. Qasımzadə vəzifə borclarının icrasına səhlənkar yanaşaraq tapşırılmış xidməti araşdırmanı aparmadığına görə ona Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli 46 nömrəli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. polkovnik-leytenant A.Ə. Qasımzadəyə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edildiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N16-ci il tarixli N2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.1.4-cü bəndinə əsasən (Azərbaycan Respublikasının Müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edildikdə məharət dərəcəsi bir pillə aşağı endirilir) Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli N42 nömrəli əmri ilə onun 1ci məharət dərəcəsi bir pillə aşağı 2-ci məharət dərəcəsinə endirilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 1-ci maddəsinə əsasən hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa borcludur. Həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 2-ci maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasm; şüurlu surətdə dərk etməsinə əsaslanır. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərb; andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin əmr və sərəncamlarına sözsüz tabe olmağa (icra etməyə), hərbi borcunu yerinə yetirərkən öz qanını və hətta həyatını belə əsirgəməməyə, namuslu və doğruçu olmağa, hərbi işi viccania öyrənməyə, ona tapşırılan işləri vaxtında və dəqiq yerinə yetirməyə məcbur edir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 7-ci maddəsinə əsasən bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq Qanun qarşısında bərabərdirlər və onlar hərbi intizamı pozduqlarına görə Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər. Beləliklə yuxanda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı iddiaları tam əsassızdır. Belə ki, o, hərbi xidmətdə olarkən vəzifə borclarının icrasına səhlənkar yanaşaraq tapşırılmış xidməti araşdırmam aparmadığına görə ona Müdafiə nazirinin müavini- Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli 46 nömrəli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmiş, bu səbəbdən də Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının xx.xx.2N23-cü il tarixli N42 nömrəli əmri ilə onun 1-ci məharət dərəcəsi bir pillə aşağı 2-ci məharət dərəcəsinə endirilmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, İddiaçı “1-ci məharət dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, izahatında iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növü ilə bağlı qeyd edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə mübahisələndirmə haqqında iddiadır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 3N gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Məhkəmə iclasında izahatı zamanı İddiaçı müddətin ötürülməsini xidmətdə olması ilə əlaqələndirmiş, xidmətdə olan zaman məhkəməyə müraciət etməsindən ehtiyat etdiyini, bu səbədən tərxis olunduqdan sonra məhkəməyə iddia tələbi ilə müraciət etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Lakin iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə N1 aprel 2N24cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1N gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 7N ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar