Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1102/2020 09.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X2rşı “ünvan 1, mənzil 3 ünvanda yerləşən şəxsi mülkiyyəti olan mənzil üzərinə cavabdeh tərəfindən qoyulmuş qadağanın qanunsuz hesab edilərək, bu yüklülüyün və qadağanın götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ünvan 1, mənzil 3 ünvanda yerləşən şəxsi mülkiyyəti olan mənzil üzərinə cavabdeh tərəfindən qoyulmuş qadağanın götürülməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, iddiaçının tələbi təmin edilməmiş, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1, mənzil 3 ünvanda yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzil dövlət fonduna daxil olmaqla özəlləşmə nəticəsində əvəzsiz olaraq əldə edilmişdir. İddiaçı mülkiyyət hüquqlarından istifadə edərək mənzilini satmaq istədikdə notariat kontorunda bildirilmişdir ki, Reyestr Xidməti tərəfindən həmin evin satılmasına qadağa qoyulmuşdur. Bunun səbəbini öyrənmək üçün iddiaçı Reyestr Xidmətinə rəsmi ərizə ilə müraciət etmiş və cavabdehin xx xxxx 2019-cu il tarixli rəsmi məktubu ilə ona bildirilmişdir ki, AR DİN tərəfindən iddiaçının mənzili üzərinə müvəqqəti nəzarət qoyulmuşdur və ona AR DİN-nə müraciət etmək məsləhət edilmişdir. İddiaçı bu məqsədlə AR X6 rəsmi müraciət etmiş, ona məlumat verilmişdir ki, bunun səbəbinin öyrənillməsi Sumqayıt şəhər Pİ-nə həvalə edilib və Sumqayıt şəhər Pİ 4-cü PBnin rəisinin xx.xx.2019-cu il tarixli məktubu ilə rəsmi olaraq iddiaçıya cavab verilmişdir ki, iddiaçının mənzilinə hər hansı bir nəzarət və sanksiya qoyulmamışdır. Bu rəsmi cavabdan sonra iddiaçı yenidən cavabdeh orqana ərizə ilə müraciət etmiş, Nazirə müraciətini və cavabı təsdiq edən sənədləri də əlavə etmiş və əlavə olaraq da bildirmişdir ki, AR DİN nazirliyi tərəfindən hər hansı bir sanksiya və qadağa qoyulmaması barədə rəsmi cavab var, bundan əlavə, hətta belə bir məktub olsa da belə, Reyestr Orqanının mənzilin üzərinə qadağa qoyması qanuna zidd olmuşdur.Ona görə də cavabdehdən mənzil üzərinə qoyulmuş qadağanın götürülməsini tələb edilmişdir. Buna baxmayaraq, cavabdeh yenə də iddiaçıya rəsmi olaraq xx xxxx 2020-ci il tarixli məktubu ilə bir daha göstərmişdir ki, mənzil üzərində AR DİN tərəfindən göndərilmiş məktuba əsasən qadağa qoyulmuşdur və bu qadağanın götürürlməsi üçün AR DİN-ə sorğu məktubu göndərilmişdir və sorğuya cavab verildikdən sonra müraciətinə təkrar baxılacaqdır. İddiaçı cavabdehin bu hərəkətlərini və hərəkəttsizliyini qanunsuz hesab edir və bu qadağanı iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqda» AR Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin,başqasına keçməsinin,məhdudlaşdırılmasmm(yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sırasında belə bir məktub nəzərdə tutulmamışdır və yüklülüyün qoyulması üçün yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı nəzərdə tutulmamışdır. Bu zaman hansısa istintaq və ya dövlət orqanının özbaşına məktubu əsasında vətəndaşın mülkiyyətində olan əmlakın üzərinə qadağa qoyulması və onun özgəninkiləşdirilməsinin qadağan edilməsi qanunsuzdur və AR Konstitusiyasında, Mülki məcəlləsində mülkiyyət hüququnun müdafiəsinə dair müddəalara normalara tam ziddir. Ona görə də belə hesab edir ki,cavabdehin bu hərəkətləri (mənzili yüklü kimi qeydə alması) qanunsuz hesab edilməli və bu qanunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil İddiaçı mülkiyyətində olan, Sumqayıt şəhəri, 1-ci məhəllə, 98 saylı evin 3 nömrəli mənzil üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi ilə əlaqədar xx xxxx 2020ci il tarixli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X4 müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil bildirilmişdir ki, daha əvvəl qeyd ilə bağlı İddiaçı etibarnamə üzrə nümayəndəsi Yüzbaşev Qalib Bağır oğlunun ünvanına xx xxxx 2019-cu il tarixli **********93 saylı məktub göndərilmişdir. Təkrar olaraq bildirilmişdir ki, sözügedən mənzil üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məktubu əsasında məhdudiyyət qoyulmuşdur. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil müraciəti nəzərə alınaraq, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi məsələsinə münasibət bildirilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə xx xxxxx 2020-ci il tarixli 2002204Q2490 saylı sorğu məktubu göndərilmişdir. Sorğuya cavab verildikdən sonra müraciətinə təkrar baxılacağı İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil bildirilmiş və bu barədə ona 16 mart **********97 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X2rşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında X1 iştirak etmiş etirazı müdafiyə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həmdə əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1, mənzil 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətindədir. Sözügedən mənzil üzərinə cavabdeh inzibati orqan tərəfindən məhdudiyyət qoyulmuşdur. İddiaçı qoyulmuş məhdudiyyətin götürülməsi üçün inzibati orqana müraciət etsədə, onun tələbi təmin edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İddiaçı onun mülkiyyəti olan daşınmaz əmlak üzərində cavabdeh inzibati orqan tərəfindən qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlı həmin orqana müraciət etmiş lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqan qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzil üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məktubu əsasında məhdudiyyət qoyulmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.9.3-cü maddəsinə əsasən mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti göstərilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən İddiaçı ünvanlanmış cavab məktubundan da görünür ki, iddiaçının ərizədə göstərdiyi mənzilə dövlət orqanları tərəfindən hərhansı nəzarət və sanksiya qoyulması halları müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan isə etirazında sözügedən mənzil üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məktubuna əsaslanaraq məhdudiyyət qoyulduğunu qeyd etsə də mübahisə predmeti olan mənzil sahəsi üzərində iddiaçının hüquqlarının məhdudlaşdırılmasına qanunvericiklə müəyyən edilmiş hərhansı əsası göstərə bilməmiş, bununla bağlı məhkəməyə hərhansı sübut təqdim etməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları və s. İddiaçının əmlakı üzərinə qoyulmuş məhdudiyyət onun yuxarıda qeyd edilən hüquqlarından istifadəyə məhdudiyyət yaradaraq konstitusion hüuqularının pozulması ilə nəticələnmişdir. Bunlardan başqa məhkəmə hazırki iş üzrə qərar qəbul edərkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququna qoyulmuş məhdudiyyətin götürülməməsi «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və ünvan 1, mənzil 3 ünvanda yerləşən mənzil üzərinə cavabdeh tərəfindən qoyulmuş yüklülüyün və qadağanın götürülməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X3 üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1, mənzil 3 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan mənzil üzərinə cavabdeh tərəfindən qoyulmuş yüklülüyün və qadağanın götürülməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X3 üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1102/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1102/2020
09.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver