Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1105/2021 17.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı 06.04.2004-cü il tarixli JN-0048 kod 30801006 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 20.12.2013cü il tarixli seriya RX N0305981 saylı çıxarışa əlavə edilmiş daşınmaz əmlakın texniki pasportunda göstərilən koordinatlar arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06.04.2004-cü il tarixli JN-0048 kod 30801006 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 20.12.2013-cü il tarixli seriya RX N0305981 saylı çıxarışa əlavə edilmiş daşınmaz əmlakın texniki pasportunda göstərilən koordinatlar arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin 18.03.2004-cü il tarixli 2 saylı qərarı ilə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0,26 ha torpaq sahəsi iddiaçıya ayrılmış və ona 06.04.2004-cü il tarixdə dövlət aktı verilmişdir. Sonradan 0,26 ha torpaq sahəsi üç hissəyə bölünmüş, 2013-cü ilin dekabr ayında ayrı-ayrı əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçərək çıxarışlar verilmişdir. Lakin 0,17609 ha torpaq sahəsinə dair 20.12.2013-cü il tarixdə verilmiş çıxarışa əlavə edilmiş texniki pasportda koordinat cizgilər qeyd edilməmiş və nəticədə 06.04.2004-cü il tarixli dövlət aktındakı koordinatlarla uyğunsuzluqlar yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən mütəxəssislərə müraciət edilmişdir və müəyyən edilmişdir ki, 2013-cü ildə texniki pasport hazırlanarkən şimal hissədən, mövcud mağazanın yerləşdiyi torpaq sahəsi tam olaraq və ona bitişik tikilinin yerləşdiyi torpaq sahəsinin 132,0 kv m hissəsi və 0,17609 ha torpaq sahəsinin şimal hissəsində 23 kv m hissəsi JN-0048 nömrəli dövlət aktına əsasən Xırdalan bələdiyyəsinin 18.03.2004-cü il tarixli, 02 saylı qərarı ilə iddiaçıya satıldığı və dövlət aktında öz əksini tapdığı halda həmin hissələr texniki pasport tərtib olunarkən dövlət aktında göstərilən cizgilər xaricində saxlanılmışdır. Həmçinin cənubqərb hissədən mülkiyyətində olmayan 160 kv m torpaq sahəsi qeyri-yaşayış binasının texniki pasportuna əlavə edilmişdir. Bununla da iddiaçıya məxsus qeyri-yaşayış binasının bir hissəsi mülkiyyətindəki torpaq sahəsinin cizgiləri xaricində qalmış, eləcə də koordinatlar dövlətə məxsus uşaq bağçasının bir hissəsinə işlənilmişdir. Qeyd edilən uyğunsuzluqların aradan qaldırılması üçün iddiaçı bir neçə dəfə cavabdeh inzibati orqana müraciət etmiş, lakin heç bir nəticə əldə olunmamışdır Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən İddiaçı verilmiş JN-0048 nömrəli “torpağın mülkiyyət hüququna dair” dövlət aktı üç hissədən ibarətdir. Ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-0048 nömrəli “torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən 0,0304 ha torpaq sahəsi 20.12.2013-cü il tarixli, **********17 reyestr nömrəsi ilə torpaq sahəsi kimi, 0,0535 ha və 0,17609 ha torpaq sahələri üzərində qeyri-yaşayış binaları **********16-06301 və **********14-06301 reyestr nömrələri ilə 20.12.2013-cü il tarixdə vətəndaş İddiaçı adına qeydiyyata alınaraq, çıxarış və texniki pasport faktiki vəziyyətinə uyğun verilmişdir. İddiaçı iddia etdiyi torpaq sahəsi öz adına qeydiyyata alınmış qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin hüdudları xaricində yerləşir. İş materiallarında olan : - RX ******* seriyalı daşınmaz əmlakın reyestrdən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən ümumi sahəsi 530,2 kv m olan qeyriyaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. - DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən 20.12.2013-cü il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, həmin texniki pasport İddiaçı xüsusi mülkiyyətində olan qeyri-yaşayış binası barəsində tərtib edilmişdir, tikintialtı sahə 581.0 kv m, açıq torpaq sahəsi 179,9 kv m, ərazinin ümumi torpaq sahəsi 1760.9 kv m təşkil edir. - JN-0048 KOD 30801006 seriyalı dövlət aktından görünür ki, Abşeron rayon Xırrdalan bələdiyyəsinin 18.03.2004-cü il tarixli 02 saylı qərarı ilə İddiaçı 0.26 ha torpaq sahəsi satılmışdır. - Abşeron rayon Məhkəməsinin 2(012)-425/2021 saylı 03 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunda onun şəxsi mülkiyyətində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0.26 ha torpaq sahəsinin 51.8 kv.m sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin cavaodehlərdən X6 ilə alqı-satqı edilməsinə dair 01 may 2005-ci il tarixli və 21.3 kv.m sahəsində inşa edilmiş qeyri yaşayış sahəsinin cavabdehlordən X4 ilə alqı-satqı edilməsinə dair 01 may 2005-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, eyni zamanda, onun şəxsi mülkiyyətində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0.26 ha torpaq sahəsinin 51.8 kv.m sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin cavabdehlərdən X3 və həmin ünvanda yerləşən torpaq sahəsinin 21.3 kv.m sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin cavabdehlərdən X2 adıns Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi’’ tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. - cavabdehin 30.03.2021-ci il ltarixli imtina cavabından görünür ki, ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən İddiaçı verilmiş JN-0048 nömrəli “torpağın mülkiyyət hüququna dair” dövlət aktı üç hissədən ibarətdir. Ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-0048 nömrəli “torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən 0,0304 ha torpaq sahəsi 20.12.2013-cü il tarixli, **********17 reyestr nömrəsi ilə torpaq sahəsi kimi, 0,0535 ha və 0,17609 ha torpaq sahələri üzərində qeyri-yaşayış binaları **********16-06301 və **********14-06301 reyestr nömrələri ilə 20.12.2013-cü il tarixdə vətəndaş İddiaçı adına qeydiyyata alınaraq, çıxarış və texniki pasport faktiki vəziyyətinə uyğun verilmişdir. İddiaçı iddia etdiyi torpaq sahəsi öz adına qeydiyyata alınmış qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin hüdudları xaricində yerləşir və elektron bazada dövlət torpağı kimi qeyd olunmuşdur. -"xxxx" MMC tərəfindən verilmiş 17.02.2021-ci il tarixli 14 saylı mütəxəssis rəyindən görünür ki, 2013-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın texniki pasportu hazırlanarkən şimal hissədən, mövcud mağazanın yerləşdiyi torpaq sahəsi tam olaraq və ona bitişik tikilinin yerləşdiyi torpaq sahəsinin 132,0 kv m hissəsi və 0,17609 ha torpaq sahəsinin şimal hissəsində 23 kv m hissəsi JN-0048 nömrəli Dövlət Aktına əsasən Xırdalan bələdiyyəsinin 18.03.2004-cü il tarixli 02 saylı qərarı ilə İddiaçı mülkiyyətinə satıldığı və JN-0048 nömrəli Dövlət Aktırıa öz əksini tapdığı halda, həmin hissələr texniki pasport tərtib olunarkən onun mülkiyyəti, yəni dövlət aktında göstərilən cizgilər xaricində saxlanılmışdır. Həmçinin cənub-qərb hissədən İddiaçı mülkiyyətində olmayan 160 kv m torpaq sahəsi qeyri-yaşayış binasının texniki pasportuna əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı verilmiş 06.04.2004-cü il tarixli, JN-0048 kod 30801006 Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0,17609 ha torpaq sahəsinin cizgisində göstərilən konfiqurasiya və ölçülər ilə 20.12.2013-cü il tarixli seriya RX0305981 saylı çıxarışa əlavə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportunda göstərilən ölçülər və konfiqurasiya arasında uyğunsuzluqlar olduğu müəyyən olunur. Belə ki, sözügedən torpaq sahəsinə dair texniki pasport tərtib olunarkən JN-0048 kod 30801006 Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinin hüdudları daxilində həmin torpaq sahəsinin cənub-şərq hissəsində yerləşən 130,0 kv m torpaq sahəsi texniki pasporda qeyd olunmamışdır. Eyni zamanda JN-0048 kod 30801006 Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən torpaq sahəsinin şimal-qərb istiqamətdə eni 15,8 m, cənub-şərq istiqamətdə 10,8 m, uzunluğu 88,3 m olduğu halda həmin torpaq sahəsinin texniki pasportunda torpaq sahəsinin şimal-qərb istiqamətdə eni 16,39 m, cənub-şərq istiqamətdə 5,63 m, uzunluğu 89,98 m göstərilmişdir. İddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsi “Torpağa mülkiyyət hüququna dair” 06.04.2004-cü il tarixli JN-0048 kod 30801006 olan Dövlət Aktı ilə İddiaçı oğlunun mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinin 1760,91 kv m hissəsinin cizgisində göstərilən hüdudları daxilində yerləşdiyi müəyyən olunur. İddiaçı adına tərtib olunmuş 10747 inventar nömrəli **********14-06301 reyestr nömrəli texniki pasport sənədində göstərilən cizgidə torpaq sahəsinin eninin dövlət aktında qeyd olunandan çox olduğunu nəzərə alaraq həmin cizgidə qeyd olunan ölçülərin qeyri-yaşayış sahəsinin arxa hissəsində yerləşən uşaq bağçasının həyətinə düşdüyü müəyyən olunur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnaməyə əsasən daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərini həyata keçirmək, daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək (3.0.6), mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq (3.0.9) , inzibati ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədi ilə onların sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, xəritələri hazırlamaq və təsdiq etmək (3.0.20), bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və torpaqları müvafiq bələdiyyələrə təhvil vermək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək (3.0.24) həmin Xidmətin vəzifələrinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilir ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın yerində sərhədlərinin dəqiq müəyyən edilməməsi iddiaçının həmin əmlakdan sahiblik, isifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırdığından və nəticədə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. İddiaçının onun mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş dövlət aktında və həmin torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlaka dair verilmiş texniki pasportunda göstərilən koordinatlar arasında yol verilmiş uyğunsuzluqların aradan qaldırılmasını tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı həmin uyğunsuzluqların mövcud olması və nədən ibarət olmasının müəyyən edilməsi üçün məhkəmə-tikinti-texniki eskpertizası təyin edilmişdir və ekspertiza tədqiqatı ilə verilmiş sualara aydınlıq gətirilmişdir. Beləliklə, həqiqətən də iddiaçıya verilmiş dövlət aktı ilə texniki pasport arasında fərqin labüd olduğu, həmçinin iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın bəzi hissəsinin texniki pasporta daxil edilməməsi, eyni zamanda koordinatların düzgün vurulmaması nəticəsində qonşuluda yerləşən uşaq bağçasının korrdinatlarının iddiaçıya verilmiş texniki pasporta qeyd edilməsi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, iddiaçı X5 məxsus 03.26 ha torpaq sahəsinə dair 06.04.2004-cü il tarixli JN-0048 kod 30801006 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 20.12.2013-cü il tarixli seriya RX N0305981 saylı çıxarışa əlavə edilmiş daşınmaz əmlakın texniki pasportunda göstərilən koordinatlar arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X5 məxsus 03.26 ha torpaq sahəsinə dair 06.04.2004-cü il tarixli JN-0048 kod 30801006 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 20.12.2013-cü il tarixli seriya RX N0305981 saylı çıxarışa əlavə edilmiş daşınmaz əmlakın texniki pasportunda göstərilən koordinatlar arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1105/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1105/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver