Məhkəmə qərarları › İş №2-1(118)-1106/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1106/2020

26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1106/2020 26.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron rayon Polis İdarəsinə qarşı, “xxxx” QSC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində rəsmi pasport qeydiyyatında olan: xx.xx.1987-ci il təvəllüdlü X14, xx.xx.1986-cı il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X15, xx.xx.1986-cı il təvəllüdlü X1 pasport qeydiyyatından çıxarılma vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması”na dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xxxx QSC “xxxx” QSC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində rəsmi pasport qeydiyyatında olan X7, X2, X6, X8, X1 pasport qeydiyyatından çıxarılması üçün Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, cavabdehin xx xxxxxx 2019-cu il tarixli, 128-72220M-3219 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. X14, X3, X4 məhkəmə iclasına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-771/2018 saylı qətnaməsinə əsasən cavabdeh X9 məxsus Abşeron rayon Masazır kəndində yerləşən fərdi yaşayış evi açıq hərraca çıxmışdır, alıcı olmadıqları üçün daşınmaz əmlakı ipoteka saxlayan yəni xxxx QSC öz balansına götürmüşdür. Bu barədə DƏDRX-dən xx.xx.2019-cu il tarixdə çıxarış alınmışdır. Azərbaycan Respublikasının İpoteka haqqında Qanununun 59.4. maddəsinə xx xxxxxx 2018-ci il tarixində edilmiş dəyişikliyə uyğun olaraq İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 (on) təqvim günü müddətində məcburi qaydada çıxarılırlar (qanundan çıxarış xx xxxxxx 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu "Azərbaycan” qəzeti, xx xxxxxx 2018-ci il, № 296) ilə 59.4-cü maddədə “çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında” sözləri “və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda. həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 (on) təqvim günü müddətində” sözləri ilə əvəz edilmişdir). İlkin olaraq mülkiyyətçi xxxx” QSC Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə xx.xx.2019-cu il tarixdə 04146 saylı ərizə ilə müraciət ünvanlamışdır ki, mülkiyyət hüquqlarını bərpa edilməsində köməklik edilsin və qanunvericiliyin tələblərinə uyğun olaraq bankın mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata olan şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmasını təmin etsin (surəti əlavə edilir). Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin rəsmisi xx.xx.2019-ci il tarixli 128-72220M-3219 saylı cavab məktubları ilə qanunvericiliyə edilmiş dəyşiklərə məhəl qoymayaraq, köhnə şəkildə “Ayrıca məhkəmə qətnaməsi” olduqda bu kimi işlərin icra edilməsini mümkün saymışdır. (surəti əlavə edilir). Azərbaycan Respublikasının İpoteka Haqqında Qanunun 59.4-cü maddəsinə xx xxxxxx 2018-ci il tarxində edilmiş dəyişikliyə uyğun olaraq İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 (on) təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi qanunun tələblərində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvüləri və digər şəxslər evdən(mənzildən) və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və ya yaşayış yeri üzrə qeydiyyatdan məcburi qaydada çıxarılırlar. xx.xx.2020-ci il tarixdə iddiaçı 00267 saylı ərizəylə Abşeron Rayon İcra hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət edərək xxxx’* QSC-nin mülkiyyətində olan Abşeron rayon, Masazır kəndində yerləşən fərdi yaşayış evində rəsmi qeydiyyata olmaları barəsində Arayış(məlumat) almasında köməklik göstərmələrini xahiş etmişdir. xx.xx.2020 ci il tarixdə Abşeron Rayon İcra hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 224 saylı məktubu daxil olmuşdur: məktubun məzmundan belə təyin olunur ki, Abşeron rayon, Masazır kəndində yerləşən fərdi yaşayış evində rəsmi qeydiyyata adları aşağıda qeyd edilmiş 5 (beş) vətəndaş mövcudur: X14 -xx.xx.1987-ci il təvəllüdlü, X3 -xx.xx.1986-cı il təvəllüdlü; X10xx.xx.2012- ci il təvəllüdlü; X15-xx.xx.2010- cu il təvəllüdlü; X4-xx.xx.1986- cı il təvəllüdlü. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X11 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-in 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Odur ki, həmin sənədlər təqdim olunmadığı halda vətəndaşlar qeydiyyatdan çıxarıla bilməz. Cavabdeh məhkəmə iclasının onun iştirakı olmada baxılmasını xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. . Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İş materialları ilə müəyyyən olunur ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən ümumi sahəsi 196.30 kv.metr olan fərdi yaşayış evi Çıxarış əsasında “X20 Azərbaycan” QSC-nin xüsusi mülkiyyətindədir. Abşeron Rayon İcra hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 224 saylı məktubunda qeyd edilir ki, Abşeron rayon, Masazır kəndində yerləşən fərdi yaşayış evində X14 -xx.xx.1987-ci il təvəllüdlü; X3 -xx.xx.1986-cı il təvəllüdlü; X10-xx.xx.2012- ci il təvəllüdlü; X15-xx.xx.2010- cu il təvəllüdlü; X4-xx.xx.1986- cı il təvəllüdlü şəxslər qeydiyyatdadırlar. İddiaçı “xxxx” QSC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində rəsmi pasport qeydiyyatında olan X7 və digərlərinin pasport qeydiyyatından çıxarılması üçün Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, cavabdehin xx xxxxxx 2019-cu il tarixli, 128-72220M-3219 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi təqdim edilmiş icra sənədinin kserosurət olması və icra qurumu tərəfindən göndərilməməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmamışdır və aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının xx xxxxx 2005-ci il tarixli “İpoteka haqqında” Qanununun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən 59.4-cü maddədə “çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında” sözləri “və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, cavabdeh qeyd edir ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-in 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Odur ki, həmin sənədlər təqdim olunmadığı halda vətəndaşlar qeydiyyatdan çıxarıla bilməz. Lakin, qanunvericilyin də tələbindən göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan “ayrıca məhkəmə qərarı tələb olunmadan” ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlar iddianın əsalı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə qeyd edilənlərə əsaən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “xxxx” QSC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində rəsmi pasport qeydiyyatında olan X14, X3, X10, X15, X4 pasport qeydiyyatından çıxarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “xxxx” QSC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində rəsmi pasport qeydiyyatında olan X14, X3, X10, X15, X1 pasport qeydiyyatından çıxarılma vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar