Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1106/2021 27.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması”na dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 19.02.2020-ci il tarixli 2-1(112)-1556/2020 saylı qərardadı ilə iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1010/2020 saylı, 02.06.2020-ci il tarixli qərardadına əsasən inzibati iş məhkəmə aidiyyətinin müəyyən olunması üçün Sumqayıt Apelyasiya Məhkməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-333/2020 saylı, 14 avqust 2020-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 oktybar 2020-ci il tarixli 2-1(102)- 1926/2020 saylı qərardadı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-333/2020 saylı, 14 avqust 2020-ci il tarixli qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-117/2021 saylı, 19 aprel 2021-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istədiyi ünvan 2 ünvanında yerləşən torpaq sahəsi Abşeron rayonunun idarəçiliyində olmaqla Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisinə daxildir. Həmin ərazidə yerləşən torpaq sahələri və onların üzərindəki daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarının qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən aparılır. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iştirak etmiş iddiaçı tərəfə hüquqi yardım edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması”na dair iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulmasını tələb edir. Mübahisəyə yuxarı instansiya məhkəmələrində baxılarkən müəyyən olunmuşdur ki, Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli Sərəncamına əsasən Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1- 17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsinin həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması qərara alınmışdır. İşə apellyasiya qaydasında baxılarkən mübahisə olunan torpaq sahəsinin Bakı, yaxud Abşeron əraziyə aid olması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli Sərəncamına uyğun araşdırılma aparılması zərurəti yaranmış və bununla əlaqədar Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 20,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi 4002,0 kv.m torpaq sahəsinin faktiki yerləşmə mövqeyinə görə hansı rayonun (Sabunçu və ya Abşeron rayonu) inzibati ərazi vahidinə aid olması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırıq verilmişdir. Həmin Xidmətin 29 mart 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus 4002,0 kv.m torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbə İnzibati Ərazi Dairəsinin hüdudları daxilində, Abşeron rayonunun idarəçiliyində saxlanılmış keçmiş Bilgəh sovxozunun ərazisində yerləşdiyi müəyyən edilmişdir. Xidmətdən daxil olmuş 05 aprel 2021-ci il tarixli məktubdan isə görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi Abşeron rayonunun idarəçiliyində olmaqla Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisinə daxildir. Həmin ərazidə yerləşən torpaq sahələri və onların üzərindəki daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarının qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən aparılır. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin və onun üzərindəki daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən aparıldığı müəyyən edilmişdir. Göründüyü kimi tələb cavabdeh olmayan inzibati orqana yönəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hazırkı tələblə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edə bilər. Bu halda cavabdeh inzibati orqan məhkəmənin mövqeyini nəzərə alaraq inzibati icraat aparmalıdır. Cavabdeh İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə, Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 6 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1106/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1106/2021
27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver