Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1108/2021 30.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1990-cı ildən 06.11.2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən çox həqiqi hərbi xidmət keçmişdir. Lakin xidmət dövrü ərzində dövlət vəsaiti hesabına mənzillə təmin edilməmişdir. Baxmayaraq ki, onun belə bir hüququ olmuşdur. Bu hüququ ona “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanı verir. Həmin fərmanda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılsın. Bu fərmana əsasən o Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir və bunun üçün kifayət qədər əsasları mövcuddur. Belə ki, 20 təqvim ilindən artıq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Qüsursuz xidmətə görə” 3,2 və 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Hərbi xidmət dövründə heç vaxt yaşayış sahəsi ilə təmin edilməmişdir. Himayəsində iki övladı vardır. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olumuş və Silahlı Qüvvələr veteranıdır. Müharibə veterandır. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən 29.09.2020-ci il tarixli 3962 nömrəli məktubla ona məlumat verilmişdir ki, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi ilə bağlı müraciətinə baxılmışdır. Məktubda Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin dövlət vəsaiti hesabına mənzil təminatıyla əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinmişdir. Azərbaycan ordusunda hərbi xidmət müddətində və ya ehtiyata buraxıldıqdan sonra xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə müsbət qərar qəbul edildiyi təqdirdə əlavə məlumatın veriləcəyi qeyd edilmişdir. Halbuki sözügedən fərmanda buna dair hər hansı hal nəzərdə tutulmamışdır. Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsinin 29.09.2020-ci il tarixli 3962 nömrəli məktubunda sadalanan hallar sözügedən Fərmanın tələblərinə uyğun araşdırılmamış və adının mənzil siyahısına salınması təmin edilməmişdir. Fərmanda məhkumluq haqqında ifadənin işlənilməməsi nəzərə alınmasa belə barəsində çıxarılmış hökmlə bağlı Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsinin “Hökmün icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılmasının nəticələri haqqında məhkəmə iclasının” Qərarda göstərilənlər tətbiq edilməmişdir. O, sözügedən imtina məktubunu qanunsuz və əsassız hesab edir. Qərarda, barəsində 30.08.2001-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 342.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəza 6 (altı) ay sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən artıq ödənildiyindən məhkumluğunun götürülməsi və bununla əlaqədar məhkumluğu ilə bağlı olan bütün hüquqi nəticələr ləğv edildiyi qeyd edilmişdir. Qərarın nüsxəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə də göndərilmişdir. Hərbi xidməti ilə bağlı təltif olunduğu “Qüsursuz xidmətə görə” 3, 2 və 1-ci dərəcəli medallar Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15, və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcədir. Hərbi xidməti ilə bağlı təltif olunduğu “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Bundan başqa, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və daha artıq təqvimi müddəti qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri qaşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. O, Müdafiə Naziriliyinin 06.11.2017-ci il tarixli 0329g nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “b” bəndinə əsasən yaşa görə (həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar) və 164-cü maddəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, ona hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmış və bu hüquq qeyd olunan maddənin tələbinə əsasən hərbi xidmətdə 20 il və artıq (təqvim hesabla) qüsursuz xidmət etmiş şəxslərə verilə bilər. Onun da hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etməsi nəzərə alınmaqla ona bu hüquq verilmişdir. Sadaladığı faktları və həmin faktların hüququ dayanaqlığını nəzərə alaraq, 20 təqvim ilindən çox qüsursuz xidmət etdiyini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi tanındığını təsdiq edir və bu, ona “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid edilməsinə əsas verir, bu baxımdan həmin Fərman ona şamil edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 0, 20 təqvim ili xidmət etdiyindən, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.” İddiaçının xidməti isə qüsursuz sayılmadığından mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilə bilməz və iddia ərizəsi təmin edilə bilməz. Bakı Hərbi Məhkəməsinin 30.08.2001-ci il tarixli hökmü ilə İddiaçı CM-nin 342.1-ci (qulluğa səhlənkar yanaşma, rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və döyüş şəraitində törədildikdə) maddəsi ilə təqsirli bilinmişdir. Yuxarıda qeyd olunmuş qanuni qüvvəyə minmiş hökm hazırki işə baxan məhkəmə üçün məcburi olduğundan və orada iddiaçının qüsuru xidməti borcu ilə əlaqədar olduğundan təmin edilə bilməz. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikas Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin 29.09.2020-ci il tarixli 3962 saylı məktubundan görünür ki, iddiaçının mənzil təminatı ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materialları ilə müəyyən olunurki, Bakı Hərbi Məhkəməsinin 30 avqust 2001-ci il tarixli 99/2001 saylı hökmü ilə xx xxx 1970-ci ildə Füzuli rayonunun Qərbənd kəndində anadan olmuş, N saylı hərbi hissənin şəhərciyində yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri İddiaçı Azərbaycan Respublikası CMnin 342.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzası 6 (altı) ay sınaq müddəti verilməklə şərti hesab edilmişdir. İşə əlavə olunmuş Bakı Hərbi Məhkəməsinin 20 iyun 2003-cü il tarixli “Hökmün icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılmasının nəticələri haqqında” məhkəmə iclasının qərarından görünür ki, 30 avqust 2001-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 342.1-ci maddəsi ilə təqsirli bilinib, ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası 6(altı) ay sınaq müddəti verilməklə şərti hesab edilmiş X1 məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən artıq ödənildiyindən məhkumluğun götürülməsi və bununla əlaqədar onun məhkumluğu ilə bağlı olan bütün hüquqi nəticələr ləğv edildiyindən onun məhkumluğunun götürülməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3cü dərəcəli medallarla və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalları ilə təltif olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamənin :
1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər.
2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Məhkəmə qeyd edir ki, Bakı Hərbi Məhkəməsinin 20 iyun 2003-cü il tarixli “Hökmün icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılmasının nəticələri haqqında” məhkəmə iclasının qərarından görünüdüyü kimi 30 avqust 2001-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 342.1-ci maddəsi ilə təqsirli bilinib, ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası 6(altı) ay sınaq müddəti verilməklə şərti hesab edilmiş X1 məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən artıq ödənildiyindən məhkumluğun götürülməsi və bununla əlaqədar onun məhkumluğu ilə bağlı olan bütün hüquqi nəticələr ləğv edildiyindən onun məhkumluğunun götürülməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinin tələbinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr - şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Belə olan halda, iddiaçının əvvəllər məhkum olması səbəbi ilə hərbi xidmət dövrünün qüsurlu olması barədə cavabdehin dəlili əsaslı hesab oluna bilməz. Bu qənaət,həmçinin aşağıdakılardan irəli gəlir. Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamənin 1-ci bəndində qeyd olunub ki, "Qüsursuz xidmətə görə" medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndində qeyd olunub ki, "Qüsursuz xidmətə görə" medalının üç dərəcəsi vardır: "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" 2- ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi, bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da bu medalın hər üç dərəcəsi ilə Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2016-cı il tarixli əmri ilə 3-cü dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2017-ci il tarixli əmri ilə 2-ci dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 dekabr 2017-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndində qeyd olunub ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən, iddiaçının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən, həmin Fərman ona da şamil edilməlidir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia təmin edilsin. İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva