Məhkəmə qərarları › İş №2-1(118)-111/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-111/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-111/2023 20.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X5 ("xxxx" ASC-də hüquqşünaz işləyən, ünvan 2i ünvanında qeydiyyatda olan) İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Sumqayıt şəhəri, Yaşma bağları, Ulduz B/Y 359-da yerləşən fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, Yaşma bağları, Ulduz B/Y 359-da yerləşən fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri Yaşma bağları, Ulduz B/Y 359-da yerləşən 0.03 ha torpaq sahəsini X1 2014-cü ildə almış və fərdi yaşayış evi inşa etmişdir. torpaq sahəsinin alqı-satqısına dair alqı-satqı müqaviləsi olmasa da, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən bölgü sxemi tərtib edilmiş və koordinatlar müəyən edilmişdir. O, evin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün xx.xx.2021-ci il tarixdə "ASAN" xidmət mərkəzinə müraciət etmişdir. Lakin yaşayış evinin 35/10 k/v-lik "Şirvan" yarımstansiyasından qidalanan 10 k/v-lik "Yaşma" HEVX-nin mühafizə zonasında yerləməsi səbəbi ilə fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulmasından imtina edilmişdir. Fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulmasına köməklik göstərilməsi üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi X3 Agentliyinə müraciət etmişdir. Agentlik tərəfindən ərizsi əsasında əraziyə baxış keçirilmiş, həmin ərazidə "Yaşma" HEVX-dən 3-4 metr məsafədə yerləşən digər fərdi yaşayış evlərin elektrik təchizatı şəbəkəsinə qoşulması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi X3 Agentliyi tərəfindən fərdi yaşayış evin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün təkrar olaraq "xxxx" ASC-yə müraciət edilsə də, cavabdehin Agentliyə ünvanlanmış məktubunda tikinti obyektinin elektrik təchizatı şəbəkəsinə qoşulmasının yolverilməz olduğu bildirilmişdir. Halbuki, Y.Abduləzizovun fərdi yaşayış evi elektrik enerjisi şəbəkəsinə qoşulmuş və mülkioyyət hüququ qeydə alınmışdır. Yüksək gərginlikli elektrik xətti keçirsə eyni həyətdə yerləşən yaşayış evlərinin hər ikisinə bu qaydalar şamil olunmalı olduğu halda cavabdeh ayrıseçkiliyə yol verərək iddiaçıya imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinini dəlillərinə uyğun izahat verdi və iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının inşa etdiyi yaşayış evi “Şirvan” yarımstansiyasından qidalanan 10 kV-luq “Yaşma” hava xəttinin mühafizə zonasında yerləşdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1000 Voltdan yuxarı olan elktrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 12-ci bəndinə əsasən iddiaçınını müraciətinin təmin olunnmasından imtina edilmişdir. İş materiallarında olan : -“Ulduz” bağçılıq yoldaşlığı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 056 saylı arayışdan görünür ki,İddiaçı “Ulduz” bağçılıq yoldaşlığının 359 nömrəli bağ sahəsində pasport qeydiyyatı olmadan yaşayır. Məhkəmənin sorğusuna X9 Təchizatı və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli 52-01/122 saylı cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisində, halhazırda istismarda olan Yaşma bağları HEVX 2003-cü ildən əvvəlki enerjitəchizatı müəssisəsi olan “Barmek Azərbaycan” EŞ tərəfindən çəkilmişdir. Həmm vaxt ərazidə işarələmələr, hasarlar və tikililər olmadığından xətt hazırki trassası ıb çəkilmişdir. Xəttin 2 ədəd dayağı İddiaçı qızma məxsus Sumqayıt şəhəri, Yaşma bağları, Ulduz B/Y 359 saylı bağ sahəsində yerləşir.Əlavə olaraq, dayaqların bağ sahəsindən kənara köçürülməsi üçün boş torpaq sahəsi yoxdur. Dayaqların yerinin dəyişdirilməsi digər qonşuların bağ sahəsinin və həmin küçə ilə keçən 400 mm-lık magistral qaz kəmərinin mühafizə zonasına düşəcəkdir. -"xxxx" ASC-nin İddiaçı ünvalanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvana baxış keçirilən zaman mblum olmuşdur ki, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi "Ulduz" B/Y, 359 ünpvanında yerləşən fərdi yaşayış evi, 35/10 kV-luq "Şirvan" ys/t-dan qidalanan 10 kV-luq "Yaşma" hava xəttin mühafizə zonasında yerləşir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş "Gərginliyi 1000 Voltdan ypxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq j sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Bu qaydaların 12-ci bəndinə uyğun olaraq mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi! qadağandır. Bu səbəbdən də ünvanda göstərilən fərdi yaşayış evininj enerji təchizatı şəbəkəsinə qoşulması mümkün deyil.Əlavə olaraq 160-İİQ nömrəli 29 iyurj 2001ci il tarixli "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6.4 bəndinin tələblərinə uyğun olaraq elektrik xətlərinin mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli 'çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və içarəyə verilməsinə yol verilmir. - RX ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri Yaşma bağları, Ulduz B/Y 359 X2 xüsusi mülkiyyətindədir. -Torpaq sahəsinin planı və ölçü sənədindən və bölgü sxemindən görünür ki, həmin sənədlər X2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri Yaşma bağları, Ulduz B/Y 359 barəsindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, fərdi yaşayış evinin tikinti altı sahəsinin bir hissəsi, yəni 57.0 kv metri 10 kVt-luq YGEX-nin mühafizə zolağında yerləşir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: -1.6-cı bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi bu Qaydalara uyğun olaraq, elektrik qurğularının şəbəkəyə qoşulmasına dair verilən texniki şərtlərə və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X3 Agentliyinin (bundan sonra - X3 Agentliyi) istismara buraxılış aktına əsasən həyata keçirilir. - 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. - 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. - 7.3-cü bəndinə əsasən hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. -7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın: -1.1-ci bəndinə əsasən bu Qayda “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir. -1.2.1-ci bəndinə əsasən texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. - 1.2.3-cü bəndinə əsasən sifarişçi – ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən məişət abonentidir. -1.2.4-cü bəndinə əsasən məişət abonenti – yaşayış evlərində, həmçinin qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə etməsi nəzərdə tutulan istehlakçıdır. - 1.2.6-cı bəndinə əsasən mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. - 2.3-cü bəndinə əsasən “İzibati icraat haqqıda” Azəbaycan Respublikası Qanununun 31-ci maddəinəuyğn olaraq, ETM-in nümayəndəsi sifarişcinin məkələ vasitəilə şəxsə təqdim etdiyi və ya elektron formada gödədiyi əizəini və ona əlavə olunmuş sənədlərini qəbul etməli və qeydiyyata almalıdır. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı tərəfindən Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi Ulduz B/Y 359 ünvanında fərdi yaşyış evi inşa edilmişir. Daha sonra o, fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi ücün cavabdehə müaciət etmiş və cavabdeh orqan fərdi yaşayış evinin elektrik xətinin mühafizə zonasında yerləşməsi səbəbindən iddiaçınnı müraicətini təmin etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlələrini Tınzimləyən Agentliyin Sumqayıt filialı xx.xx.2022-ci il tarixli, AERA-21- 1515/21 saylı məktubunda qeyd edilmişdir ki, X4 müraciəti əsasında əraziyə baxış keçirilərkənn 10 kV-luq “Yaşma” HEVX_nin həmin ərazidə yerləşən fərdi yaşayış evlərinin həyətlərindən keçməklə evlərdən təqribən 3-1 m məsafədə yerləşdiyi və xəttin mühafizə zonasında yerləşən digər fərdi evin xx.xx.2019-cu il tarixdə **********00414 abonent kodunun açılaraq ETŞ-ə qoşulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş "Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq jsahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Bu Qaydaların 12-ci bəndinə uyğun olaraq mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Lakin bu Qaydalarda mühafiə zonalarında yerləşən tikinti obyektlərinin ETŞ-ə qoşulmasılna mədudiyyətlər nəzərdə tutulmamışdır. Göründüyü kimi cavabdeh orqanın imtinasının yeganə əsasını müvafiq fərdi yaşayış sahəsinin elektrik şəbəkələrinin mühafizəsi zonasına düşməsi olmuş və bu hal Azərbaycan Respublikasının Energetika Nazirliyi X3 Agentliyi Sumqayıt filialının müvafiq məktubları ilə təkzib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 1.6-cı və 1.7-ci bəndlərinə əsasən hər bir sifarişçinin ETŞ-ə qoşulma hüququ vardır., ETM hem bir Ayrıseçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektiləriin və elektrik quröularının ETŞ-ə qoşulması üçün texniki şərtlər verməkdən imtia edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Göstərilən Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, qanunvericilikdə iddiaçının inşa etdiyi fərdi yaşayış evinin elektrik enerjisi şəbəkəsinə qoşulmasını istisna edən birbaşa qadağanedici normanın olmaması və ayrı-seçkiliyə yol verilməməsi prisnipi əsas götürülərək iddia tələbi təmin edilməli və İddiaçı yaşadığı Sumqayıt şəhəri, Yaşma bağları, Ulduz B/Y 359-da yerləşən fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulması öhdəliyi cavabdeh "xxxx" ASC–nin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. İddiaçı yaşadığı Sumqayıt şəhəri, Yaşma bağları, Ulduz B/Y 359-da yerləşən fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulması öhdəliyi cavabdeh "xxxx" ASC–nin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar