Məhkəmə qərarları › İş №2-1(118)-1110/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1110/2020

20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1110/2020 20.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı cavabdeh X1 ASC-yə qarşı “Depo hesabından çıxarış,divident verilməsinə, çekinin satın alınmasına” dair iddiasının mümkünlüyünüinzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 ASC-yə qarşı iddia qaldıraraq pozulmuş hüququnun bərpa olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsi nəzərə alınaraq müvafiq araşdırılma aparılmış, iddiaçıya iddia ərizəsini Azərbaycan Respubblikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğunlaşdırılması ilə bağlı 20 gün müddətində iddianın dəqiqləşdirilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı iddia tələbini dəqiqləşdirərəkX1 ASC-yə qarşı “Depo hesabından çıxarış, divident verilməsi, çekinin satın alınması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Resublikası Dövlət Əmlak Komitəsinin N.Nərimanov rayon şöbəsində hərrac keçirilmişdir. Həmin hərraca xx xxxx 2007-ci il tarixdə iddiaçı üç ədəd özəlləşdirmə çeki, doqquz ədəd səhm payı qoymuşdur. Həmin tarixdən hal-hazıra kmi 1.Milli depozit mərkəzindən, depo hesabından çıxarış və 2.divident ala bilməmişdir. Dəfələrlə ASC və əlaqədar təşkilatlara ərizə ilə müraciət etmişdir. Lakin nəticəsi olmamışdır. Nəticədə iddiaçının hüququ və Azərbaycan Respublikasının Konstitusiyası X1 ASC-nin müdiriyyəti tərəfindən kobudcasına pozulmuşdur. İddia tələbindən göründüyü kimi iddiaçı cavabdeh inzibati orqan kimi X1 ASC-ni göstərir. Lakin iddiaçının cavabdeh qismində göstərdiyi X1 ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. Eyni zamanda X1 ASCyə inzibati akt qəbul etmək səlahiyyətinin verilməsi müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də cavabdehin publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh X1 ASC-yə qarşı “Depo hesabından çıxarış, divident verilməsi, çekinin satın alınması” barədə iddiası mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, X1 ASC-yə qarşı mülki hüquq münasibətlərindən yaranan mübahisələrlə bağlı müvafiq ümumi məhkəməyə, inzibati orqanların qanunsuz hərəkətlərindən narazı qaldıqda isə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əməl edərək müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar