Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1110/2022 14.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ona məxsus ********** nömrəli VÖEN-ə hesablanmış 7.306,49 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ona məxsus ********** nömrəli VÖEN-ə hesablanmış 7.306,49 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona əsassız və qanunsuz olaraq 7.306,49 manat borc yazılmışdır. O, həmin qanunsuz yazılmış borcun silinməsinə nail olmaq niyyətindədir. İddiaçı məhkəmə iclası barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati mübahisəyə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri bazasına əsasən 2020-ci ilin 2-ci rübünə 1 nəfər işçi sayı olmasına baxmayaraq dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə 09.03.2021-ci il tarixli **********346400 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmaqla kənarlaşma aradan qaldırılmış və MDSS (siğorta edən) üzrə 125.00 manat və işsizlik (siğorta edən) üzrə 5.00 manat olmaqla cəmisi 130.00 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə 30.04.2021-ci il tarixli **********634000 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri bazasına əsasən 2020-ci ilin 3-cü rübünə 1 nəfər işçi sayı olmasına baxmayaraq dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə 20.04.2021-cı il tarixli **********657800 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmaqla kənarlaşma aradan qaldırılmış və MDSS(siğorta edən) üzrə 187.50 manat və işsizlik (siğorta edən) üzrə 7.50 manat olmaqla cəmisi 195 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə 06.05.2021-ci il tarixli **********859500 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri bazasına əsasən 2021-ci ilin 3-cü rübünə 1 nəfər işçi sayı olmasına baxmayaraq dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə 13.12.2021 -ci il tarixli **********826400 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmaqla kənarlaşma aradan qaldırılmış və MDSS (siğorta edən) üzrə 168.75 manat və işsizlik (siğorta edən) üzrə 30.00 manat olmaqla cəmisi 198.75 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə 22.12.2021-ci il tarixli **********565900 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Lakin 22.02.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək 143,75 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin vergi ödəyicisi tərəfindən 2020-ci ilin 1-ci rübü üzrə cəmi xərclərin 15002.08 manat məbləğində müəyyən edilməsinə baxmayaraq təqdim edilmiş bəyannaməyə əsasən vergi tutulan dövriyyə ilə (930.00 manat) çəkilmiş xərclər arasında 14072.08 manat uyğunsuzluq yaranmışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləği 600.00 manat təşkil etməsinə baxmayaraq qeyd edilən bəyannamənin müvafiq hissəsində göstəricilər qeyd edilmədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə 21.04.2020-ci il tarixli **********373100 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən qeyd edilən kənarlaşmalar kameral vergi yoxlaması ilə aradan qaldırılmaqla 365,44 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə 12.06.2021-ci il tarixli **********171200 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması bardə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona məxsus ********** nömrəli VÖEN-ə hesablanmış 7.306,49 manat borcun silinməsi məhkəmədən xahiş edir. O, cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsini qoyaraq tələbini ona yönəltsə də, həmin orqana borcun silinməsi tələbi ilə müraciətləri olduğu müəyyən olunmur. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırkı iddia da İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialardan (mübahisələndirmə haqqında iddia) ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə qanunsuz hesablanmış borcun ləğvinə görə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. Lakin hazırkı işdə iddiaçı tərəfindən ona hesablanmış qanunsuz borcun silinməsi ilə bağlı inzibati orqana müraciət edilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, məhkəmədə hansı inzibati orqandan qanunsuz hesablanmış borcun silinməsi tələb edilərsə, eyni tələb ilkin olaraq rəsmi qaydada həmin inzibati orqandan tələb edilməlidir. Bu müraciətin nəticəsinə uyğun olaraq məhkəmədə iddia qaldırması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ona məxsus ********** nömrəli VÖEN-ə hesablanmış 7.306,49 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1110/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1110/2022
14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver