Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1112/2020 14.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “ 1) xx.xx.1993-cü il tarixdən xx xxx 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu xx.xx.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə Qərar qəbul etməsi, cavabdeh vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasına; 2) Qəbul edilmiş Qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.1993-cü il tarixdən xx xxx 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu xx.xx.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağının Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Hərbi biletində aparılan qeydlərə əsasən xx.xx.1993-ci il tarixdən xx xxx 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və atəşkəs elan ediləndən sonra da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində Müdafiə Nazirliyinin İşlər İdarəsinin Arxivinə daxil olmaması barəsində inzibati araşdırmanın aparılması, inzibati araşdırmanın araşdırmanın nəticəsi hissəsində xx.xx.1993-cü il tarixdən xx xxx 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və atəşkəs elan olunan günə qədər Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “ 1) xx.xx.1993-cü il tarixdən xx xxx 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu xx.xx.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə Qərar qəbul etməsi, cavabdeh vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasına; 2) Qəbul edilmiş Qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.1993-cü il tarixdən xx xxx 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu xx.xx.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağının Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1969-cu il təvəllüdlü Müharibə Veteranı İddiaçı Azərbaycan Respublikası SİİXÇDX-nin Ucar rayon şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini SSRİ Silahlı Qüvvələrində N saylı hərbi hissədə keçmiş, xx.xx.1989-cu il tarixində SSRİ Silahlı Qüvvələrində 219 saylı həbi hissədə xidmətini başa vurmuşdur. Azərbaycan Respublikası SHXÇDX-nin Xətai rayon şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək döyüşən ordunun tərkibində N saylı təkrar həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xx xxx 1994-cü il tarixində Atəşkəs elan edilənədək iştirak etmişdir. Qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından barəsində əlavə araşdırma aparılması mümkün olmamışdır. Halbuki, ərizəyə əlavə olunan hərbi biletin səhifəsində göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikası SHXÇDX-nin Xətai rayon şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək döyüşən ordunun tərkibində N saylı təkrar həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xx xxx 1994-cü il tarixində Atəşkəs elan edilənədək iştirak etmişdir. Ona görə də hərbi biletində həmin qeydlər aparılmışdır. Bu sahəni tənzimləyən aidiyyətli maddi hüquq normalarından olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin x xxxxxx 1998-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatının 1.6 bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 30- dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. Yuxarıda göstərdiyi kimi, hərbi biletində xx xxx 1994-cü il tarixinə qədər cəbhə bölgəsində döyüş əməliyyatları aparan N saylı hərbi hissədə xidmət etdiyini təsdiq edən qeydlər vardır. Qanunda da göstərilmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəsiqəsinin verilməsi üçün əsasdır. X4 Arxivindən iddiaçıya göndərilən Arxiv Arayışında göstərilənlərlə də təsdiq olunur ki, iddiaçının hərbi xidməti barəsində Arxivdə məlumatın olmaması onun təqsiri ucbatından olmamışdır. Arxiv Arayışında da göstərilmişdir ki, bu halların araşdırılması mümkün olmamışdır. Halbuki, bütün bunların araşdırması inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı hüquqi yardım edilməsi üçün dəfələrlə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə dəvət olunmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsi əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Hazırki iş üzrə iddiaçı, cavabdeh qismində Azərbaycan Respublikası Cavabdeh göstərsə də, onun tələbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yönəlmişdir. Cavabdeh olmayan şəxsə tələb irəli sürülməsi ilə bağlı iddiya isə baxılması qeyrimümkündür. Ümumi olaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi qeyri-müəyyəndir və iddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə cavab vermir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Bundan əlavə iddia ərizəsində qeyd edilənlər bu qənaətə gəlməyə imkan verir ki, iddiaçının döyüşlərdə iştirakı barədə arxivdə məlumatların olmaması onun müharibə veteranı adının almasına imkan verməməsi halı iddiaçının narazılığna səbəb olmuşdur. İddiaçıya izah olunsun ki, bugünkü məhkəmə təcrübəsində müharibə veteranı adının verilməsi üçün əlavə olaraq hərbi xidmətdən qanuni əsaslarla təxris olunmaqda əhəmiyyət kəsb edir. Bütün qeyd edilənlər iddiaların uğurluluq ehtimalının nəzərə alınmasında diqqət edilməsi lazım olan məqamlardır. İddiaçıya izah edilsin ki, tələb yönəltdiyi cavabdehi və tələbini dəqiqləşdirib, yenidən məhkəməyə müraciət edə bilər. İnzibati məhkəmə icraatında məhkəmədən xahiş edilən tələblərin əksər hallarda əvvəcə cavabdeh inzibati orqandan tələb edilməsi iddianın mümüknlük şərtini təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1112/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1112/2020
14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver