Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1116/2020 07.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Şamaxı rayon şöbəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli **********6 saylı imtinasının əsassız hesab olunması, iddiaçının 1972-1973-cü illlərdə Şamaxı rayonu Nəsimi adına sovxozda , 1977-ci ildə Lenin adına sovxozda , 1991-1992-ci illərdə “Pravda” sovxozunda və 1973-1974-cü illərdə Şamaxı rayon M.Ə.Sabir adına sovxozda işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı yaşa görə Əmək pensiyası təyin edilməsi üçün sənədlərini DSMF-nin Şamaxı rayon şöbəsinə təqdim etmişdir. Onun 1972-1973-cü illlərdə Şamaxı rayonu Nəsimi adına sovxozda ,1977-ci ildə Lenin adına sovxozda , 1991-1992-ci illərdə “Pravda” sovxozunda işləməyi əmək kitabçasında öz əksini tapmadığından və 1973-1974-cü illərdə Şamaxı rayon M.Ə.Sabir adına sovxozda işlədiyini dövrlər əmək kitabçasında qeyd olunmasına baxmayaraq möhürlə təsiq edilmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin olunması mümkün deyil. Hesab edir ki, DSMF-nin Şamaxı rayon şöbəsinin ona yaşa görə əmək pensiyası təyin olunması barədə xx.xx.2020-ci il tarixli **********6 saylı imtinası əsassızdır. Belə ki, o, xx xxxx 1955-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, xx xxxxxx 1971-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 1972-1973-cü illlərdə Şamaxı rayonu Nəsimi adına sovxozda ,1977-ci ildə Lenin adma sovxozda ,1991-1992-ci illərdə “Pravda” sovxozunda işləmişdir. Bu illər əmək kitabçasında öz əksini tapmamışdır. Amma bu illərə dair arxiv arayışları var və həmin arayışlar tam təsdiq edir ki, o 1972-1973-cü illlərdə Şamaxı rayonu Nəsimi adına sovxozda ,1977-ci ildə Lenin adına sovxozda , 1991- 1992-ci illərdə “Pravda” sovxozunda, 1973-1974-cü illərdə Şamaxı rayonM.Ə.Sabir adına sovxozda işləmişdir. Bu barədə Əmək kitabçasında qeydlər var lakin qeydlər möhürlə təsdiqlənməmişdir. Hətta əmrdə kadrlar şöbəsinin baş inspektorunun imzası da var. Həmin qeydlərin möhürlə təsqiqlənməməsinin səbəbini izah edə bilmir. Hər halda yaddan çıxmışdır. Amma əmrin sıra nömrəsinin uyğun olması da təsdiq edir ki, əmr saxta deyil. Bu isə təsdiq edir ki, o həmin dörləri işləmiş və buna görə sosial sığorta fonduna pul köçürülmüşdür. Bundan başqa iddiaçı usta işləyir və 5 ay məcburi dövlət sığorta ödənişləri edib.(VÖEN-nə əsasən) Hesab edilir sığorta ödənişləri hesablandıqdan sonra iddiaçının əmək pensiyasına çıxmaq üçün tələb edilən sığorta stajı düzəlir. Odur ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia ərizəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, cavabdehin xx.xx.2020-ci il tarixli **********6 saylı imtinasının əsassız hesab olunmasını, Əmək kitabçasında qeyd olunan müəssisələrdə, məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə ödəniş etdiyi müddətlər (VÖEN-nə əsasən) və Şamaxı rayon Dövlət Arxivinin təqdim etdiyi arayışlarında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək ona hüququn yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Dövlət X5 Şamaxı rayon filialına (Şamaxı rayon şöbəsi) müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Vətəndaşın ərizəsinə və təqdim etdiyi sənədlərə baxılmış və müəyyən olunmuşdur ki, onun 1972-1973-cü illərdə rayonun Nəsimi adına sovxozunda. 1977-ci ildə Lenin adına sovxozda, 1991-1992-ci illərdə "Pravda” sovxozunda işləməsi əmək kitabçasında öz əksini tapmamış, həmçinin 1973-1974-cü illərdə rayonun M.Ə.Sabir adına sovxozunda işləməsi faktı əmək kitabçasında qeyd olunsa da, möhürlə təsdiq edilməmişdir. Buna görə də "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 -ci maddəsinə əsasən, vətəndaşa yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “Əmək pensiyaları haqqında"AzərbaycanRespublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən və sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 sığorta stajı olduqda (2017-ci il 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və X4 Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur.Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və X4 Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və X4 Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları" ilə müəyyən edilmişdir.Nəzərinizə çatdırmaq istəyirik ki, iddiaçının təqdim etdiyi əmək kitabçası üzrə də bəzi məqamlar şübhə doğurur. Belə ki, iddiaçının 1973-1974-cü illərdə M.Ə.Sabir adına sovxozda işləməsi faktı əmək kitabçasında qeyd olunsa da, möhürlə təsdiq edilməmişdir. Ona görə də həmin dövrün iş stajı kimi nəzərə alınması mümkün deyil.Həmçinin əmək kitabçasının ilk qeydində iddiaçının 1971-ci ilin dekabr ayının 10-dan 1972-ci ilin noyabr ayının 16-sına qədər işlədiyi göstərilir. Lakin, Milli Arxiv İdarəsinin Dövlət Şamaxı filialının 524 saylı arxiv arayışına əsasən, iddiaçı 1971-ci ilin dekabr ayından 1972-ci ilin oktyabr ayına qədər əmək haqqı almışdır iddiaçı 1972-ci iiın noyabr ayı üçün əmək haqqı almamışdırsa, deməli, həmin ay işləməmiş və müvafiq sığorta haqlarını ödəməmişdir. Buna görə həmin ay iddiaçı üçün iş stajı kimi nəzərə alına bilməz.Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqlarıvə ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.Həmçinin əmək kitabçasına əsasən iddiaçının bəzi fəaliyyət dövrləri üst-üstə düşür. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından məlum olur ki, o, 1989-cu il mart ayının 1-də işdən azad edilmiş, 1989-cu il fevral ayının 2-də isə digər işə başlamışdır; 1995-ci il may ayının 19-da işdən azad edilmiş, 1995-ci ilin aprel ayının 1-dən başqa işə başlamışdır.Digər tərəfdən bildirməyi zəruri hesab edirik ki, iddiaçının 1995-1996-cı illərdə işləməyinə dair olan qeydlər kiril əlifbası ilə (bununla yanaşı həmin qeydlərin yazılış tərzi, yazan şəxsin xətti oxunaqsız olması ilə seçilir ki, həm iddiaçıya məxsus kitabçadakı digər qeydlər, həm də ümumiyyətlə adətən kitabçalarda aparılan qeydlər oxunaqlı və səliqəli xəttə malik əməkdaşlar tərəfindən realizə edilir), möhürdəki yazılar isə latın qrafikası ilə yazılmışdır ki, bu da şübhə doğurur.Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də (xx.xx.2019-cu ıl tarixə 64 yaşı tamamlanır), iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil (hətta imtina edilmiş müddətlər daxil edilsə belə).Buna görə də hesab edirik ki, iddiaçı X3 “əvvəlki illərdə işlədiyi müddətin sığorta stajına hesablanmaqla yaşa görə pensiya təyin olunması”na dair iddia tələbi təmin olunmamalıdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 saylı imtina məktubu, etiraz ərizəsi, Şamaxı rayon Dövlət Arxivinin verdiyi arayışları, iddiaçıya aid Əmək kitabçasının surəti, 4 saylı X6 tərəfindən verilən xx.xx.2020-ci il tarixli, **********442500 nömrəli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir.Həmin qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:Əmək kitabçası;əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt ;sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçımüxtəlif illərdə 1972- 1973-ci il tarixə kimi Şamaxı rayonu “Nəsimi” adına sovxozda, 1977-ci ildə Şamaxı rayonu “Lenin” adına sovxozda, 1991-1992-ci illərdə Şamaxı rayon “Pravda” adına sovxozda və Əmək kitabçasında qeyd olunan müəssisələrdə işləmişdir. Həmçinin 4 saylı X6 tərəfindən verilən xx.xx.2020-ci il tarixli, **********442500 nömrəli arayışından görünür ki, iddiaçı 2019-2020-ci illərdə məcburi dövlət sosial sığorta haqları üzrə 5 ay ərzində DSMF-yə 150 manat məbləğində ödəniş etmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlər Əmək kitabçasına, arxiv arayışlarına və məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə ödəniş etdiyi müddətlər hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Belə ki, Əmək kitabçasında qeyd olunan müəssisələrdə, məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə ödəniş etdiyi müddətlər (VÖEN-nə əsasən) və arxiv arayışlarına görə İddiaçı əmək stajı 25 ildən (24 il 8 ay əmək stajı, 5 ay VÖEN ödəyicisi kimi) çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2019-cu ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 ildir. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 64 yaşında, xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli İddiaçı Əmək kitabçasında qeyd olunan müəssisələrdə, məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə ödəniş etdiyi müddətlər (VÖEN-nə əsasən) və Şamaxı rayon Dövlət Arxivinin təqdim etdiyi arayışlarında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək ona hüququn yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Şamaxı rayon şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Əmək kitabçasında qeyd olunan müəssisələrdə, məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə ödəniş etdiyi müddətlər (VÖEN-nə əsasən) və Şamaxı rayon Dövlət Arxivinin təqdim etdiyi arayışlarında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək ona hüququn yarandığı xx.xx.2019cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Şamaxı rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1116/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1116/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver