Məhkəmə qərarları › İş №2-1(118)-1116/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1116/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1116/2021 16.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə qarşı “X5 ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 05 noyabr 2015-ci il tarixdə 2406 nömrə ilə qeyd alınmış nikahın pozulması barədə 22.04.2021-ci il tarixli 75 saylı aktın ləğv edilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə qarşı “X5 ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 05 noyabr 2015-ci il tarixdə 2406 nömrə ilə qeyd alınmış nikahın pozulması barədə 22.04.2021-ci il tarixli 75 saylı aktın ləğv edilməsinə” dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X5 ilə iddiaçı arasında nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 05 noyabr 2015-ci il tarixdə bağlanmış və 2406 nömrə ilə qeyd olunmuşdur. Həyat yoldaşı X5 ilə ailə həyatı quran vaxt o, İİ qrup əlil olmuş, 31.01.2019-cu il tarixdən ərinə İ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Həyat yoldaşı onun ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. 2019-cu ildə iddiaçı həyat yoldaşı X3 rəsmi qəyyumu olmaq üçün Sumqayıt Şəhər İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. X1 üzərində qəyyum təyin edilməsi ilə bağlı iddiaçının və X3 valideynləri X6 və Lətifova Sevil Vəli qızı arasında mübahisə olduğuna görə imtina verilmişdir. Buna baxmayaraq qeyri qanuni şəkildə Sumqayıt Şəhər İcra hakimiyyəti sərəncam qəbul edərək həyat yoldaşı X3 qəyyumluğunu anası Lətifova Sevil Vəli qızına vermişdir. İlk dəfə iddiaçıya mübahisə olduğuna görə imtina verən həmin orqan ikinci dəfə mübahisə olduğunu bilə-bilə qəyyumluğu Lətifova Sevil Vəli qızına vermişdir. Bundan əlavə bildirir ki, İcra Hakimiyyətinin qəyyumluq bağlı sərəncamı tərəfindən Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirilib. Hazırda həmin mübahisənin Sumqayıt İnzibati Məhkəməsində yoxsa Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olması ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin yekun qərarı qəbul edilməlidir. Müvafiq məhkəmə baxışı 17.05.2021-ci il saat ll:35-ə (sədrlik edən Zaur Məmmədov, mülki iş nömrəsi 2- 1(105)-340/2021) təyin olunub. Yəni qəyyumluqla bağlı sərəncam mübahisələndirilib, yekun məhkəmə aktı qəbul edilməyib və belə olan halda Sumqayıt Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsinə sübutlar təqdim etməyinə və məlumat verməyinə baxmayaraq həyat yoldaşının qəyyumun qərəzli ərizəsi ilə nikaha xitam verilmişdir. Bu qeyri-qanunidir və müvafiq akt qeydi ləğv edilməlidir. 28.03.2021-ci il tarixində poçt vasitəsilə iddiaçıya daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “Asan Xidmət” Qeydiyyat şöbəsinin 23.04.2021-ci il tarixli 05/ 9-817-76 nömrəli məktubunda göstərilmişdir ki, X5 ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 05 noyabr 2015-ci il tarixdə bağlanmış və 2406 nömrə ilə qeyd alınmış nikahın pozulması X3 qəyyumu Lətifova Sevil Vəli qızının ərizəsi əsasında 22.04.2021-ci il tarixində 75 saylı aktla qeydə alınmışdır. Lakin bildirir ki, müvafiq aktın nüsxəsi iddiaçıya təqdim edilməyib. 23.04.2021-ci il tarixli 05/ 9-817-76 nömrəli məktubunun mətnindən aydın olur ki, qeydiyyat şöbəsi nikahı pozarkən “Vətəndaşlıq vəiyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 5.8.4 və 5.11.2-ci bəndlərinə və Ailə Məcəlləsinin 17.2-ci maddəsinə istinad olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.maddəsinə əsasən yetkinlik yaşma çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: 17.2.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; 17.2.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə.... Ailə Məcəlləsinin 17.2.2-ci maddəsinin tələbindən də görünür ki, ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə nikaha ərin (arvadın) ərizəsi əsasında xitam verilir. Sözügedən norma imperativ normadır və Nazirlər Kabinetinin istənilən qərarında və istənilən təlimat və ya qaydalardan daha üstün hüquqi qüvvəyə malikdir. Ailə Məcəlləsinin 17.2-ci və digər maddələrinin mətnindən də görünür ki, ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə nikaha ər (arvadın) ərizəsi ilə xitam verilə bilər. Lakin Sumqayıt “Asan Xidmət” Qeydiyyat şöbəsinin 23.04.2021-ci il tarixli 05/ 9-817-76 nömrəli məktubundan aydın olur ki, onunla həyat yoldaşı arasındakı nikaha qəyyumun, hansı ki, həmin qəyyumum təyin edilməsi ilə bağlı sərəncam məhkəmə qaydasında mübahisələndirilib və yekun məhkəmə aktı qanuni qüvvəsini almayıb, ərizəsi əsasında pozulub. Üstəlik dəfələrlə şifahi qaydada və yazılı qaydada qəyyum təyin edilmə ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin sərəncamının ləğvi barədə məhkəməyə iddia ərizəsi verildiyini, Lətifova Sevil Vəli qızının sözügedən sərəncamdan sui-istifadə etdiyini, əslində fəaliyyət qabiliyyəti olmayan həyat yoldaşı X3 azadlığını məhdudlaşdırdığını, onu aldatma və qorxu ilə idarə etdiyini bildirmişdir. Buna baxmayaraq Sumqayıt “Asan Xidmət” Qeydiyyat şöbəsi qanunsuz akt qəbul etmişdir. Ona görə də hesab edir ki, həmin akt məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Sumqayıt Apelliyasiya Məhkəməsi qəyyumluğun ləğvi məsələsinə umumi məhkəmədə baxıla biləcəyinə qərar vermiş, ona görədə ümumi məhkəmədə iddia qaldırmışdır. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı digər məsələlər tələbinə dair iş üzrə məhkəmə sərəncamına baxılmışdır. Bildiririk ki, X5 ilə İddiaçı nikahı 05.11.2015-ci il tarixdə,2406 saylı aktla Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmışdır. Bildirirlər ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 17.2 bəndinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı hallarda qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır: 17.2.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə ; 17.2.2.ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş ” X2 dövlət qeydiyyatı Qaydasın” nın 5.8.4 bəndinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın)qəyyumunun ərizəsinə əsasən həyata keçirilir və Qaydaların 5.11.2. bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pözmaçj haqqında ərizə təqdim edildikdə, qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulmasım ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alır. Bildirirlər ki, X3 qəyyumu Lətifova Sevil Vəli qızı Sumqayıt şəhər məhkəməsinin 2(060)-4000/2019 saylı, 21.06.2019-cu il tarixli qətnaməsinin icra olunması ilə bağlı 22.04.2021-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində müraciət etmişdir. Qəyyumun ərizəsinə əsasən Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində X5 ilə İddiaçı nikahınızın pozulması 22.04.2021-ci il tarixdə, 75 saylı aktla qeydə alınmışdır. Yuxarıda qeyd olunanlara əsasən bildirirlər ki, X5 ilə İddiaçı nikahının pozulması haqqında akt qeydi qanunvericiliyin tələblərinə tam uyğun olaraq qeydə alınmışdır. İddiaçı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı digər məsələlər tələbinə dair iş üzrə məhkəmə sərəncamına cavab olaraq bildirirlər ki, AR Nazirlər Kabinetinin 2001-ci il tarixli , 52 nömrəli qərarı ilə təsdiq edilmiş X2 qeydində dəyişiklik , bərpa və ləğv qaydalarının 23 bəndinə əsasən X2 ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbələri tərəfindən icra edilir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddiaçıya hüquqi yardım edilərək yaranmış mübahisənin qəyyumluqla bağlı qərardan asılı olduğu, ailə münasibətlərindən yaranan mübahisələrin umumi məhkəmələrdə mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə edilərək həll edilə biləcəyi izah edilmişdir. İddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilərək yaranmış mübahisənin qəyyumluqla bağlı qərardan asılı olduğu, ailə münasibətlərindən yaranan mübahisələrin umumi məhkəmələrdə mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə edilərək həll edilə biləcəyi izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim X2 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. AR Nazirlər Kabinetinin 2001-ci il tarixli , 52 nömrəli qərarı ilə təsdiq edilmiş X2 qeydində dəyişiklik , bərpa və ləğv qaydalarının 23 bəndinə əsasən X2 ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Məhkəmə qeyd edir ki, iddiaçının ailə münasibətlərindən yaranan mübahisələr, o cümlədən qəyyumluqla bağlı mübahisələr mülki məhkəmə icraatı qaydasında həll edildiyi üçün və iddiaçının tələblərinin uğurluluq ehtimalı daha çox qəyyumlaqla bağlı olduğu üçün mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar