Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1117/2022 16.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “mənəvi zərərə görə 5.000 manat məbləğində pulun onun xeyrinə tutulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “mənəvi zərərə görə 5.000 manat məbləğində pulun onun xeyrinə tutulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N000-ci ildə anadan olmuş, N6.10.N0N1-ci ildə Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının 03 dekabr N0N1-ci il tarixdə təsdiq etdiyi, N3846 saylı “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək ordudan tərxis olunmuşdur. Tərxis olunmağına səbəb kimi şəhadətnamədə “Hər iki pəncərənin yük altında R-sı; sağ pəncə L-166 MM, h-15 MM, a-160 dərəcə. Sol pəncə L- 168 MM, h-16 MM, a-158 dərəcə, Hər iki pəncənin İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılığı, aşıq-qayıqvari oynaqlarda ilkin mərhələ osteoartroz izlənir” göstərilmişdir. Bildirir ki, iyul (N0N1-ci il) çağrışı zamanı onda yuxarıda qeyd edilən xəstəlik aşkar edilmiş və orduya çağrışdan azad olunmuşdur. Oktyabr (N0N1-ci il) ayında SHXÇDX-nin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən səthi müayinə olunmuş və “Hərbi xidmətə yararlıdır” qərarı ilə orduya çağrılmış, hərbi xidmət üçün N saylı hərbi hissəyə göndərilmiş, iddiaçı N6.10.N0N1-ci ildə hərbi xidmətə çağrılmış və 16.1N.N0N1-ci ilə qədər N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, hərbi xidmətdə olduğu dövrdə səhhətində problemlər yaranmış, hər iki ayağı şişdiyindən onu MN-nin Baş Klinik Qospitalma müayinəyə göndərilmişlər. Müayinənin nəticəsində orduya yararsız hesab edilmiş, Xəstəlik səbəbindən belində ağrılar müşahidə edilmiş, ayaq üstə durmağı mümkünsüz olmuş, daima yorğun olmuş, hesab edir ki, səhhətində olan xəstəlik SHXÇDX-nin Sumqayıt şəhər Şöbəsi tərəfindən düzgün qiymətlənməmiş, xəstə olduğu halda orduya çağrılmış, nəticədə sağlamlığının pozulması səbəbindən ona orduda xidmətdə olduğu müddət ərzində 5000 manat (orduda olduğu hər gün üçün 100 manat hesabı ilə) mənəvi zərər dəymişdir. Cavabdehin günahı üzündən xəstə olduğu halda ordu sıralarına hərbi xidmətə göndərilmiş, xəstəliklə əlaqədar olaraq xidmət müddətində mənəvi cəhətdən əziyyət çəkmişdir. Hesab edir ki, cavabdehdən vurduğu mənəvi ziyana görə 5000 manatın tutularaq mənə ödənilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbinə inzibati icraat qaydasında baxmaq mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia tələbi cavabdehdən maddi və mənəvi ziyana görə ümumilikdə 5.000 manat məbləğində pulun onun xeyrinə tutulması ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi nəzərdə tutulub. Göründüyü kimi hazırkı iddia tələbi kompensasiya ilə bağlı deyil, vurulmuş maddi və mənəvi tələb ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin N1.N-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may N00N-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin N1-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin N3-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göründüyü kimi, iddiaçıya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən maddi və mənəvi zərərin vurulması, yəni iddiaçıya məxsus əmlakın məhv edilməsi nəticəsində maddi zərərə düşməsi, o cümlədən əmlakın məhv edilməsi ilə bağlı mənəvi istirabların çəkməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.7-ci maddəsinə qeyd olunan kompensasiya tələbi isə iddiaçıya vurulmuş ziyandan irəli gəlməlidir. Başqa sözlə desək, inzibati orqandan kompensasiya tələbi o halda tələb edilə bilər ki, inzibati orqanının şəxsə əmlak ilə bağlı vurduğu maddi ziyan mövcud olmuş olsun. Mənəvi zərərin şəxsin qeyri-əmlak hüquqlarından irəli gələ biləcəyini nəzərə alınaraq, iddiaçının mənəvi zərərlə bağlı mülki mübahisə qaydasında ümumi rayon (şəhər) məhkəmələrinə cavabdeh qarşı iddia qaldırmaq hüququnun olması diqqətinə çatdırılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Bu səbəbdən də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. İddiaçıya izah olunmalıdır k, hazırkı iddia tələbi ilə bağlı onun cavabdeh təşkilatın yerləşdiyi yerin ümumi məhkəməsinə iddia ərizəsi vermək hüququ var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin NN-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “mənəvi zərərə görə 5.000 manat məbləğində pulun onun xeyrinə tutulması” tələbinə dair iddiası mümkün mümkün sayılmasın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1117/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1117/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver