Məhkəmə qərarları › İş №2-1(118)-1118/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1118/2024

13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1118/2024 13.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqan tərəfindən qəbul edilmiş 05 may 2023-cü il tarixli 3-17-4/3-3- 2777/2023 saylı qərarın ləğv edilərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, onun Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlilliyinin “əlillik” altsistemində etibarsız hesab olunduğu 2023-cü ilin aprel ayından bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək, “cavabdeh orqan tərəfindən qəbul edilmiş 05 may 2023-cü il tarixli 3-17-4/3-3-2777/2023 saylı qərarın ləğv edilərək, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci ildə anadan olmuş və 1992ci ildə hərbi xidmətə çağırılmış, 1992-ci ildə döyüş zonasında xəsarət aldığından ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi X3 Mərkəzində aparılan müayinə nəticəsində qəlpə yaralanmalarından sonra sol budun orta 1/3 hissəsinin ön səthində 1 ədəd, sol baldırın ön səthində 1 ədəd sol ayaq pəncəsinin içəri səthində 1 ədəd sol ayaq pəncəsinin bayır səthində bir ədəd köhnə sapıq toxumalarının olması aşkar edilmiş, hərbi travma kimi qiymətləndirilməklə onun Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd olunmuşdur. Ona aldığı travmalarla bağlı cavabdeh təşkilat tərəfindən xx.xx.2019-cu ildə 2-ci dərəcəli əlillik təyin edilmiş və bu barədə məlumat Əlillik barədə altsistemə daxil edilərək xəstəlik diaqnozu «odlu silahla qəlpə yaralanmasından sonra sol budun 1/3 hissəsinin ön səthində İ ədəd, sol baldırın 1/3 hissəsində ön səthində 1 ədəd, ayaq pəncəsinin bayır səthində 1 ədəd, sol ayaq pəncəsinin içəri səthində 1 ədəd köhnə çapıq toxumaları, sapıq nahiyyələrinin trofiki yaraları, qaşınmalarla aşağı ətrafların funksiya pozğunluğu, aşağı ətrafların xroniki işemiyası, ikinci, üçüncü dərəcəli, xroniki venoz çatmamazləğə ikinci və üüncü dərəcəli» kimi qeyd olunmuşdur. Lakin cavabdeh təşkilat onun əlillik məlumatlarımı altsistemdə etibarsız hesab etmiş və bunun səbəbi kimi diaqnozunun əlillik təyinatına əsas verməməsi kimi qeyd etmişdir. O, dəfələrlə cavabdeh təşkilata müraciət etmiş, ona yalnız xx.xx.2023-cü il tarixli məktubla qeyri-müəyyən cavab verilmişdir. Belə hesab edir ki, cavabdehin qüvvədə olan əlilliyini etibarsız hesab etməsi üçün əsaslar olmamış və onun bu hərəkəti qanunsuz hərəkət kimi qəbul olunmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Goranboy rayon Mərkəzi Xəstəxanasının xx.xx.2001-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Ümumi xəstəlik, “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S30-S39 - Qarnın, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları => S32 - Onurğa...; Diaqnozun mətni: Fəqərə sümüyü və onurğa beyinin qapalı travmasından və onurğa beyinin döş nahiyyəsində ağır dərəcə əzilməsindən sonrakı vəziyyət.D7 fəqərəsinin komperssion sınığı və çıxığı D6 - D7 fəqərələrinin laminoektomiyasından sonrakı vəziyyət. Aşağı ətrafların süst paraparezi. Çanaq üzvlərinin funksiya pozuğunluğ ı: Meyar 2.1. Birinci dərəcə əlillik => 2.1.7. Ətrafların hərəkət funksiyasının kəsk n təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, paraparez)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - hərbi əməliyyatlar => y36.4 - hə-bi əməliyyatlar nəticəsində odlu ...; diaqnozun mətni; hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnrnələr, odlu silahla qəlpə yaralanmasından sonra sol budun orta 1/3 nin ön səthində 1 ədəd,sol baldırın orta 1/3 də ön səthində 1 ədəd.sol ayaq pəncəsinin bayır səthində 1 ədəd,sol ayaq pəncəsinin içəri səthində 1 ədəd köhnə çapıq toxumlar,çapıq nahiyələrininn tropiki yaraları.qaşınmalarlaperiferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri, aşağı ətrafların xroniki işemiyası,ikinci üçüncü dərəcə (xroniki) (periferik) venoz çatmamazlıq, xroniki venoz çatmamazlığı ikinci ücüncü dərəcə.hərəkətin və yerişin pozulmaları, aşağı ətrafların funksiya poğunluğuaşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, aşağı ətraf venalarının varikoz genəlməsi,xroniki tromboflebiti.hər iki baldırın ,pəncə daban nahiyələrinin trofiki yaraları periferik damarların digər xəstəlikləri, aşağı ətrafların xroniki aterosklerozu.hər iki aşağı ətrafın baldır arteriyalarının stenooklüziyasıbel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə diskogen lümboişalgiya.diffuz disk qabarması,l3-l4 l5 fəqərələrarası disk yırtığı,generalizə olunmuş epileptik tutmlarla baş beynin silkələnməsi, qapalı kəllə beyin travması.baş beynin silkələnməsi.fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, generalizə olunmuş epileptik tutmlarla ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi ücünücü mərhələ ; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstə M.Topçubaşov adına X6 müayinə və müalicə olunmalı diaqnoz dəqiqləşdirilməlidir” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ... ; Diaqnozun mətni: odlu silahla qəlpə yaralanmasından sonra sol budun orta 1/3 nin ön səthində 1 ədəd,sol baldırın orta 1/3 də ön səthində 1 ədəd.sol ayac pəncəsinin bayır səthində 1 ədəd,sol ayaq pəncəsinin içəri səthində 1 ədəd köhnə çapıq toxumlar, çapıq nahiyələrininn trofiki yaraları. qaşınmalarla.aşağı ətrafların funksiya poğunluğu.aşağı ətrafların xroniki işemiyası,ikinci üçüncü dərəcə.xroniki venoz çatmamazlığı ikinci ücüncü dərəcə; Meyar 2.2 ikinci dərəcə əlillik => 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ - İll dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74. İ74.3, İ80-İ80.3, 183.0’183.9)" səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2019-cu il tarixli göndərişi əsasında təkrar baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Həroi əməliyyatlar nəticəsində odlu ... ; Diaqnozun mətni: Odlu silahla qəlpə yaralanmasından sonra sol budun orta 1/3-nin ön səthində 1 ədəd, sol baldırın ona 1/3-nin ön səthində 1 ədəd, sol ayaq pəncəsinin bayır səthində 1 ədəd, sol ayaq pəncəsinin içəri səthində 1 ədəd köhnə çapıq toxumalar; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reablitasiya olunması barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 05 may 2023-cü il tarixli, 3-17-4/3-3-2777/2023 nömrəli qərar qəbul edilmişdir Qərarda qeyd edilmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0531003AAHA6 nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 765 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra sol budun orta 1/3-nin ön səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol ayaq pəncəsinin içəri səthində bir ədəd, sol ayaq pəncəsinin bayır səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda ayaqarxasında zəif nəbz qeyd edilmişdir. Baxış zamanı yaralanma yerlərinə müvafiq səthi çapıqlar izlənmiş, heç bir hərəki məhdudluq aşkar edilməmişdir. Ege Hospitalın xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Saq aşağı ətraf arteriyalarının aterosklerozu diaqnozu ilə Saq popliteal areteriyaya. Saq SFA- ya, ATA-ya və PTA-ya balon anqioplastika icra olundu" kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu. Bifazik və trifazik axımlar1’ kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə'’yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Tam reablitasiya olunması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-cİ yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdınlır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: AA ******* saylışəxsiyyət vəsiqəsinin surəti; Azərbaycan Respublikası Müdagiə Nazirliyinin 765 saylı, 20 aprel 2017-ci il tarixli qərarı; Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 05 may 2023-cü il tarixli 3-17-4/3-3-2777/2023 saylı qərarı; 09 avqust 2023-cü il tarixli məlumat vərəqəsi; “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 T77/2024 saylı, 16 yanvar 2024-cü il tarixli rəyi və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü: Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 05 may 2023-cü il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Beləliklə, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxx 1970-ci il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya 18 oktyabr 2019-cu il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən (Hərbi əməlliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr; odlu silahla qəlpə yaralanmasından spnra sol budun orta 1/3-nin ön səthində 1 ədəd, sol ayaq pəncəsinin bayır səthində 1, sol ayaq pəncəsinin içəri səthində 1 ədəd köhnə çapıq toxumlar; çapıq nahiyyələrinin trofiki yaraları. Qaşınmalarla periferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri; aşağı ətrafların xroniki işemiyası ikinci üçüncü dərəcə; (Xroniki) (periferik) venoz çatışmazlıq, xroniki venoz çatışmazlığı ikinci üçüncü dərəcə. Hərəkətin və yerişin pozulmaları; aşağı ətrafların funksiya pozğunluğu; aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi; aşağı ətraf venalarının varikoz genəlməsi; xorniki tromboflebiti; hər iki baldırın pəncə daban nahiyyələtinin trofiki yaraları. Periferik damarların digər xəstəlikləri; aşağı ətrafların xroniki aterosklerozu, hər iki aşağı ətrafın baldır arteriyalarının stenooklüziyası; bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, diskogen lümbioşalgiya, diffuz disk qabarması; L3-L4-L5 fəqərələrarası disk yırtığı; generalizə olunmuş epileptik tutulmalarla. Baş beyin silkələnməsi; qapalı kəllə beyin travması; baş beynin silkələnməsi; fokal başlanğıclı qıcılma tutulmaları ilə müşahidə olunan lokalizə olunmuş (foakl) (parsial) idopatik epilepsiya və epileptik sindromlar; generazlizə olunmuş epileptik tutulmalarla; ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi üçüncü mərhələ (XBT XX sinif – xəstələmənin və ölümün xarici səbəbləri – Y35-36-Qanunla nəzərtə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar Y36- Hərbi əməliyyatlar nəticəsində odlu...)) diaqnozları ilə ikinci dərəcəli əlillik, 5 il müddətinə təyin edilmişdir. 2023-cü ildə yenidən müayinə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir və Dövlət-Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 05 may 2023-cü il tarixli qərarı ilə İddiaçı “tam reabilitasiya olunması barədə” qərar qəbul edilmişdir. İddiaçı hal-hazırda cavabdeh orqanın 05 may 2023-cü il tarixli qərarının ləğv edilməsini və ona 05 may 2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci qrup əlilliyin təyin edilməsini istəyir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. İddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İddiaçının müayinə olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-cü maddəsinə əsasən, 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34- E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. İnzibati iş materiallarında olan sənədlərin surətindən görünür ki, iddiaçıya ilkin olaraq “Hərbi əməlliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr; odlu silahla qəlpə yaralanmasından sonra sol budun orta 1/3-nin ön səthində 1 ədəd, sol ayaq pəncəsinin bayır səthində 1, sol ayaq pəncəsinin içəri səthində 1 ədəd köhnə çapıq toxumlar; çapıq nahiyyələrinin trofiki yaraları. Qaşınmalarla periferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri; aşağı ətrafların xroniki işemiyası ikinci üçüncü dərəcə; (Xroniki) (periferik) venoz çatışmazlıq, xroniki venoz çatışmazlığı ikinci üçüncü dərəcə. Hərəkətin və yerişin pozulmaları; aşağı ətrafların funksiya pozğunluğu; aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi; aşağı ətraf venalarının varikoz genəlməsi; xorniki tromboflebiti; hər iki baldırın pəncə daban nahiyyələtinin trofiki yaraları. Periferik damarların digər xəstəlikləri; aşağı ətrafların xroniki aterosklerozu, hər iki aşağı ətrafın baldır arteriyalarının stenooklüziyası; bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, diskogen lümbioşalgiya, diffuz disk qabarması; L3-L4-L5 fəqərələrarası disk yırtığı; generalizə olunmuş epileptik tutulmalarla. Baş beyin silkələnməsi; qapalı kəllə beyin travması; baş beynin silkələnməsi; fokal başlanğıclı qıcılma tutulmaları ilə müşahidə olunan lokalizə olunmuş (foakl) (parsial) idopatik epilepsiya və epileptik sindromlar; generazlizə olunmuş epileptik tutulmalarla; ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi üçüncü mərhələ (XBT XX sinif – xəstələmənin və ölümün xarici səbəbləri – Y35-36-Qanunla nəzərtə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar Y36- Hərbi əməliyyatlar nəticəsində odlu...)” diaqnozları təyin edilmişdir və bu diaqnozlar əsasında ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən iddiaçıya ikinci qrup əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı isə “iddiaçını reabilitasiya edilməsi” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)- 4622/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 T77/2023 saylı rəyində qeyd edilmişdir ki, “vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə olan “XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-hərbi əməliyyatlar => Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu... Diaqnozun mətni: odlu silahla qəlpə yaralanmasından sonra sol budun orta /з-nin ön səthində 1 ədəd, sol baldırın orta 1/3-nin ön səthində 1 ədəd, sol ayaq pəncəsinin bayır səthində 1 ədəd, sol ayaq pəncəsinin içəri səthində 1 ədəd köhnə çapıq toxumlar” diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik əlamətləri təyin etmədiyindən əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə olan xəstəliklərin əhatə dairəsinə düşmədiyindən meyarların hər- hansı birinə aid etmək mümkün olmadı.” Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci maddəsində tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlilliyin təyin edilmə halları qeyd edilmişdir. Həmin Əsasnamənin 2.2.1-ci bəndinə əsasən hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80- İ80.3, İ83.0-İ83.9) göstərişləri olan hallarda ikinci qrup əlillik təyin edilir. Göründüyü kimi, iddiaçıya müşahidə olunan diaqnoz qeyd olunan əsasnamədə ikinci qrup əlillik təyin edilməsinin əsasları kimi göstərilmişir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində göndərişdə öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci maddəsində ikinci qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Eyni zamanda iddiaçıya 2019-cu il tarixindən 5 il müddətinə təyin edilmiş əlillik dərəcəsinin müddəti tamam olmadan, iddiaçının cavabdeh orqan tərəfindən yenidən müayinəyə dəvət edilməsinin səbəbləri barədə məhkəməyə hər hasnı sübut təqdim edilməmişdir. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona 20 aprel 2023-cü il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 05 may 2023-cü il tarixli, 3- 17-4/3-3-2777/2023 saylı qərarı ləğv edilməli və İddiaçı 20 aprel 2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 05 may 2023-cü il tarixli, 3-17-4/3-3-2777/2023 saylı qərarı ləğv edilsin. İddiaçı 20 aprel 2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar