Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1119/2022 28.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X39 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********8 nömrəli imtinanın qanunsuz hesab edilməsi, X4, X24, X10, X17 X11 adına olan Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 1.0 ha hissədə ləğvi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsinin cavabdeh orqanın vəzifəli şəxslərinə həvalə olunması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.2022-ci il tarixli **********8 nömrəli imtinanın qanunsuz hesab edilməsi, X4, X24, X10, X17 X11 adına olan Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 1.0 ha hissədə ləğvi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsinin cavabdeh orqanın vəzifəli şəxslərinə həvalə olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 24 yanvar 2022-ci il tarixli, **********38 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. X18, X30, X25, X26, X27 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, X5, X24, X10, X17, X19 Qusar rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 14 iyul tarixli 08/04 saylı qərarı ilə 5.51 ha kənd təsərrüfatı məıhsullarının istehsalı üçün torpağa mülkiyyət hüququna dair JN-0057 kod 30112028 nömrəli Dövlət Aktına əsasən mülkiyyətlərinə pay torpaq sahəsi ayrılmışdır. Əhmədxanovlarla qohumluq münasibətlərindədir. Əhmədxanov Zaliddin onun həyat yoldaşına tikdiyi evinin damının bağlanılması üçün maddi imkanı olmaması, damı bağlamaq üçün pay torpaq sahəsini satmağa alıcı tapması barədə bir neçə dəfə müraciətlər etmişdir. Onların maddi vəziyyətini nəzərə alaraq həyat yoldaşı ilə məsləhətləşib kömək məqsədilə 1.0 ha torpaq sahəsini almaq qərarına gəlmişdirlər. Alqısatqı müqaviləsini rəsmiləşdirmək üçün Qusar rayon Dövlət Notariat Kontoruna müraciət etmişdirlər. 19 aprel 2008-ci il tarixli müqaviləyə əsasən 2500 (iki min beş yüz) manat məbləğində pulu ödəyərək 1.0 ha torpaq sahəsini satın almışdır. 2008-ci il tarixdən həmin torpaq sahəsindən buğda, arpa əkməklə istifadə edir. Quxur-oba Blədiyyəsində Qanunla müəyyən edilən vergi və sosial sığorta haqlarını ödəyir. Həmçinin dövlətimiz tərəfindən ayrılan subsidiyanı almaq üçün adına bankomat kartı rəsmiləşdirilmişdir. Bu məqsədlə Əhmədxanovlar Bələdiyyəyə ərizə verərək bölgü əsasında rəsmiləşdirilmiş 1.0 ha torpaq sahəsini adıma rəsmiləşdirilməsini də xahiş etmişlər. Lakin alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinə maddi vəziyyəti ilə əlaqədar uzun müddət çıxarış almamışdır. Bir ay bundan qabaq 1.0 ha torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon Şöbəsinə sonra isə Xaçmaz Ərazi İdarəsinə müraciətlər etmişdir. Xaçmaz Ərazi İdarəsindən vəkil sorğusuna əsasən sənədləri aldıqdan sonra məlum olmuşdur ki, cavabdehlər qanunsuz 5.51 ha torpaq sahəsindən 1.0 ha-nı ona notariat qaydasında bağlanılmış 19 aprel 2008-ci il tarixli 4ə-İ-110 reyestr nömrəli müqaviləyə əsasən satdıqları halda , Qusar rayon Polis Şöbəsinə ərizə yazaraq guya alqı-satqı predmeti olan və müqaviləni rəsmiləşdirmək üçün Notariat Kontoruna təqdim etdikləri Dövlət Aktının əslinin naməlum şəraitdə itməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2013-cü il tarixli Dövlət Aktının verilmə tarixini ərizələrində saxtalaşdırmaqla "14 dekabr 2000-ci il əvəzinə xx.xx.2000-ci ildə" verilməsini yazaraq arayış almışlar. Həmin arayışı DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə təqdim etməklə ona satdıqları 1.0 ha torpaq sahəsinə də aldatma - dələduzluq yolu ilə Seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışlar. Göstərilən səbəbdən ona satılan hissədə çıxarışın dəyişdirilməsi üçün ərizə ilə Xaçmaz Ərazi İdarəsinə müraciət etmələrini xahiş etsə də müraciətlərinə məhəl qoyulmamışdır. Göstərilən səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Əhmədxanovlar isə yuxarıda qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi vermişlər. Qusar rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(029)-69/21 saylı 26 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı X4 və qeyrilərinə qarşı çıxarışın 1.0 ha hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiası barədə mülki iş üzrə icaata xitam verilmiş, Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi ilə bağlı müvafiq inzibati orqana , müsbət cavab almadıqda isə müvafiq inzibati məhkəməyə iddia ərizəsi iklə müraciət etmək hüququ izah edilmişdir. Qusar rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(029)-69/21 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Cəbrayılova (Əhmədxanova) Asiyat Zaliddin qızının İddiaçı və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Məhkəmənin qanuni qüvvəsini almış aktlarında göstərədən izaha uyğun Əhmədxanovların adlarına verilən RX ******* seriyalı dövlət reyestrindən çıxarışın razılaşdırılmış bölgü sxeminə əsasən 1.0 ha hissəsində ləğv edilməsi barədə ərizəsinə əsasən cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********38 saylı müraciətinə baxılması haqqında cavabla "daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlakın üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilə bilməsi, həmin qanunun 2.4-cü maddəsinə əsasən "Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməsi bildirilməklə ərizənin icrasının mümkün olmaması səbəbi ilə imtina olunmuşdur. Həmin imtinadan narazı qalaraq inzibati məhkəməyə müraciət etmişdir. Hesab edir ki, qanuni alqı-satqı qaydasında notariat qaydasında təsdiqlənmiş və 2008-ci ildən mülkiyyətimdə olan torpaq sahəsinə dair çıxarış ləğv edilməli və onun həmin torpaq sahəsinə mülkiyyət hüquqularının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X48 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərərk iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi üç hissədən ibarətdir. 1.65 ha torpaq sahəsindən 1 ha torpaq sahəsini almışdır. Üçüncü şəxs ərizəsi ilə yazmışdır ki, hardan istəyirsə torpaq ala bilər. Üçüncü şəxsin ərizəsinə əsasən bələdiyyə tərəfindən ölçmə işləri aparılmışdır, ona torpaq sahəsi təqdim edilmişdir. Torpaqğa görə kompensasiya ödənilməsinə razılıqları yoxdur. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Nirzəcan qızının etibarnamə üzrə nümayəndəsi vətəndaş X48 X6, X20, X12, X13, X21 adlarına verilmiş RX ******* seriyalı dövlət reyestrindən çıxarışın 1.0 ha hissəsində ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Sahəni özü əkmişdir. Rüsumları ödəmişdir. xəbərləri yoxdursa imzalar kimindir?. Ekspertiza ilə imzaların onlara məxsus olması öz təsdiqini tapmışdır. Məhkəmə qətnaməsi ilə torpaq sahəsinin satılması öz təsdiqini tapmışdır. 1 ha torpaq sahəsini özü istifadə edir. Başqa adamların icarəsinə verildiyini öyrənib. Görüb ki, başqa adamlar orada əkir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********38 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının ləğvi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”’. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunanları nəzərə alaraq ərizənizin icrası mümkün olmamışdır. ” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-ci maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddia ərizəsində göstərilən RX ******* seriyalı dövlət reyestrindən çıxarışda göstərilən 1.65 ha torpaq sahəsinin X7 çatan hissəsi Qusar rayon notariat kontorunun xx.xx.2020-ci il tarixli, 2V-777 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X20 adına özgəninkiləşdirmiş və həmin torpaq sahəsinə 1.65 ha ölçüdə X48 X1, X20, X8, X13, X14 adlarına dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs və eyni zamanda digər üçüncü şəxslərin nümayəndəsi X25 iştirak etmiş, izahatında bildirmişdir ki, digər şəxslər onun anası, bacısı, qardaşıdır. Atası vəfat etmişdir. Torpaqdan indiyədə kimi birlikdə istəifadə etmişdirlər. Bir neçə ildir ki, özü istifadə edir. Mübahisəli sahədə iddiaçını görməmişdir. Sahə boş qalmasın deyə istifadəyə vermişdir. 1 ha torpaq sahəsi satılıbsa torpağı verməkdən imtina edir. Kompensasiya verməyə razıdır. Sonda iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər qismən əsaslıdır. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddia öhdəlyin icrası iddiasıdır, iddiaçının subyektiv hüquq vardır, iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmişdir, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilir ki, Torpağa mülkiyyət hüququna dair JN-0057, KOD 30112028 saylı Dövlət Aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli 08/04 saylı qərarı ilə Qusar rayonu Gican kəndində yerləşən 5.51 ha torpaq sahəsi X2, X22, X8, X13 və X15 xüsusi mülkiyyətinə verilmişdir. 19 aprel 2008-ci il tarixli , reyestr nömrəsi 4ə-1-10 olan alqı-satqı müqaviləsi ilə Quba rayon Gican kəndində yaşayan X23, X30, X25, X26, X28 JN-0057 KOD 30112028 saylı 24 oktyabr 2000-ci il tarixli Dövlət Aktına əsasən onlara məxsus Qusar rayonu Gican kəndində yerləşən 1.0 ha torpaq sahəsini Qusar rayonu Quxur oba kəndində yaşayan X31 2500 manata satmışdır. RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********58, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu, Gican kəndində yerləşən 1.65 ha torpaq sahəsi X1, X22, X8, X13, X15 ümumi birgə mülkiyyətindədir. Bundan əlavə iş materiallarına əlavə edilmiş Qusar rayon Məhkəməsinin 2(029)- 69/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə X16 X31 və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin eibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Qətnamədə qeyd edilir: “X22, X8 və X13 vəsatəti əsasında təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 4/1220 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 19 aprel 2008-ci il tarixli müqvilənin “5”-ci bəndində “1” rəqəminin qarşısındakı imza və “Əhmədxanov Z” yazısı - X29iu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 19 aprel 2008-ci il tarixli müqvilənin “5”-ci bəndində “2” rəqəminin qarşısındakı imza və “Ахмəдханва C” yazısı - X30 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 19 aprel 2008-ci il tarixli müqvilənin “5”-ci bəndində “3” rəqəminin qarşısındakı imza və “Əhmədxanov Ə” yazısı - X25 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 19 aprel 2008-ci il tarixli müqavilənin “5”-ci bəndində “4” rəqəminin qarşısındakı imza və “Əhmədxanov” yazısı - X26 tərəfindən icra olunmuşdur. .... Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məghkəm Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə xətşünaslıq ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 4/1220 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, ... 19 aprel 2008-ci il tarixli reyestr nömrəsi 4ə-1-110 olan alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin 1.0 ha hissəsi İddiaçı satılmışdır. .... Göründüyü kimi 19 aprel 2008-ci il tarixli reyestr nömrəsi 4ə-1-110 olan alqı-satqı müqaviləsi bağalanarkən Mülki Məcəllənin heç bir tələbləri pozulmamış, əksinə həmin Məcəllənin tələblərinə tam uyğun bağlanmışdır. Odur ki, məhkəmə Asiyat Cəbrayılovanın dəlilləri ilə razılaşmayaraq hesab edir ki, müqavilə etibarsız hesab edilə bilməz və qarşılıqlı iddia əsassızdır, rədd edilməlidir.” Yuxarıda qeyd edilən məhkəmə qərarından göründüyü kimi iddiaçı üçüncü şəxlərədən qanuni əsaslarla 1.0 ha torpaq sahəsi almışdır və bu hal məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Lakin iddiaçı öz hüquqlarını dövlət qeydiyyatına aldırmamaqla hazırkı mübahisınin yaranmasına şərait yaratmışdır. Məhkəmə Qusar rayon Məhkəməsinin qətnaməsində qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olmaqla “X4, X24, X10, X17 X11 adına olan Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 1.0 ha hissədə ləğvi” tələbi təmin edilməlidir. Lakin iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün satılmış torpaq sahəsinin konkret yerini müəyyən edən sənədlər inzibati orqana təqdim edilməlidir. İş materiallarından göründüyü kimi 19 aprel 2008-ci il tarixli , reyestr nömrəsi 4ə-1- 10 olan alqı-satqı müqaviləsi ilə Quba rayon Gican kəndində yaşayan X23, X30, X25, X26, X28 JN-0057 KOD 30112028 saylı 24 oktyabr 2000-ci il tarixli Dövlət Aktına əsasən onlara məxsus Qusar rayonu Gican kəndində yerləşən 1.0 ha torpaq sahəsini Qusar rayonu Quxur oba kəndində yaşayan X31 2500 manata satmışdır. Məhkəmə qeyd edir ki, paylı mülkiyyət olan torpaq sahəsinin müəyyən hissəsi satılan zaman tərəflərin razılığı ilə satılan torpaq sahəsinin yeri dəqiq müəyyən edilməli idi. Notarial qaydada təsdiq edilmiş müqavilə və ya vərəsəlik şəhadətnamələri əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən notarial qaydada təsdiq edilmiş müqavilə və ya vərəsəlik şəhadətnamələri əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır: - ərizə (müraciət); - alqı-satqı, bağışlama, dəyişmə, renta müqaviləsi, vərəsəlik şəhadətnaməsi, nikah kontraktı və s.; - daşınmaz əmlak hissələrlə özgəninkiləşdirildikdə Xidmətin müvafiq ərazi idarələri tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş bölgü sxemi; - dövlət rüsumunun ödənilməsi barədə qəbz. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən torpaq sahəsinin satışı zamanı bölgü sxeminin tərtib olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən sorğu edilərək notariat işi tələb edilmişdir. Nə məhkəməyə təqdim edilmiş notariat işində nədə cavabdeh inzibati orqandan tələb edilən sənədlər arasında torpaq sahəsinin bölgü sxeminin olması müəyyən edilmir. Halbuki, torpaq sahəsi satılan zaman tərəflərin razılığı ilə bolgü sxemi tərtib edilməli, torpaq sahəsinin mülkiyyəçiləri ilə alıcı arasında razılıq olmadıqda isə paylar məhkəmə qaydasında müəyyən edilməli idi. Lakin tərəflərin razılığı ilə qanunvericiliyə uyğun müəyyən edilmiş bölgü sxemin tərtib edildiyi müəyyən edilmir. Qeyd edilənlər iddianın qismən əsaslı olduğu göstərir və məhkəmə hesab edir ki, X3, X22, X8, X13, X11 adına olan Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 1.0 ha hissədə ləğv edilməli, tərəflər arasında razılıq əsasında bölgü sxemi tərtib edilməsi mümkün olmadıqda isə mübahisə mülki məhkəmə icraatı qaydasında həllini tapmalıdır. İddiaçıya izah edilsin ki, qanunvericiliyə uyğun tərtib edilmiş bölgü-sxemi təqdim etdikdən sonra, alğı-satqı ilə aldığı 1.0 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini cavabdeh inzibati orqandan tələb edə bilər. Bölgü-sxemin verilməsinə razılıq olmazsa, 1.0 ha torpaq sahəsinin naturada yerinin müəyyənləşdirilərək istifadəsinə verilməsinə dair iddia ilə müvafiq ümumi məhkəməyə müraciət edərək, mülk məhkəmə icraatında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. X3, X22, X8, X13, X11 adına olan Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 1.0 ha hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1119/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1119/2022
28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver