Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-112/2020 05.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1nə qarşı “Cavabdeh1 Başçısının xx.xx.2006-cı il tarixli 302/1 saylı sərəncamının ləğv edilməsinə”dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh1nə qarşı iddia qaldıraraq, Cavabdeh1 Başçısının xx.xx.2006-cı il tarixli 302/1 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı Xudat şəhəri, T.İsmayılov küçəsi 29 “B” mənzil 13-də yaşayır, mənzil tam mülkiyyətindədir. Bina çoxmərtəbəlidir, evin layihə ilə ayrılan ərazisinə Cavabdeh1 Xudat Mənzil-İstismar Sahəsi xidmət göstərir. Hamıya bəllidir ki, həmin ərazidə heçkimə heçbir sərəncamla əsaslı tikintiyə icazə verilmir. Xudat Mənzil- İstismar Sahəsinin rəisi də Sərəncama şübhə ilə baxır, ona görə ki, əsaslı tikinti olmaz. Onun xx.xx.2006-cı il tarixli 302\1 saylı sərəncamından məlumatı yoxdur. Əgər sərəncam olarsa belə əsaslı tikintini binanın ərazisində tikmək olmaz, sərəncam köhnə tarixlə yazılıb, çünki o vaxtı küçə adı T.İsmayılov idi, 1-2 aydır ki, H.Əliyev küçəsi olmuşdur. Sərəncamda xx.xx.2006-cı ildə H.Əliyev küçəsi yazılıb. İddiaçının mülkiyyətə dair çıxarışı var. Onun evinin, pəncərəsinin önündə əsaslı tikinti tikmək üçün sərəncam qanuna zidd verilib. Təzəliklə sərəncamın icra olunmasından xəbər tutmuşdurlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Salehova Könül Dəmirçi qızı iştirak etmiş iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz edərək qeyd edir ki, Cavabdeh1 Başçısının xx.xx.2006-cı il tarixli 302/1 saylı sərəncamıCavabdeh1 tərəfindən öz səlahiyyəti çərçivəsində verilmiş və tam əsaslıdır.Sərəncamın verilməsində qanunun tələbləri pozulmamışdır. Bununla əlaqədar iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Cavabdeh1 cavab məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh1 Başçısının xx.xx.2006-cı il tarixli, 302/1 saylı Sərəncamından görünür ki, Xudat şəhəri, H.Əliyev küçəsi ev 29B, mənzil 7-də yaşayan X1 yaşadığı mənzilin qarşısında uzun müddət çəpərə alıb istifadə etdiyi dövlət torpaq fonduna aid 0.006 ha torpaq sahəsi onun daimi istifadəsinə verilmiş, orada tikinti işlərinin aparılmasına icazə verilmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə Cavabdeh1 olsa da, faktiki olaraq real mübahisə iddiaçı ilə X3 arasındadır. Vətəndaşlar arasında yaranmış əmlakla bağlı mülki mübahisənin inzibati orqanın qanunsuz hərəkəti formasında qarışıq forma alaraq inzibati məhkəmə icraatının araşdırmasına daxil edilməsi inzibati məhkəmə icraatının məqsədinə uyğun olmasada, hər bir halda faktiki olaraq inzibati akt sayılan sərəncam mübahisələndirildiyinə görə məhkəmə hesab edir ki, iddiya mahiyəti üzrə baxılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı X1 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulmasına dair Xaçmaz rayon Məhkəməsinin icraatında iş olmuş, Xaçmaz rayon Məhkəməsinin 2(067)492/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)2607/2019 saylı qətnaməsi ilə Xaçmaz rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz rayon Məhkəməsinin 2(067)492/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 66-cı maddəsini 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. İş materiallarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində hüquqları müəyyən edilməmişdir. İş materallarında olan Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Cavabdeh1 cavab məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh1 Başçısının xx.xx.2006-cı il tarixli, 302/1 saylı Sərəncamına əsasən Xudat şəhəri, H.Əliyev küçəsi ev 29B, mənzil 7-də yaşayan X1 yaşadığı mənzilin qarşısında uzun müddət çəpərə alıb istifadə etdiyi dövlət torpaq fonduna aid 0.006 ha torpaq sahəsi onun daimi istifadəsinə verilmiş, orada tikinti işlərinin aparılmasına icazə verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə əsaasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 60.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktda: 60.2.1. həmin aktla nəzərdə tutulmuş hər hansı imtiyazın və ya vəzifənin (öhdəliyin) qüvvəyə minməsi və ya qüvvədən düşməsi vaxtını və ya qüvvədə olma müddətini; 60.2.2. hər hansı imtiyazın və ya vəzifənin (öhdəliyin) qüvvəyə minməsi və ya qüvvədən düşməsi vaxtının gələcəkdə hər hansı hadisənin baş verməsindən asılı olduğunu; 60.2.3. həmin aktın ləğv edilməsi hüququnun saxlanılması haqqında qeydləri; 60.2.4. maraqlı şəxsin müəyyən hərəkətlər etməsini və müəyyən hərəkətlərə yol verməsini və ya müəyyən hərəkətləri etməkdən çəkinməsini (öhdəliyin icrası şərtlərini) və ya öhdəliyin icrası ilə bağlı şərtlərin dəyişdirilməsini və ya yeni şərtlərin əlavə edilməsini müəyyən edən əlavə müddəalar nəzərdə tutula bilər. Göründüyü kimi mövcud qanunvericilik inzibati orqana diskresion səlahiyyətlər əsasında hərəkət etməyə hər hansı bir qadağa müəyyən etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ilə X3 arasında mübahisələndirilən torpaq sahəsi ilə bağlı mülki hüquq münasibətləri mövcuddur və mülki hüquq münasibətləri inzibati məhkəmə icraatının araşdırma predmetinə daxil deyil. Məhkəmə hesab edir ki, qeyd olunanlar iddianın təmin edilməməsi üçün əsas təşkil edir və iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-112/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-112/2020
05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver