Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1120/2021 30.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ona bununla əlaqədar zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ödənilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ona bununla əlaqədar zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 22.06.2021-ci il tarixli vəsatətdə iddiaçının cavabdehə qarşı iddia ərizəsinin aidiyyatı üzrə Naxçıvan İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Məhkəmə cavabdehin vəsatətini və iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq iddiaçının qeydiyyat ünvanına uyğun olaraq Naxçıvan İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi hazırkı işdə tərəflər arasında xidməti hüquq münasibətləri mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə xüsusi norma rolunu oynayan, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsi tətbiq ediləcəyinə görə işə iddiaçının yaşayış sahəsinin olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. İşdə olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsinin 1 №-li Mənzil-İstismar sahəsinin 26.05.2021-ci il tarixli, 630 nömrəli arayışına əsasən iddiaçı Naxçıvan şəhəri, hərbi şəhərcik, bina 41, mənzil 20-də ailə üzvləri ilə birgə yaşayır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2017-ci il 11 aprel tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, kommersiya və inzibati məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Naxçıvan şəhəri Naxçıvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq iddiaçının qeydiyyatda olduğu yerə görə Naxçıvan İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ona bununla əlaqədar zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ödənilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə Naxçıvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati-Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1120/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1120/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver