Məhkəmə qərarları › İş №2-1(118)-1120/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1120/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1120/2024 05.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Kamal qızının katibliyi, İddiaçı X7 və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ehtiyatda olan əsgər kimi hərbi xidmətə çağırılmış, xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı qəlpə yarası kimi xəsarət almışdır. xx.xx.2021-ci il tarixdə X6 direktoru Fuad İsmalov tərəfindən müayinə olunmuşdur. O, xx.xx.2021-ci il tarixdə Abşeron rayon Mərkəzi Xəstəxanasının göndərişinə əsasən Respublika Psixiatriya Xəstəxanasına göndərilmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "Uzunmüddətli posttravmatik stress pozuntusu" diaqnozu ilə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “İsterik tipli, şəxsiyyət pozuntusu, bayılma halları ilə "Davamlı posttravmatik stress pozuntusu”” diaqnozu ilə müalicə olunmuşdur. xx.xx.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinin direktoru Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatri, tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş və ona “Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə F62.0” diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə X10 göndərilmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "Posttravmatik xroniki baş ağrısı, Posttravmatik ensefalopatiya, Qıcolma sindromu, tez-tez təkrarlanan tutmalarla (ayda 8-9), Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, depressiv epizod anamnezində intihar fıkiləri ilə” diaqnozu ilə müalicə olunmuşdur. xx.xx.2022-ci il tarixdə Abşeron RMX-nın göndərişinə əsasın Respublika Psixiatriya Xəstəxanasına göndərilmiş və xx.xx.2022xx.xx.2022-ci il tarixədək “Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, depressiv epizod anamnezində intihar fıkiləri ilə" diaqnozu ilə müalicə olunmuşdur. xx.xx.2022-ci il tarixdə “Loğman” Klinikasında Baş-beyin MRT müayinəsində olmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi-Həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir (865 saylı şəhadətnamə). Diaqnoz və xəstəlyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı aşağıdakı kimi olmuşdur: “Dəqiqləşdirilməmiş ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan tutmalar ilə, mülaym dərəcədə ifadə olunmuş uzunmüddətli pottravmatik stress pozuntusu, Fəlakətdən sonrakı mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə”, sol budun, sağ baldır nahiyələrinin bərkimiş dəri çapıqları, ikinci dərəcəli alimentar konstutisional piylənmə BÇİ-32.5”. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarında qeyd edilmişdir ki, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. O, xx.xx.2023-cü il tarixdə müayinə və müalicə nəticəsində xəstəliyi ilə əlaqədar əldə etdiyi tibbi sənədləri əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün cavabdeh Agentliyə müraciət etmişdir. Cavabdeh “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina cavabı vermişdir. İddiaçı Agentlikdə qəbulda xx.xx.2023-cü il tarixdə olmuş və bununla bağlı sənədləri təqdim etmişdir. Lakin ona 30 aprel 2023-cü il tarixi ilə imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, iddiaçının əlillik vəziyyətinə Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40- F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F43 - Ağır stresə və adaptasiya pozğunluğuna qarşı reaksiya => F43.8 - A... ; Diaqnozun mətni: Ağır stresə və adaptasiya pozğunluğuna qarşı reaksiya, mülayim dərc ifadə olunmuş uzunmüddətli postravmatik sterss pozuntusu [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], arterial hipertenziya İ dərc, ə.r İV Xroniki xolesistit; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur" səbəbi ilə imtina verilmişdir. Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F43 - Ağır stresə və adaptasiya pozğunluğuna qarşı reaksiya => F43.1 - P... ; Diaqnozun mətni: Posttravmatİk stress pozğunluğu, Uzun müddətli postravmatik stress pozuntusu.Fəlakət (müharibə) nəticəsində əmələ gələn şəxsiyyət pozuntusu Asteno-nevrotik vəziyyət. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Sol baldurun aşağı 1/3 nin qəlpə yaralanmasından sonra çapıq [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi] Xroniki xolesistit Miopiya, Zəif dərəcəli miopiya; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir ” səbəbi ilə imtina verilmişdir. Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, qıco!ma sindromu, tez-tez təkrarlanan tutmalar ilə (ayda 8-9 dəfə). Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə. Posttravmatİk stress pozuntusu; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə iddiaçı X8 əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 08 iyun 2023-cü il tarixli, 3-17-4/3-3-3655/2023 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Abşeron rayon sakini xx.xx.1987-ci il təvəllüdlü İddiaçı oğlunun (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci İl tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. (xx.xx.2021-ci il tarixli 22850 nömrəli XHŞ). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 865 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Fəlakətdən sonrakı mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; “Dəqiqləşdirilməmiş ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan tutmalar ilə, sol budun, sağ baldır nahiyələrinin bərkimiş dəri çapıqları. İkinci dərəcəli alimentarkonstitusional piylənmə BÇİ-32.5.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-cİ il tarixli 8968 nömrəli Tibbi rəyində diaqnoz "Fəlakətdən sonrakı şəxsiyyət dəvişikliyi. intihar fikirləri ilə.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022xx.xx.2022-ci il tarixli 12669/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakətdən sonrakı şəxsiyyət dəvişikliyi, intihar fikirləri ilə.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, gərginlikdən, əsəbilikdən, yuxu və yaddaşın pozulmasından, tez-tez qıcolma tutmalarının olmasından şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra isterik tip şəxsiyyət dəvişikliyi, funksional tutmalarla.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması mevarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan: - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 865 nömrəli xəsətlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, fəlakətdən sonrakı mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, intihar fikilrəri ilə” diaqnozu qoyularaq, səbəbli əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasınını müdafiəsi zamanı alınmışdır”; “dəqiqləşdirilməmiş ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan tutmalar, sol budun, sağ baldır nahiyyələrinin bərkimiş dri çapıqları, ikinci dərəcəli alimentarkonstitusion piylənmə BÇİ-32.5” doaqnozu qoyularaq səbəbli əlaqəsi “ümumi xəstəlikdir” təyin edilmişdir. -Azərbaycan Respublikasl Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”nin baş direktoru Fuad İsmayılov tərəfindən İddiaçı müayinə edilərək ona “Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə, F62.0” diaqnozu qoyulmuşdur. - iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının T01/2024 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, R.S.Canalıyevin son qiymətləndirmə nəticələrində qeyd edilən “Dəqiqləşdirilməmiş ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan tutmalar ilə (ayda 8-9 dəfə) mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə, Posttravmatik stress pozuntusu” xəstəliklərdən əziyyət çəksə də, əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etməyə əsas verməmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikas Psixiatriya Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2024-c il tarixli 3840 saylı rəydən görünür ki, İddiaçı xəstəxananın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə edilmiş və ona “Üzvi (ll Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikiləri ilə F07.0 (xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən) diaqnozu qoyulmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin hallarından görünür ki, iddiaçı X2 23 iyun 2022-ci il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbi və “üzvi mənşəli məişət pozğunluğu” diaqnozu ilə əlaqədar lll dərəcəli əlillik təyin edilmişdir. İddiaçı həmin xəstəliyin hərbi travma ilə yarandığını əsas gətirərək əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi məqsədi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının hərbi travmanı 2016-cı ildə aldığını, 2018-ci ilədək isə hərbi xidmətdə olduğunu bildirərək və həmin xəstəliyin hərbi travmanın nəticəsi olaraq qəbul etməyərək əlilliyin səbəbli əlaqəsini dəyişməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 3840 nömrəli rəyinə əsasən Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri ilə F07.0(xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən) qeyd edilmişdir. Bununla bağlı məhkəmə tərəfindən iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, R.S.Canalıyevin son qiymətləndirmə nəticələrində qeyd edilən “Dəqiqləşdirilməmiş ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan tutmalar ilə (ayda 8-9 dəfə) mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə. Posttravmatik stress pozuntusu” xəstəliklərdən əziyyət çəksə də, əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na dair Əsasnamənin maddələrini aid etməyə əsas verməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.2. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” Əlavədə “Psixi və davranış pozuntuları” (7) adlıanan Bölməsində üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0), fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (F62.0) xəstəlikləri nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizası ilə də iddiaçının “Dəqiqləşdirilməmiş ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan tutmalar ilə (ayda 8-9 dəfə) mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə, Posttravmatik stress pozuntusu” xəstəliyindən əziyyət çəkdiyi təsdiq edilmiş, lakin həmin xəstəliyin (doaqnozun) əlillik əlamətlərini təyin etməməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddaçıya əlilliyin təyin edilməsindən imtina cavabı əsaslandırılmamışdır və iş materialları ilə təkzib edilir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir və iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X8ə hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X5 Hüquqi Şəxsin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova İş № 2-1(118)-1120/2024 18 aprel 2024-cü il Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, ev 109 İddiaçı X8ə Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Hüquqi Şəxsinə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1120/2024 saylı, 05 aprel 2024-cü il tarixli qərarı Sizə göndərilir. Qoşma: qərar- 06 vərəqdə Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar