Məhkəmə qərarları › İş №2-1(118)-1122/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1122/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1122/2022 19.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “01 avqust 2011-ci il təvəllüdlü X1 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 22 ünvanında yerləşən, 50 saylı evdən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “01 avqust 2011-ci il təvəllüdlü X1 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 22 ünvanında yerləşən, 50 saylı evdən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 19.04.2022 və 19.05.2022-ci il tarixli məhkəmə iclaslarında iştirak etməmiş, 19.05.2022-ci il tarixdə Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlara əsasən müəyyən edilmişdir ki, İddiaçı 16 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə əsasən, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; Hazırkı işdə iddiaçı vəfat etdiyi üçün məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “01 avqust 2011-ci il təvəllüdlü X1 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 22 ünvanında yerləşən, 50 saylı evdən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası üzrə işin icraatına, iddiaçının vəfat etməsi səbəbi ilə xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar