Məhkəmə qərarları › İş №2-1(118)-1125/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1125/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1125/2020 10.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçı (Sumqayıt şəhəri, 5-ci mikr-n, ev 39/6 B mənzil 6-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı X1rşı Sumqayıt bələdiyyəsinin 102 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə 0.06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və texniki pasortun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və texniki pasortun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt bələdiyyəsinin 102 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə 0.06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və texniki pasortun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt bələdiyyəsinin 102 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə İddiaçı Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə 0.06 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2014-cü il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Hazıra kimi torpaq sahəsi onun istifadəsindədir. xx.xx.2020-ci il tarixdə o, torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması məqsədi ilə cavabdeh idarəyə müraciət etmişdir. Cavabdeh inzibati orqan torpaq sahəsi satılarkən ona Torpaq və Xəritəçəkmə şöbəsinin və memarlıq və şəhərsalma orqanının rəyinin ərizəyə əlavə olunmaması və torpaq sahəsinin satışının qanunla müəyyən edilmiş qaydada həyata keçirilməməsini əsas gətirərək ona imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə memarlıq və şəhərsalma idarəsinin rəyinin olmaması müəyyən edilmişdir. Bundan başqa torpağın satılmasına dair qərar xx.xx.2004-cü il tarixdə verilməsinə baxmayaraq “Torpaqların alqı-satqısına dair akt” xx.xx.2014-cü il tarixdə tərtib olunmuş, həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. Torpaq sahəsinin satışının qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyindən iddiaçının müraciətinə imtina cavabı verilmişdir. İş materiallarında olan : - Sumqayıt bələdiyyəsinin 102 saylı xx.xx.2004-cü il tarixli qərarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə 600 kv m torpaq sahəsi ayrılmışdır. - torpaqların alqı-satqısına dair xx.xx.2014-cü il tarixli aktdan görünür ki, həmin akt Sumqayıt bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 102 saylı qərarı ilə satılmış 600 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. -DTXK-nin Sumqayıt şəhər şöbəsin tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 02/638 saylı rəydən görünür ki, həmin orqan İddiaçı fərdi yaşayış evi tikmək üçün Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində 600 kv m torpaq sahəsinin satılmasına etiraz etmir. - DƏDRX-nin 2 saylı X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə memarlıq və şəhərsalma idarəsinin rəyinin olmaması müəyyən edilmişdir. Bundan başqa torpağın satılmasına dair qərar xx.xx.2004-cü il tarixdə verilməsinə baxmayaraq “Torpaqların alqı-satqısına dair akt” xx.xx.2014-cü il tarixdə tərtib olunmuş, həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, torpaq sahəsi bələdiyyə tərəfindən İddiaçı faktiki olaraq 2004-cü ilin yanvar ayında satılmışdır və torpağın satılmasına dair qərar məhz həmin tarixdə verilmişdir. 2014-cü ildə tərtib edilmiş alqı-satqı aktı formal tələblərə riayət edilməsi məqsədi ilə tərtib edilmişdir. Torpaq sahəsi satılarkən memarlıq və şəhərsalma rəyinin alınmaması və ya DTXK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən aktın imzalanmaması hazırda həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasl üçün maneə olmamalıdır. Belə ki, 2003-cü ildə DTXK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən torpağın satılmasına etiraz etməməsi barədə rəy iş materiallarına əlavə edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinin İddiaçı satılması barədə qərarı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X3 isə həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və Sumqayıt bələdiyyəsinin 102 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 102 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və texniki pasortun verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı X2 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar