Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1125/2021 18.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 (Sumqayıt Regional Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba Notariat Kontoru tərəfindən təsdiq edilmiş 23 sentyabr 2004-cü il tarixli, 4-Ə-562 və 4-Ə-563 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən ona satılmış cəmi 0,14 ha torpaq sahəsində yerləşən yarımçıq tikilələrə dair mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulması tələbinə dair üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı qızı cavabdeh Daşınmaz Əmlakın Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba Notariat Kontoru tərəfindən təsdiq edilmiş 23 sentyabr 2004-cü il tarixli, 4-Ə-562 və 4-Ə-563 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən ona satılmış cəmi, 0,14 ha torpaq sahəsində yerləşən yarımçıq tikilələrə dair mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı Quba Dövlət Notariat Kontorunun 23 sentyabr 2004-cü il tarixli, 4- Ə-562 və 4-Ə-563 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən, Quba rayonu İİ Nügədi kəndində cəmi 0,14 ha torpaq sahəsində yerləşən yarımçıq tikililəri Quba rayonu İİ Nügədi kəndində yaşayan X5 və X2 almışdır. Alqı-satqı müqaviləsinə əsasən qeyd olunan 0,14 ha torpaq sahəsində yerləşən yarımçıq tikililər 2004-cü ildən iddiaçının qanuni istifadəsindədir. 07.04.2021-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində yerləşən yarımçıq tikililər üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ərizənin icrasını təmin etmək mümkün olmamış və **********93 saylı 13.04.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanın səbəbi kimi X1 alqı-satqı müqaviləsinə əsasən aldığı qeyd olunan yarımçıq tikililərin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmadan iddiaçıya satması olmuşdur. Bununla əlaqədar olaraq iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunan yarımçıq tikililər X1 Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiqlənmiş 23.09.2004-cü il tarixli 4-Ə-562 və 4-Ə-563 reyesr nömrəli yarımçıq tikilinin alqı-satqı müqaviləsi əsasında alınmışdır. A.Əliyev və M.Əliyev qeyd olunan əmlaklar üzərində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınmadan iddiaçıya satmışlar. Bu səbəblərdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. İş materiallarında olan : -23.09.2004-cü il tarixli 4Ə- 562 və 4Ə-563 saylı alqı-satqı müqavilələridən görünür ki, həmin müqavilələr X6 və X10 oğlu ilə İddiaçı arasında Quba rayonu İİ Nügədi kəndində yerləşən yarımtikililərin alqı-satqısı barədədir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 16.03.2021-ci il tarixli məktubdan görünür ki, Quba rayon İHB İİ Nügədi İnzibat i Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid İİ Nügədi kəndi üzrə 18 nömrəli təsərrüfatbaşına kitabında vətəndaş X5 1691 saylı təsərrüfatın başçsı olub,onun xüsusi mülkiyyətində isitfadəsində 1999-cu ildə 0,06 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. -Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 08.05.2021-ci il tarixli məktubdan görünür ki, Quba rayon DNK–da 2004-cü ildə rəsmiləşmiş 4Ə-562 və 4Ə-563 nömrəli alqı-satqı müqavilələri Quba regional Asan Xidmət mərkəzində notariar ofisinə təhvil verilmiş arxiv sənədləri arasında aşkar edilməmişdir. -Məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş 29.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, həmin müqavilənin arxivdə saxlanılan nüsxəsində 4Ə-562 reyestr nömrəli müqavilənin 02 oktyabr 2004-cü il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir.Eyni zamanda Quba rayon dövlət notariat ofisində 23.09.2004-cü il tarixdə 4Ə-563 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onların qeydə alındığı notariat reyestri arxivə təhvil verilməmişdir. -Məhkəmə sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 09.07.2021-ci il tarixli cavab məktubundan görünür,Quba rayon İİ Nügədi kənd meyvəçilik sovxozunun 158 nömrəli 23 sentyabr 1992-ci il tarixli əmrində İddiaçı adı aşkar edilməmişdir. - Məhkəmə sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 27.08.2021-ci il tarixli cavab məktubundan görünür, Quba rayon ASBnin 29 dekabr 1987-ci il tarixli 1411 nömrəli və 28 oktyabr 1988-ci il tarixli 156 nömrəli əmri aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı müraciətinə cavab olaraq DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi sözügedən tikililərin mülkiyyət hüququ qeydə alınmadan iddiaçıya satıldığından dövlət reystrində qeydə alınmamış daşınmaz əmlak barəsində bağlanılmış əqdlər etibarsız hesab edildiyindən imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə görə əmlakın sahibi əmlak üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra onun üzərində sərəncam vermək hüququna malik olur. Hazlrki iş üzrə isə müəyyən edildi ki, əmlakın satıcısı olan X5 və X7 iddiaçı ilə alqı-satqı müqaviləsini bağlayarkən mülkiyyət hüquqları qeydə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba Notariat Kontoru tərəfindən təsdiq edilmiş 23 sentyabr 2004-cü il tarixli, 4-Ə- 562 və 4-Ə-563 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən iddiaçıya satılmış cəmi 0,14 ha torpaq sahəsində yerləşən yarımçıq tikilələrə dair mülkiyyət hüququna dair çıxarışın verilməsindən imtinası mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1125/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1125/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver