Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1128/2020 15.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli “Hərbi Həkim ekspertizası haqqında Əsasnamənin ” 7.2-ci bəndinin “a” yarımbəndinə əsasən onun xx.xx.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən aldığı travmanın səbəb əlaqəsinin “Hərbi Travmadır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda alınmışdır” kimi Qərarın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli “Hərbi Həkim ekspertizası haqqında Əsasnamənin ” 7.2-ci bəndinin “a” yarımbəndinə əsasən onun xx.xx.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən aldığı travmanın səbəb əlaqəsinin “Hərbi Travmadır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda alınmışdır” kimi Qərarın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. 11 illik tam orta məktəb bitirmiş, xx.xx.1989-ci ildən xx.xx.1991-ci il tarixədək keçmiş Sovet Ordusunda tam 2 il hərbi xidmət keçmiş, hərbi xidmətdən sonra müxtəlif sahələrdə fəhlə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Təkrar ikinci dəfə xx.xx.1994-ci il tarixdə Şamaxı rayon hərbi komisarlığı tərəfindən səfərbərliklə çağrılaraq Azərbaycan Ordusunda hərbi xidmətə göndərilmişdir. xx.xx.1994-ci ildən xx.xx.1996-cı ilədək Azərbaycan Ordusunda N nömrəli hərbi hissənin tərkibində Tərtər, Goranboy rayonları ərazisində döyüşlərdə iştirak etmişdir. xx.xx.1996-cı ildə mövqelərimizə hücum edən düşmən hücumunun qarşısını alarkən boyun nahiyyəsindən, sağ əlin pəncə hissəsindən və bədənin müxtəlif nahiyyələrindən xəsarətlər almışdır. Və xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək N nömrəli hərbi hospitalda stasionar müalicə olunmuşdur. Bu barədə N nömrəli hərbi hospitalın arxivindən xəstəlik tarixçəsindən çıxarış edərək epiqrizin təsdiq edilmiş surətini əldə etmişdir. Hərbi xidmətdə olduğu dövrdə aldığı xəsarət və yaralanmaların hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə müraciət etmiş, xidmət onun müraciətini düzgün sayıb xx.xx.2019-cu il tarixdə 880 nömrəli göndərişlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün sənədlərini MN MHHK-a göndərmiş, komissiya öz növbəsində iddiaçının döyüş tapşırığını yerinə yetirərkən aldığı travmanı “YARALANMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi qiymətləndirərək səhv bir QƏRAR vermişdir. MN MHHK-ı iddiaçının xəstəlik haqqında çıxardığı xx.xx.2019-cı il 925 saylı QƏRARİ xx.xx.2020-ci il tarixdə ona poçt vasitəsilə göndərilmişdir. Təbii ki, iddiaçı MN MHHK-nın xx.xx.2019-cu il tarixli, 925 saylı vermiş olduğu QƏRARLA qətiyyən razı olmamışdır, çünkü o döyüş əmri almış, döyüş tapşırığı yerinə yetirmək üçün həmin əraziyə yerləşdirilmiş hərbi hissənin tərkibində, ona tapşırılmış postu qoruyarkən döyüş tapşırığını yerinə yetirərkən, mövqelərimizə hücum edən düşmən hücumunun qarşısını alarkən xəsarət almışdır. Məhz bu səbəbdəndə MN MHHK-ı iddiaçının aldığı xəsarəti döyüş tapşırığını yerinə yetirərkən aldığı üçün “HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi qərar verməlidir. Belə ki, “Hərbi Qulluqçuların Statusu” haqqında AR Qanununun 1-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini AR Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan azad etsin və ya onların hüquqlarını məhdudlaşdırsın. Buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin” 5.1-ci bəndinə əsasən hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi Hərbi Həkim Komissiyasına həvalə olunur. 7.1-ci bəndində qeyd edilmişdir ki, hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olmaqla, Hərbi-Həkim Komissiyası onların aldıqları xəsarətlərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinin “a” yarımbəndinə əsasən əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunu müdafiə edərkən və ya döyüş tapşırığını yerinə yetirərkən almışsa və ya cəbhədə olduğu dövürdə, hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhəddini müdafiə edərkən, yaxud döyüş tapşırığı yerinə yetirərkən almışsa, Hərbi Həkim Komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi Travmadır. Azərbaycan Respublikasının ərazi biitövlüyiiniin, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar alınmışdır” qərarını çıxarır. 7.3-cü bəndinə əsasən Hərbi Həkim Komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (toplanış) keçdiyi hərbi hissənin komandiri hərbi təşkilatların, müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq QƏRAR çıxarır. Arayışda xəsarətin alınma şəraiti habelə döyüş tapşırığını yerinə yetirərkən əlaqədar olubolmaması göstərilir. “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin” qeyd edilən müddəalarından göründüyü kimi, Hərbi-Həkim Komissiyasının vəzifələrindən biridə hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. Qeyd edilənlərə əsasən iddianın təmin eilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Vətəndaş İddiaçı iddia ərizəsi və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(118)-1128/2020 nömrəli sərəncamı xx.xx.2020-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) daxil olmuşdur. İddiaçı iddia ərizəsində ona məxsus xx.xx.2019-cu il tarixli 1042 nömrəli qərarda yaralanmasının səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi vəzifəsinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’’nin 7.1. bəndinin tələblərinə əsasən hərbi-həkim komissiyası vətəndaşların hərbi xidmət dövründə aldıqları xəsarətlərin, xəstəliklərin (yaralanmaların, travmalrın) hərbi xidmətlə səbəb əlaqəsini müəyyən edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHKsı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. 1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. 2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3. maddəsinin tələblərinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Lakin vətəndaş İddiaçı xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən verilməli olan travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Şamaxı RHK tərəfindən 1994-cü ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu "Boynun arxa səthinin, sağ əlin pəncəsinin arxa səthindən toxunub keçən güllə yaralanması.Yaraların birincili cərrahi işlənməsi(xx.xx.1996) diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) yarımbəndinə əsasən “YARALANMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi düzgün təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3 bəndinin və 7.2 bəndinin ç)yarımbəndinin tələblərinə uyğun olaraq İddiaçı “Sol qulaq seyvanında yad cism (qəlpə)” diaqnozu ilə olan yaralanmanın səbəb əlaqəsi yaralanmanın alınma şəraiti haqqında hərbi hissə komandirinin travma haqqında arayışı MN MHHK-na daxil olmadığından “YARALANMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”kimi təyin edilmişdir. İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi tanınması tələbi MN MHHK-nın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqan üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Qeyd edilənlərə əsasən iddianın rədd eilməsini məhkəmədən xahiş edirlər. Tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından görsənir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli qərarından narazıdır. Lakin, o qanunla nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı ərizəsində qeyd edir ki, MN MHHK-ı iddiaçının xəstəlik haqqında çıxardığı xx.xx.2019-cı il 925 saylı QƏRARİ xx.xx.2020-ci il tarixdə ona poçt vasitəsilə göndərilmişdir. İş materiallarından görsənir ki, iddiaçı mübahisələndirilən qərarı Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Şöbəsindən istəmiş və həmin orqan qeyd edilən qərarı xx xxxxx 2020-ci ildə iddiaçıya göndərmişdir. Göründüyü kimi bu halda iddiçı sənədlərinin saxlanıldığı digər orqandan müvafiq qərarın sürətini tələb etmişdir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi qanunverici inzibati aktın elan olunmasınıda iddia müddətinin axımının başlaması üçün əsas ola biləcəyini müyyən etməklə, maraqlı şəxsin qəbul edilmiş inzibati aktan məlumatlı olmasını əsas götürmüşdür. Hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı iddiaçı üçün hüquqi nəticələr yaratmışdır. İddiaçı həmin qərardan məlumatlı olmaması, həmin qərarın yaratdığı hüquqi nəticələrdən istifadə etməməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, uzun müddət əvvəl mövcud olmuş və mübahisələndirmə imkanı olduğu halda mübahisələndirilməmiş və hüquqi nəticələrindən istifadə edilmiş hərəkətlərə iddia müddətinin tətbiq edilməməsi hüquqi müəyyənlik prinsipi ilə də ziddiyyət təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1128/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1128/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver