Məhkəmə qərarları › İş №2-1(118)-1128/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1128/2023

03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1128/2023 03.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşməklə xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınaraq KOD 30123018 JN-0429 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş 0.35 ha torpaq sahəsinə dair onun adına müvafiq çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ünvan 1ində yerləşməklə xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınaraq KOD 30123018 JN-0429 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş 0.35 ha torpaq sahəsinə dair onun adına müvafiq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı ilə Qusar rayonu Xuray kənd sakini X1 arasında bağlanmış 06 may 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin kənddə yerləşməklə Hamlet Məmmədova məxsus 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sonuncu tərəfindən ona satılmışdır. Aralarında bağlanmış alqı-satqı müqaviləsi Qusar rayon Dövlət Notariat Kontorunda 4ə- 4-587 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Bundan sonra isə həmin vaxt hüquqların dövlət qeydiyyatını həyata keçirən orqan olan, sonradan isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən iddiaçının torpaq sahəsinə dair əldə etdiyi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla KOD 30123018 JN-0429 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin vaxtdan indiyədək torpaq sahəsi onun sahibliyində, istifadəsindədir. Bu yaxınlarda iddiaçı həmin Dövlət Aktı əsasında torpaq sahəsinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi ilə bağlı hüququların dövlət qeydiyyatını həyata keçirən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, həmin idarə tərəfindən bildirilmişdir ki, ərizəyə əlavə olunmuş JN-0429 nömrəli (KOD ********) seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının JN nömrəsi elektron məlumat bazasında olan xəritə üzərində və adlı (DBF) siyahısında öz əksini tapmamışdır. Bu səbəbdən də mülkiyyət hüququnun dövlət qeydiyyatdı barədə ərizənin icrasından imtina olunmuşdur. Bu barədə həmin idarə tərəfindən xx.xx.2022-ci il tarixli **********81 saylı məktub verilmişdir. Lakin, həmin idarənin xx.xx.2022-ci il tarixli **********14 saylı məktubunda isə qeyd olunmuşdur ki, həmin dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçmişdir. Yəni, qeydiyyat orqanı iddiaçının adına verilmiş Dövlət Aktının həqiqətən hüquqların dövlət qeydiyyatını keçirən orqanda qeydiyyatdan keçdiyini, iddiaçının hüququnun dövlət qeydiyyatına alındığını təsdiq etmişdir. Yuxarıda qeyd etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu iddiaçı notariat qaydasında təsdiq olunmuş 06 may 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla müvafiq dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin dövlət aktı onu vermiş orqan ləğv edildikdən sonra hüquqların dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edilmişdir. Lakin, sonradan həmin dövlət aktının JN nömrəsinin elektron məlumat bazasında xəritə üzərində və adlı (DBF) siyahısında öz əksini tapmamasmda vətəndaş olaraq, həmçinin hüququ əldə etmiş şəxs olaraq onun hər hansı təqsiri yoxdur, bunu etmək iddiaçının vəzifəsi olmamış, məhz hüquqların dövlət qeydiyyatını həyata keçirən orqanın vəzifəsi olmuşdur. Əgər iddiaçının adına verilmiş Dövlət aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmişdirsə, elektron xəritə üzərində və adlı (DBF) siyahısında əks etdirilməsi əslində həmin idarənin vəzifəsi olmuşdur. Qeydiyyat orqanının imtina məktubunda qeyd etdiyi nöqsan iddiaçının mülkiyyət hüququnu əldə etməyi faktını inkar edən və onun mülkiyyət hüququndan məhrum edən hal kimi qiymətləndirilə bilməz, bunun üçün heç bir hüquqi əsas yoxdur. Əsas məsələ odur ki, iddiaçının əldə etdiyi hüquq notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında yaranmış və müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Dövlət aktının JN nömrəsinin elektron xəritə üzərində əks olunması isə texniki məsələdir, qeydiyyat orqanı tərəfindən həyata keçirilməli olan vəzifədir və qeydiyyat orqanının özünün yerinə yetirməli olduğu vəzifəni yerinə yetirməməsi onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına hüquqi maneə kimi qəbil edilə bilməz. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində hüququn dövlət qeydiyyatına alınmasında imtina olunmasının əsasları qeyd olunmuşdur. İddiaçının müılkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qeyd olunan əsaslardan heç biri mövcud deyildir. Odur ki, hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya yuxarıda qeyd etdiyi torpaq sahəsinə dair Çıxarışın verilməsini mümkünsüz hesab etməsi və bundan imtina etməsi qanuni və əsaslı deyildir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı ünvan 1i ərazisində yerləşən 0.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, JN-0429 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət AktTnın JN- nömrəsi elektron məlumat bazasında olan xəritə üzərində və adlı (DBF) siyahısında öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2022-ci il tarixli **********81 nömrəli məktubla imtina olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda qeyd edildiyi kimi, “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın JNnömrəsi elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Cavabdehin nümayədəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır cavabdeh inzibati orqan iddiaya cavab verməli olan orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. İddiaçı ünvan 1ində yerləşməklə xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınaraq KOD 30123018 JN-0429 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş 0.35 ha torpaq sahəsinə dair onun adına müvafiq çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, JN-0429 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının JN- nömrəsi elektron məlumat bazasında olan xəritə üzərində və adlı (DBF) siyahısında öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, işin hallarından görünür ki, İddiaçı ilə X3 arasında bağlanmış Qusar rayon DNK-nun 06 may 2006-ci il tarixli 4ə-4-587 saylı alqı-satqı müqaviləsi ilə 0.35 ha torpaq sahəsi iddiaçıya satılmış, alqı-satqı müqaviləsi əsasında torpağa mülkiyyət hüququna dair JN 0429 KOD 30123018, 17 iyul 2006-ci il tarixli Dövlət Aktı tərtib edilmiş, qeydiyyat kitabında 266 nömrə ilə qeydiyyata alınmışdır. Qusar rayon Xuray Bələdiyyəsinin məhkəmə prosesində təqdim edilmiş 17 mart 2023-cü il tarixli 24 saylı arayışında qeyd edilmişdir ki, Qusar rayonun Xuray kənində yerləşən JN-0429, KOD30123018 nömrəli torpağın "Mülkiyyət hüququna dair "Dövlət Aktı" ilə İddiaçı məxsus olan 0,35 ha torpaq sahəsinin qonşularla heç bir mübahisə və ziddiyyət yoxdur. Həmin torpaq sahəsi 2006-cı ildən İddiaçı istfadəsindədir. Qeyd olunan torpaq sahəsinə çıxarış verilməsinə heç bir etirazları yoxdur. Həmçinin məhkəmə araşdırması zamanı torpaq sahəsinin müayinə aktı, yerquruluşu planından çıxarış məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş müayinə aktından göründüyü kimi JN-0429 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin təyinatı - kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olmaqla ünvan 1i ünvanda yerləşir, hər tərəfdən kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə həmsərhəddir, torpaqların elektron kadastrı uçotu məlumat bazasında JN-0429 nömrə öz əksini tapmamışdır, lakin pay torpaq sahələri kimi qeydə alınmışdır, qonşu torpaq sahələri ilə hər hansı sərhəd mübahisəsi mövcud deyildir, təyinata uyğun istifadə olunur. Göründüyü kiki iddiaçı torpaq sahəsini alqı-satqı müqaviləsi ilə almış, adına Dövlət Aktı işlənmişdir.JN-0429 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının JN- nömrəsi elektron məlumat bazasında olan xəritə üzərində və adlı (DBF) siyahısında öz əksini tapmasada qeydiyyat kitabında 266 nömrə ilə qeydiyyata alınmış, elektron bazada pay torpaq sahələri kimi qeydə alınmış, qonşu torpaq sahələri ilə hər hansı sərhəd mübahisəsi mövcud deyildir, təyinata uyğun istifadə olunur. Torpaq sahəsinə münasibətdə hərhansı mübahisə mövcud deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati orqanın imtinasında və iddiaya etirazında qeyd edilənlər iddiaçının mülkiyyət hüququnun qeydiyyatından imtina üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas təşkil edir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1ində yerləşməklə xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınaraq KOD 30123018 JN-0429 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş 0.35 ha torpaq sahəsinə dair İddiaçı adına müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar