Məhkəmə qərarları › İş №2-1(118)-113/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-113/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-113/2022 29.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına qarşı “ona 14 may 2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına qarşı iddia qaldıraraq “ona 14 may 2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının 15 may 2021-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxs Abşeron rayon xidmət nümayəndəliyinə təqdim olunmuş ərizənizə əsasən bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci tarixli 1352 saylı fərmanı ilə Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027ci ilin iyulun 1-dək hər il altı ay artılır. Bu qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını 8 yaşadək tərbiyə etmiş anaların bu qanunun 7-ci maddəsinin şərtləri daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilənlərə əsasən ona 14 may 2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində “Varlı Həyat” və “Şəhriyar” sovxozlarında işlədiyini iddia edir və həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqları müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Sözügedən Qanunun 8.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası 57 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.İddiaçı yaşa görə əmək pensiyasına hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 57 yaşda, yəni 14.05.2021-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilən 424 nömrəli 15.08.2013-cü il tarixli arxiv arayışına müvafiq olaraq İddiaçı 1979 - 1993-cü il tarixlərdə “Varlı Həyat adına sovxoz” və “Şəhriyar adına sovxoz”da işləmişdir. Həmçinin sözügedən arayışda 19.11.1979-cu il tarixli 197/9 nömrəli əmrlə “Varlı Həyat sovxoz”unun 10 saylı briqadasına fəhlə qəbul edildiyi, 28.10.1990-cı il tarixli 36/2-52 nömrəli əmrlə yeni yaradılmış “Şəhriyar adına sovxoz”a keçirilməsi ilə əlaqədar olaraq işdən azad edildiyi, 1993-cü ilin fevral ayında son əmək haqqı aldığı və işdən çıxma əmri tapılmadığı qeyd edilmişdir. Sözügedən arayışa müvafiq olaraq İddiaçı ümumilikdə 15 il sosial sığorta stajı vardır. Lakin yuxarıda qeyd edilən AR Konstitusiya Məhkəməsi Plenumunun qərarına müvafiq olaraq İddiaçı sözügedən kolxozlarda işlədiyi dövrlər ərzində əmək haqqı aldığı aylar nəzərə alındıqda onun ümumilikdə 10 il 01 ay sosial sığorta stajı vardır. İşin mübahisələndirilən ikinci halı İddiaçı sağlamlıq imkanları məhdud uşağa qulluq etməsindən ibarətdir. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.5-ci maddəsinə müvafiq olaraq 2006cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt əsasında təsdiq edilir. Sözügedən Qaydaların 3.9-cu maddəsinə müvafiq olaraq İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, sığortaolunanın sığorta stajına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti daxil edilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı 17.01.1998-ci il təvəllüdlü X2 qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsini iddia etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, İddiaçı 17.01.1998-ci il təvəllüdlü X2 qulluq etdiyi dövrü şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında sübut etməli və bunun əsasında İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqa qulluq etdiyi dövr onun Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1964-cü ildə anadan olmuşdur. - Masallı rayon Dövlət Arxivinin 424 nömrəli 15.08.2013-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı İddiaçı 1979-1993-cü il tarixlərdə “Varlı Həyat adına sovxoz” və “Şəhriyar adına sovxoz”da işləmişdir. Eyni zamanda həmin arayışda iddiaçının aylar üzrə aldığı əmək haqqlarının məbləğləri qeyd edilmiş, onun 19.11.1979-cu il tarixli 197/9 nömrəli əmrlə “Varlı Həyat sovxoz”unun 10 saylı briqadasına fəhlə qəbul edildiyi, 28.10.1990-cı il tarixli 36/2-52 nömrəli əmrlə yeni yaradılmış “Şəhriyar adına sovxoz”a keçirilməsi ilə əlaqədar olaraq işdən azad edildiyi, 1993-cü ilin fevral ayında son əmək haqqı aldığı və işdən çıxma əmri tapılmadığı qeyd edilmişdir. - İ-AZ 091079 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X4 17.01.1998ci ildə anadan olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının 08.04.2016-cı il tarixli, 6W5M8ZJ0003 saylı arayışından görünür ki, X2 ümumi xəstəlik səbəbindən birinci qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialı tərəfindən tərtib edilmiş 1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə aktdan görünür ki, iddiaçı 18.07.2006-cı il tarixdən 18.07.2008-ci il tarixədək, 26.08.2008-ci il tarixdən 31.08.2012-ci il tarixədək, 20.09.2012-ci il tarixdən 17.01.2016-cı il tarixədək uşaqlıqdan əlil və 08.04.2016-cı il tarixdən hal-hazıradək İ qrup əlil olan övladı X2 qulluq etmişdir. Qeyd olunan qulluq Abşeron rayon Məmmədli kənd kommunal xidmətləri tərəfindən qonşuların iştirakı ilə tərtib edilmiş aktda da öz əksini tapmışdır. Əmək pensiyasının təyinatı zamanı sosial sığorta stajına hesablanacaq müddət 15 il 00 ay 25 gün təşkil edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı regional ərazi filialının 15 may 2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx xxx 1964-cü il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Lakin cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan iş stajına və ya pensiya kapitalına malik olmadığı göstərilmişdir. Masallı rayon Dövlət Arxivinin 424 nömrəli 15.08.2013-cü il tarixli arxiv arayışında İddiaçı İddiaçı 1979-1993-cü il tarixlərdə “Varlı Həyat adına sovxoz” və “Şəhriyar adına sovxoz”da işlədiyi qeyd edilmişdir. Həmin dövrlərlə bağlı iddiaçı və cavabdeh arasında hər hansı bir mübahisə mövcud deyildir. İşin mübahisələndirilən halı iddiaçının sağlamlıq imkanı məhdud uşağına qulluq etdiyi dövrlərin onun sosial sığorta stajı kimi nəzərə alınmaması ilə bağlıdır. Cavabdeh orqan həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmasından imtinasında, qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktının cavabdeh orqana təqdim edilmədiyi göstərilmişdir. İş məhkəmənin icraatında olarkən cavabdeh tərəfindən tələb olunan akt, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialı tərəfindən tərtib edilmiş 1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə akt məhkəməyə təqdim olunmuşdur ki, həmin aktda da iddiaçının 18.07.2006-cı il tarixdən 18.07.2008-ci il tarixədək, 26.08.2008-ci il tarixdən 31.08.2012-ci il tarixədək, 20.09.2012-ci il tarixdən 17.01.2016-cı il tarixədək uşaqlıqdan əlil və 08.04.2016-cı il tarixdən hal-hazıradək İ qrup əlil olan övladı X2 qulluq etdiyi, qeyd olunan qulluğun Abşeron rayon Məmmədli kənd kommunal xidmətləri tərəfindən qonşuların iştirakı ilə tərtib edilmiş aktda da öz əksini tapdığı, əmək pensiyasının təyinatı zamanı sosial sığorta stajına hesablanacaq müddətin 15 il 00 ay 25 gün təşkil etdiyi qeyd edilmişdir. Lakin buna baxmayaraq həmin dövrlər yenidən cavabdeh tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi dövrləri sosial sığorta stajı kimi nəzərə almasından imtinası qanunsuz olmuşdur. Belə ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 8.2ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normaya qeyddə göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.2 və 21.2.4-cü maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.5-ci maddəsinə müvafiq olaraq 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt əsasında təsdiq edilir. Sözügedən Qaydaların 3.9-cu maddəsinə müvafiq olaraq İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Hazırki işdə də iddiaçının sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialı tərəfindən tərtib edilmiş akt təqdim olunmuşdur. Həmin aktla iddiaçının 15 il 00 ay 25 gün sığorta stajına malik olması təsdiq edilmişdir. Belə olan halda iddiaçı ona güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddi ilə yanaşı zəruri olan sosial sığorta stajına malikdir. İddiaçı tərəfindən sözügedən akt məhkəmə araşdırması davam edən dövrdə əldə edilmiş, bu barədə cavabdeh məlumatlandırılmış, lakin cavabdehin nümayəndəsi iddiaya qarşı etirazı müdafiə etdiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassızdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 14 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 14 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar