Məhkəmə qərarları › İş №2-1(118)-1130/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1130/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1130/2020 30.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı “Azərkəndtikinti” ATSC 11 saylı “Kəndtikinti” trestinin müdiri X1 iştirakı ilə, İddiaçı “Azərkəndtikinti” ATSC 11 saylı “Kəndtikinti” trestinincavabdeh Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər X5 üzrə nümayəndəliyinə qarşı qərarın və tenderin nəticələri barədə protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı“Azərkəndtikinti” ATSC 11 saylı “Kəndtikinti” tresti cavabdeh Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər X5 üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərarın və tenderin nəticələri barədə protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı trestin müdiri Akif Mütəllimov ərizə ilə məhkəməyə müracət edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, qərarın ləğv ilə iddiaçının müraciəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidməti tərəfindən təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisə həll olunduğundan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Azərkəndtikinti” ATSC 11 saylı “Kəndtikinti” trestinin cavabdeh Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər X5 üzrə nümayəndəliyinə qarşı qərarın və tenderin nəticələri barədə protokolun ləğv edilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar