Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1131/2020 19.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X7 iştrakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən 0.2 ha torpaq sahəsinin iddiaçının adına verilməsi qərarının qəbul edilməsi və iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən 0.2 ha torpaq sahəsinin iddiaçının adına verilməsi qərarının qəbul edilməsi və iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddaçı 1985-ci ildən ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H,Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən 8 saylı evin, 35-ci mənzilində yaşayır, 1985-ci ildə həyat yoldaşı işlədiyi X13 tərəfindən digər işçilərə, o cümlədən ona bağ sahəsi kimi 0,2 ha torpaq sahəsi verilmişdir. Verilmiş torpaq sahəsi yaşadıqları beşmərtəbəli binanın arxa tərəfində yerləşir.Onlar həmin torpaq sahəsində ağaclar əkmiş, təlabatlarını ödəmək məqsədilə göy-göyərti əkib becərmişlər. Həmin bağ sahəsi 2014-cü ilin may ayına kimi 30 il onların istifadələrində olmuşdur. Həmin torpaq sahəsini öz adlarına rəsmiləşdirmək məqsədilə Abşeron rayon Xırdalan Bələdiyyəsinə ərizə ilə müraciət etmişlər, Abşeron Bələdiyyəsindən bildirilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin şifahi sərəncamı ilə həmin torpaq sahəsi və ona bitişik olan digər torpaq sahələri tikinti aparılması məqsədilə “xxxx” Mənzil Tikinti Kooperativinə verilmişdir. “xxxx” MTK-nın göstərişi ilə istifadəsində olan torpaq sahəsi traktorlar vasitəsilə yerlə-yeksan edilmiş, ağaclar məhv edilmişdir. Məsələ ilə əlaqədar olaraq əlaqədar şəxslərə, o cümlədən də cavabdehə müraciət etmişdir. Yuxarıda qeyd etdiyi kimi 1985-ci ildən istifadəsində olan 0,2 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi məqsədilə Xırdalan Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Abşeron rayon Xırdalan Bələdiyyəsi özünün xx xxxx 2020-cı il tarixli, 216 saylı məktubu ilə ona bildirmişdir ki, “torpaq sahəsinə görə onunla “xxxx” MTK arasında mübahisə olduğuna görə torpaq sahəsinin mülkiyyətinə satılması mümkün deyildir”. 0,2 ha torpaq sahəsinin onun istifadəsində olmasını X3, X8, X4 və X1 notariat tərəfindən **********234 saylı ərizələri ilə təsdiq edilmişdir. O, Abşeron rayonu Xırdalan Bələdiyyəsinin imtinasını aşağıdakılara görə əsassız hesab edir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 5.1-ci maddəsinə görə “Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların İstifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyəlrin müstəsna hüququdur. Həmin qanunun 6.2-ci maddəsinə əsasən “Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir". Həmin qanunun 163-cü maddəsinə əsasən Bu qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajlarım habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqların geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ondan istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir". (Bu qanun xx xxxx 2001~ci ildə qanuni qiivvəyə minmişdir). Yuxarıdakılara əsasən məhkəmədən “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən 0.2 ha torpaq sahəsinin iddiaçının adına verilməsi qərarının qəbul edilməsi və iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçının nümayəndəsi X6 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etmədi və idida tələbinə etiraz edərək bildirirdi ki, iddiaçı sözügedən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən 0.2 ha torpaq sahəsinin ona satılması barədə xx.xx.2020-ci ildə ərizə ilə Xırdalan Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin əməkdaşları tərəfindən torpaq sahəsinə baxış keçrililən zaman torpaq sahəsi ilə bağlı “xxxx” MTK ilə iddiaçı arasında mübahisəsinin olması və həmin torpaq sahəsində iddiaçıya məxsus hər hansı tikilinin olmaması müəyyən edilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinin 1985-ci ildən onun istifadəsində olmasını göstərsə də buna dair hər hansı hüquq müəyyən edici sənədi yoxdur. Ona görə də iddiaçının iddiasını qanunsuz və əsassız hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək esab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestirndən Çıxarışın surətindən görünü ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən 8 saylı evin 35 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında X2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş, Abşeron rayon Xırdalan Bələdiyyəsi tərəfindən İddiaçı yaşadığı ərazidə 2 sot torpaq sahəsinin mülkiyyətinə satılması barədə ərizəsinə cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli, 216 saylı məktubda göstərilir ki, həmin torpaq sahəsində “xxxx” MTK ilə onun arasında mübahisəli məsələ olduğu üçün torpaq sahəsinin ona satılması mümkün deyildir. İş materiallarına əlavə edilmiş və cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş iddia tələbinə etirazda göstərilir ki, iddiaçı sözügedən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən 0.2 ha torpaq sahəsinin ona satılması barədə xx.xx.2020-ci ildə ərizə ilə Xırdalan Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin əməkdaşları tərəfindən torpaq sahəsinə baxış keçrililən zaman torpaq sahəsi ilə bağlı “xxxx” MTK ilə iddiaçı arasında mübahisəsinin olması və həmin torpaq sahəsində iddiçıya məxsus hər hansı tikilinin olmaması müəyyən edilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinin 1985-ci ildən onun istifadəsində olmasını göstərsə də buna dair hər hansı hüquq müəyyənedici sənədi yoxdur. İş materiallarına əlavə edilmiş və Abşeron rayon Xırdalan Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2020-ci il tarixli, 394 saylı cavab məktubunda göstərilir ki, sözügedən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən torpaq sahəsi Xırdalan Bələdiyyəsinin mülkiyyətindədir. Həmin ltorpaq sahəsinə münasibətdə Xırdalan Bələdiyyəsi İddiaçı və digər şəxslərlə hər hansı bir əqd bağlanmamışdır. İş materiallarına əlavə edilmiş və Abşeron rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2020-ci il tarixli, 2167 saylı cavab məktubunda göstərilir ki, İddiaçı yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədəki binanın qarşısında yerləşən torpaq sahəsinə dair “xxxx” MTK-ya Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 52 saylı, xx.xx.2017-ci il tarixli, 2 girişli, 16 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi barədə sərəncam verilmişdir. Əlavə olaraq qeyd edilir ki, İddiaçı sözügedən torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmədə işin araşıdırlması zamanı müəyyən edildi ki, mübahisələndirilən torpaq sahəsinin ididaçının qanuni istifadəsində olması faktını təsdiq edə biləcək hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamış, mübahisələndirilən torpaq sahəsinin iddiaçıya ayırlmasını təsdiq edən hər hansı bir sənəd, o cümlədən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə və ya istifadəsinə dair qəbul olunmuş aktlar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda hesab olunur ki, İddiaçı hazır ki, iddia tələbinin qaldırılmasında subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən 0.2 ha torpaq sahəsinin iddiaçının adına verilməsi qərarının qəbul edilməsi və iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1131/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1131/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver