Məhkəmə qərarları › İş №2-1(118)-1131/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1131/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1131/2021 09.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Mühafizə İdarəsinə qarşı “istehsalat qəzası nəticəsində əmək xəsarəti almağıyla əlaqədar ona məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənişlərin həyata keçirilməsi və 01 iyul 2019-cu il tarixdən hesablanmaqla yekun məhkəmə qərarının çıxarıldığı vaxtadək ödənilməmiş, məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənişlərin hesablanaraq birdəfəlik ödəniş şəklində ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Mühafizə İdarəsinə qarşı iddia qaldıraraq “istehsalat qəzası nəticəsində əmək xəsarəti almağıyla əlaqədar ona məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənişlərin həyata keçirilməsi və 01 iyul 2019-cu il tarixdən hesablanmaqla yekun məhkəmə qərarının çıxarıldığı vaxtadək ödənilməmiş, məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənişlərin hesablanaraq birdəfəlik ödəniş şəklində ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1981-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsində (həmin dövrdə Sumqayıt şəhər keçmiş X5 İcraiyyə Komitəsinin Daxili işlər şöbəsi yanında X1 adlandırılırdı)əlavə işçi olaraq işə qəbul olunmuş, atıcı kimi 6 nömrəli komandaya daxil edilmiş və işləmək üçün Sumqayıt Xovlu İplik Fabrikinə göndərilmişdir. 1982-ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almış, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirərək İİ qrup əlil olmuşdur. Həmin xəsarətlər hal-hazırda da iddiaçının səhhətinə ciddi təsir göstərməkdədir. İş vaxtı zamanı işəgötürənin təqsiri ucbatından xəsarət almağı və bunun nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirməyi Sumqayıt şəhər Mühafizə İdarəsinin 29 dekabr 1982-ci il tarixli,14/4 saylı “İstehsalatda bədbəxt hadisə haqqında" aktı.6 saylı Tibbi sosial Ekspert Komissiyasının arayışları, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli,3-2/2-1984 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə öz təqdiqini tapmışdır. İş vaxtı iş yerində xəsarət alımağı ilə əlaqədar olaraq iddiaçıya sonradan İİ qrup əlillik dərəcəsi verilmişdir. Sözügedən hadisə nəticəsində iddiaçı peşə əmək qabiliyyətinin 80%ni itirdiyindən, qanunvericiliyə görə əsas iş yeri üzrə aldığı əmək haqqının əmək qabiliyyətini itirdiyi dərəcəyə mütanasib olan hissəsi xəsarət almağında təqsirkar olan işəgötürənlər, yəni Sumqayıt Xovlu İplik Fabriki və Sumqayıt şəhər keçmiş X5 İcraiyyə Komitəsinin yanında X1 tərəfindən ödənilməli idi. Lakin onlar bu ödənişi ödəməkdən yayındıqlarına görə iddiaçı həmin dövrdə miivafıq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 14 may 1984-cü il tarixli, 3-2/2-1984 saylı qətnaməsi ilə onların iddiaçının iş vaxtı xəsarət almağında və bunun nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməyində təqsirli olduqları sübuta yetirilmiş, 10 yanvar 1983-cü il tarixdən 10 may 1984-cü il tarixədək 16 ay üçün həmin dövrdə olan məzənnə ilə 2174 manat 56 qəpik pul vəsaitinin müştərək qaydada Sumqayıt Xovlu İplik Fabrikindən və Sumqayıt şəhər keçmiş X5 İcraiyyə Komitəsinin Daxili işlər şöbəsinin yanında X1ndən alınaraq iddiaçıya ödənilməsi, həmçinin 1984-cü ilin may ayından 1985-ci ilin yanvar ayınadək, yəni ilkin tibbi arayışda göstərilmiş əmək qabiliyyətimin itirildiyi və növbəti tibbi müayinənin təyin edildiyi müddət ərzində hər iki təşkilatdan hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan iddiaçının əmək qabiliyyəti bərpa olunmadığından iddiaçıya müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. Beləliklə, həm Sumqayıt Xovlu İplik Fabriki, həm də Sumqayıt şəhər keçmiş X5 İcraiyyə Komitəsinin Daxili işlər şöbəsinin yanında X1nin hüquqi varisi olaraq Sumqayıt şəhər Mühafizə İdarəsi iddiaçının 1982-ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almağında, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni itirməyində təqsirli olduqlarından qanunvericiliyə uyğun olaraq hər iki təşkilat tərəfindən hər ay müvafiq pul məbləğinin iddiaçıya ödənilməsi həyata keçirilmiş və 2019-cu ilin əvvəllərinədək hər iş yerindən 140 manat məbləğində pul vəsaiti ona ödənilmişdir. Lakin 2019-cu ilin əvvəllərində Sumqayıt şəhər Mühafizə İdarəsinin rəhbərliyi dəyişdikdən sonra sözügedən ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. Bununla bağlı iddiaçı Sumqayıt şəhər Mühafizə İdarəsinə rəsmi müraciət etdikdə ona ödəniş edilməsi üçün əsasın olmaması və yuxarıda qeyd edilən məhkəmə qətnaməsində ona edilməli olan ödənişin müddətinin 1985-ci ilin may ayınadək göstərilməsi ilə əsaslandırmağa çalışmışlar. Halbuki, iddiaçıya edilən aylıq ödəniş məhkəmə qərarı əsasında deyil, müvafiq normativ-hüquqi akt əsasında həyata keçirilirdi. Belə ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçivə və va bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarının 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki,zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur(zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Həmin Qərarın 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Göründüyü kimi, iddiaçıya ödənilən aylıq ödənişlərin kəsilməsi üçün hər hansı hüquqi əsaslar yoxdur və həmin ödənişlər davamlı olaraq həyata keçirilməlidir. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdehin iddiaçının müraciətinə verdiyi imtinada əsaslandığı halların hər hansı hüquqi əsası yoxdur və 1982-ci ilin sentyabrın 6-dan 7-ə keçən gecə işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almağında əlaqədar olaraq əmək qabiliyyətini itirməyinə görə cavabdeh tərəfindən aylıq ödənişlərin iddiaçıya ödənilməsinin bərpa olunması və bugünədək ona verilməmiş ödənişlər üzrə yaranmış borcun birdəfəlik olaraq ödənilməsi barədə qərar qəbul edilməlidir. Eyni zamanda əmək qabiliyyətini itiriməyinə görə cavabdeh tərəfindən iddiaçıya verilən aylıq ödənişlərin miqdarı da düzgün hesablanmamış və qanunvericliklə müəyyən olunandan az miqdarda ona ödənişlər edilmişdir. Belə ki, yuxarıda göstərdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarının 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Lakin bu normanın ziddinə olaraq 01 iyul 2019-cu il tarixədək cavabdehin iddiaçıya ödədiyi aylıq ödənişlərin miqdarı 140 manat təşkil etmişdir. Nəzərə alınsa ki, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında minimum əmək haqqının məbləği 250 (iki yüz əlli) manat müəyyən edilmişdir, belə olan halda 01 iyul 2019-cu il tarixdən sonra iddiaçıya ödənilməli olan aylıq ödənişlərin miqdarı sözügedən qərarın 3.5-ci bəndinə əsasən minimum əmək haqqının 80 faizindən,yəni 200 manatdan aşağı olmamalıdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1 -ci maddəsinə görə inzibati orqanların inzibati praktikasında fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.1 -ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia),inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və sairə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cii maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, hazırkı mübahisə mahiyyəti etibarı ilə mülki mübahisədir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 1982-ci ilin sentyabr ayının 6-dan 7-nə keçən gecə Sumqayıt Xovlu İplik Fabrikində xidmətdə olarkən bədbəxt hadisə nəticəsində aldığı xəsarətlə əlaqədar vurulmuş ziyanın ödənilməsi barədə Sumqayıt şəhər Xalq Məhkəməsi tərəfindən 1984-cü il 3/2-2 saylı qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən 1984-cü ilin may ayının 10-dan 1985-ci ilin yanvar ayının 10-na kimi iddiaçıya hər ay Sumqayıt Xovlu İplik Fabriki və Sumqayıt şəhər X5 İcraiyyə Şöbəsinin yanında X1 tərəfindən müştərək qaydada ödənc olunması qət edilmişdir. İddiaçı bildirir ki, 2019-cu ilin əvvəllərinədək hər iki iş yerindən 140 manat məbləğində pul vəsaiti ona ödənilmişdir. Lakin 2019-cu ilin əvvəllərində Sumqayıt şəhər Mühafizə İdarəsinin rəhbərliyi dəyişdikdən sonra sözügedən ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. Bununla bağlı Sumqayıt şəhər Mühafizə İdarəsinə rəsmi müraciət etdikdə ona ödəniş edilməsi üçün əsasın olmaması və yuxarıda qeyd edilən məhkəmə qətnaməsində ona edilməli olan ödənişin müddətinin 1985-ci ilin may ayınadək göstərilməsi ilə əsaslandırmağa çalışmışlar. Halbuki, iddiaçıya edilən aylıq ödəniş məhkəmə qərarı əsasında deyil, müvafiq normativ-hüquqi akt əsasında həyata keçirilirdi. Məhkəmə qeyd edir ki, eyni zamanda iddiaçı 2019-cu ilin əvvəllərinə qədər olan ödənişlərin miqdarı ilədə razı deyil və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçivə və va bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarına istinad edərək, yeni hesablama əsasında ödənişlər tələb edir. Göründüyü kimi yaranmış mübahisə mülki xarakterlidir, mübahisəyə müvafiq ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati icraatla bağlı qanunvericilik şəxslərlə inzibati orqanlar və inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqanlar arasındakı münasibətləri tənzimləsə də, inzibati orqanlar təkcə inzibati icraatla bağlı qanunvericiliyə əsasən inzibati qaydada deyil, həm də mülki subyekt kimi hərəkət edə bilərlər. İnzibati orqanlar mülki qaydada mülki hüququn bütün digər subyektləri kimi fəaliyyət göstərir və həmin subyektlərə şamil olunan hüquqi qaydalar inzibati orqanlarada şamil olunur. Hazırki işdə iddiaçı istehsalat qəzası nəticəsində əmək xəsarəti almağıyla əlaqədar ona məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənişlərin həyata keçirilməsi və 01 iyul 2019-cu il tarixdən hesablanmaqla yekun məhkəmə qərarının çıxarıldığı vaxtadək ödənilməmiş, məbləği 200 manatdan aşağı olmamaqla aylıq ödənişlərin hesablanaraq birdəfəlik ödəniş şəklində ona ödənilməsini xahiş edir ki, həmin tələblər də mülki-hüquqi xarakerlidir və inzibati məhkəmə icraatının predmetinə aid edilə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin yaranması cavabdeh inzibati orqanın hakimiyyət səlahiyyətlərini həyata keçirməsi ilə bağlı olmamışdır. İddiaçı bildirir ki, digər cavabdeh müəssisənin hüquqi varisi aylıq ödənişləri ödəməyi həyata keçirməkdə davam edir. Məhkəmə qeyd edir ki, iddiaçının xəsarətlə bağlı aylıq ödəniş tələblərinin əsasları Sumqayıt şəhər Xalq Məhkəməsinin 1984-cü il 3/2-2 saylı qətnaməsi üzrə hər iki cavabdeh və onların hüquqi varisləri üçün eynidir və mülki xarakterli tələblərdir. Bundan əlavə məhkəmə qeyd edir ki, istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə ödənclərin verilməsi ilə bağlı tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması ilə bağlı formalaşmış məhkəmə təcrübəsi də mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquqi müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar