Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1132/2020 15.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, məhəllə 30, ev 8, mənzil 31-də yaşayan), Cavabdehin nümayəndəsi X6 (Abşeron rayon X4 sektorunun müdiri vəzifəsində işləyən, Bakı şəhəri, 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 127, mənzil 49-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı 0,02 ha torpaq sahəsinin iddiaçının adına verilməsi barədə qərarının qəbul edilməsi və iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı 0,02 ha torpaq sahəsinin iddiaçının adına verilməsi barədə qərarının qəbul edilməsi və iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə “xxxx” MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 1985-ci ildən ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti. 30-cu məhəllə ünvanında yerləşən 8 saylı evin 31-ci mənzilində yaşayır. 1985-ci ildə işlədiyi X8 tərəfindən digər işçilərə, o cümlədən ona bağ sahəsi kimi 0,02 ha torpaq sahəsi verilmişdir. Verilmiş torpaq sahəsi yaşadıqları beşmərtəbəli binanın arxa tərəfində yerləşir. O, həmin torpaq sahəsində ailəsi ilə birlikdə ağaclar, göy-göyərti əkib becərmişdir. Həmin bağ sahəsi 2014-cü ilin may ayına kimi onun istifadəsində olmuşdur. Torpaq sahəsini öz adına rəsmiləşdirmək məqsədilə Abşeron rayon Xırdalan Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Lakin bələdiyyədən bildirmişlər ki. Abşeron rayon İcra Hakimiyyətinin şifahi sərəncamı ilə həmin torpaq sahəsi və ona bitişik olan digər torpaq sahələri tikinti aparılması məqsədilə "xxxx“ Mənzil Tikinti Kooperativinə verilmişdir. "xxxx” MTK-nın göstərişi ilə istifadəsində olan torpaq sahəsi traktorlar vasitəsilə yerlə-yeksan edilmiş, ağaclar məhv edilmişdir. Bununla bağlı iddiaçı sözügedən torpaq sahəsinini ina ayrılması barədə qırarın verilməsi və müqavilə bağlanması öhdəliyinin cavabdehon üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədi və bildirdi ki, X1 rayonu, Xırdalan şəhəriH.Əliyev pr, 30-cu məhəllə ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin ona satılması barədə 29 ərizə ilə xx.xx.2020-ci ii tarixdə ərizə ilə Xırdalan Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin əməkdaşian tərəfindən torpaq sahəsinə baxış keçirilən zaman sözügedən torpaq sahəsi ilə bağlı “xxxx” MTK ilə iddiaçı arasında mübahisənin olması, o cümlədən həmin torpaq sahəsində İddiaçı məxsus hər hansı bir tikilinin olmaması müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsi eyni zamanda torpaq sahəsinin MTK-ya satılması barədə hər hansı sənəin və məlumatın olmamasını bildirdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Abşeron rayon Texniki İnvertarlaşdırma Mülkiyyət hüququnun qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, H.Z.Tağıyev küçəsi ev 8, mənzil 31 saylı ev İddiaçı adına qeydə alınmışdır. - MA № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 470 h a torpaq sahəsi Abşeron rayon Xırdalan bələdiyyəsinin mülkiyyətindədir. - Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli 217 nömrəli məktubundan görünür ki, mübahisəli torpaq sahəsində “xxxx” MTK ilə iddiaçı arasında mübahisəli məsələ vardır və bu səbəbdən torpaq sahəsinin iddiaçıya satılması mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyənin müstəsna hüququdur. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Göstərilən Məcəllənin 56-cı maddəsinin 2-ci və 6-cı bəndlərinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yuxarıda sadalanan qanunvericilik normalarından aydın olur ki, bələdiyyə tərəfindən torpaqların icarəyə verilməsi müqavilə (bələdiyyənin qərarı) əsasında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə qeyd edir ki, bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istfiadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə bələdiyyə sözügedən torpaq sahəsinin iddiaçıya satmaq və ya icarəyə vermək öhdəliyi daşımır, çünki cavabdeh onun mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsinə məcbur edilə bilməz. Bələdiyyə torpağın iddiaçıya satılmasını məqsədəuyğun hesab etdikdə, bu barədə qərar qəbul edərək müqavilə bağlamaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM- 14.3). NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi iləSumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1132/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1132/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver