Məhkəmə qərarları › İş №2-1(118)-1132/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1132/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1132/2023 27.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 24-cü küçə, ev 35, (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, 0.02 hektar torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsi, onunla həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanılması vəzifəsinin cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinin üzərinə qoyulması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. 25 aprel 2023-cü il tarixdə elektron kabinetindən daxil olmuş ərizəsinə əsasən iddiaçının vəkili Vəkil inzibati iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü ilin 4 fevral tarixində vəfat etmişdir və onun ölüm faktı 2 saylı Gəncə ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli, AZ-İ1 306184 nömrəli “ölüm haqqında şəhadətnəmə” ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 254.1.1 -ci maddəsinə görə işdə tərəf olan şəxs ölərsə və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Hesab edir ki, hazırki iş üzrə ölmüş İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı müvafiq tələbinin bağlı olduğu hüquq münasibəti hüquq varisliyinə yol verir və həmin tələb üzrə iddiaçı qismində iddiaçının vərəsələri çıxış edə bilər. Belə olan halda iş üzrə icraat hüquqi varis müəyyən edilənə qədər dayandırılmalıdır. Belə ki, mübahisəli torpaq sahəsinin (Abşeron rayonu. Xırdalan şəhəri. Quşçuluq yaşayış massivi 24-cü küçə, ev 35; yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən. 0.02 hektar) mülkiyyətə verilməsi ilə bağlı tələb hüququ şəxsi xarakterli deyil. Bu səbəbdən ölənin (miras qoyanın) əmlak hüquqlarına (miras aktivinə) daxil olan miras kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı öldüyü üçün iş üzrə icraata xitam verilməli, iddiaçının vəkilin vəsatəti təmin edilməməlidir. Beləki iddiaçının vəkili vəsatətində qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPMin 254.1.1 -ci maddəsinə görə işdə tərəf olan şəxs ölərsə və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Hesab edir ki, hazırki iş üzrə ölmüş İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı müvafiq tələbinin bağlı olduğu hüquq münasibəti hüquq varisliyinə yol verir və həmin tələb üzrə iddiaçı qismində iddiaçının vərəsələri çıxış edə bilər. Belə olan halda iş üzrə icraat hüquqi varis müəyyən edilənə qədər dayandırılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında baxılan işlərdə Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilməsi üçün həmin müddəların inzibati icraatda olan prosessual prinsiplərə zidd olmaması şərti tələb olunur. Mülki məhkəmə icraatı qaydasında mülki hüquq münasibətlərinə baxıldığı və MPM-in 254.1.1 -ci maddəsi üzrə qeyd edilən tələblərdə inzibati məhkəmə icraatı qaydasında baxılan tələblərdən fərqli olduğu üçün həmin norma hazıkı işə tətbiq edilə bilməz. Hazırkı iş üzrə iddiaçı cavabdeh inzibati orqandan onun xeyrinə inzibati akt qəbul edilməsini istəyir. Bu publik hüquq münasibəti iddiaçı ilə inzibati orqan arasında olduğu üçün məhkəmə hesab edir ki, iddiaçı ölməsi səbəbindən hazırkı mübahisəyə baxılması mümkün hesab edilməməli iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda izah edilsin ki, iddiaçının vərəsələrinin subyektiv hüququ yaranarsa həmin şəxslər özlərinə aid tələblər irəli sürə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 24-cü küçə, ev 35, (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, 0.02 hektar torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsi, onunla həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanılması vəzifəsinin cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinin üzərinə qoyulması”na dair iddiası üzrə işə baxılması iddiaçının vəfat etməsi səbəbi ilə mümkün hesab ediməsin iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar