Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1133/2022 05.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçu yaşayış massivi, Tağıyev küçəsi, 12-ci küçə, döngə 6 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1972-ci ildə anadan olmuşdur. Avtoqəza nəticəsində xx.xx.2009-cu ildən hal-hazıradək bədənin bir neçə nahiyyəsıni əhatə edən sınıqlar səbəbindən sağlamlığını itirmişdir. Qeyd edilən xəstəliyə görə sonuncu dəfə ona 2016-cı ilin noyabr ayında 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Növbəti əlilliyin qiymətlənməsi tarixi 2021-ci ilin noyabr ayı təyin edilmişdir. Bədənin bir neçə nahiyyələrini əhatə edən digər müştərək sınıqlar diaqnozu ilə xx.xx.2021-ci ildə Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda və Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında stasionar şəraitdə müayinə və müalicə almışdır. Sumqayıt şəhər 11 nömrəli X2 tərəfindən TQS №088 formalı ******* AAMLS saylı göndərişlə sənədləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabİltasiya Agentliyinə ünvanına göndərilmişdir. Göndərişdə xəstəliyinin əsas diaqnozu kimi “Bədənin bir neçə nahiyyələrini əhatə edən digər müştərək sınıqlar. Sağ baldır sümüklərinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, deformasiya, sol qamış sümüyünün yuxarı 1/3-nin əyri bitişmiş sınığı; Orta, aşağı 1/3-nin kobud döyənəklə bitişmiş ikiqat sınığı, sol incik sümüyünün aşağı 1/3-nin əyri bitişmiş sınığı; alt çənənin mental hissəsinin oynaq çıxıntılarının qəlpəli yerdəyişmiş sınığı, hər iki əng sümüyünün bitibmiş sınığı, QKBT, hər iki baldırın kobud kelloid dartıcı çapıqları” göstərilmişdir. Lakin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabİltasiya Agentliyi tərəfindən xx.xx.2022-ci ildə əlillik təyinindən imtina olunmuşdur. İmtinaya səbəb kimi “X3 tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirılsin və ətraflı qeyd olunsun” kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Cavabdeh məhkəməyətə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə ünvan 2 şəhər poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Sağ baldırın hər 3 sümüyünün orta 1/3, sol qamış süm. deformasiyası ilə q/d bitişməkdə olan sınığı. İllizarov aparatı fiksasiyası s.v hər 2 a/ə funksiya pozğunluğu. Hər 2 diz oynağının funksiya pozğunluğu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. ünvan 2 şəhər poliklinikasının 12.11,2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Hər iki aşağı ətrafın bir neçə nahiyələrini əhatə edən sınıqlar, Sağ baldirin hər iki sümüyünün orta 3/1 nin, sol qamiş sümüyünün ikiqat, incik sümüyünün deformasiya ilə qeyri düzgün bitişmiş siniği. Hər iki aşaği ətrafin funksiya pozğunluğu, hər iki diz,aşiq baldir oynaqlarinin kontrakturasi. Burun sümüklərinin sınığı. Vegetativ sinir sisteminin somatoform disfunksiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T00-T07-T00-T07; Diaqnozun mətni: Hər iki aşağı ətrafın bir neçə nahiyələrini əhatə edən sınıqlar, Sağ baldırıin hər iki sümüyünün orta 3/1 nin, sol qamiş sümüyünün ikiqat, incik sümüyünün deformasiya ilə qeyri düzgün bitişmiş sınığı. Hər iki aşağı ətrafın funksiya pozğunluğu, hər iki diz, aşiq baldir oynaqlarinin kontrakturasi. Burun sümüklərinin sınığı. Vegetativ sinir sisteminin somatoform disfunksiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Travma” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 17.11,2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T00-T07-T00-T07; Diaqnozun mətni: Hər iki aşağı ətrafın bir neçə nahiyələrini əhatə edən sınıqlar, Sağ baldirin hər iki sümüyünün orta 3/1 nin, sol qamiş sümüyünün ikiqat, incik sümüyünün deformasiya ilə qeyri düzgün bitişmiş siniği. Hər iki aşaği ətrafin funksiya pozğunluğu, hər iki diz,aşiq baldir oynaqlarinin kontrakturasi. Burun sümüklərinin sınığı. Vegetativ sinir sisteminin somatoform disfunksiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Travma” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0531003AAMDJ saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T08-T14-Gövdənin, ətrafın və bədənin hər hansı nahiyəsinin dəqiqləşdirilməmiş hissəsinin travması => TO...; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması- Səbəb: Müayinələr yetərli deyildir; dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli 0531003AAMLS saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; /İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. İş materiallarında olan : - 12 saylı TSEK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2012-ci il, xx.xx.2013-cü il ,xx.xx.2014-cü il, xx.xx.2015-ci ildə 1 il müddətinə, xx.xx.2016-cı ildə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Sumqayıt şəhər 1 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 0531003AAMLS nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. - TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavabdan görünür ki, göndərişin natamam doldurulması əsas diaqnozun ağırlaşmalarını təsdiq edən istrumental müayinələrin dəqiləşdirilməməsi və ətraflı qeyd olunmaması səbəbindən İddiaçı əlilliyin təyinindən imtina edilmişdir. İş üzrə təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş T 259/2022 saylı rəyindən görünür ki, İddiaçı iş materiallarında oları əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilmiş “bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sağ baldır sümüklərinin orta H-nin, qeyri-düzgün bitişmiş sınığı, eformasiyası, sol qamış sümüyünün yuxarı Уз-nİn əyri bitişmiş sınığı, orta aşağı Уз- nin kobud döyənəklə bitişmiş ikiqat sınığı, sol incik sümüyünün aşağı Уз-nin əyri bitişmiş sınığı, alt çənənin mental hissəsinin oynaq çıxıntılarının qəlpəli yerdəyişmiş sınığı, hər İki əng sümüyünün bitişmiş sınığı, qapalı kəlləbeyin travması, hər İki baldırın kobud kelloid dartıcı çapıqları” diaqnozu nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının hər-hansı bir meyarlarını aid etmək mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, istər iddiaçının əlilliyin qiymətləndirilməsi zamanı, istərsə də hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması ona əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün əsasdır. İş materiallarında iddiaçının eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə, üçuçilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. İddiaçının son 1 il ərzində yalnız xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək stasionar müalicədə olması və xx.xx.2021-ci il tarixdə müayinədə olması müəyyən edilmişdir ki, bu qeyd edilən tələblərə cavab vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədən görünür ki, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Əsasnamənin 1.4-cü bəndinə əasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur (1.5) Əsasnamənin 2.1-2.5-ci bəndlərində əlilliyin təyin olunması üçün meyarlar sadalanmışdır. Lakin iddiaçıda müəyyən edilən diaqnoz əlilliyin təyin olunması üçün nəzərdə tutulmuş meyarlar arasında nəzərdə tutulmamışdır. Azəfrbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliin qiymətlənidirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinı göndərişlərin verilməsi Qaydası”nın 1.-ci bəndinə görə göndərişin verilməsi üçün əsas aşağıdakılardan ibarətdir ... 1.5.1 şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyat pozuntularının olması. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə də iddiaçıya təyin olunmuş diaqnozun əlillik dərəcəsinin təyin edilməsi üçün əsas vermədiyi öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1133/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1133/2022
05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver