Məhkəmə qərarları › İş №2-1(118)-1134/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1134/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1134/2021 29.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Laçın rayon Polis Şöbəsində polis əməkdaşı olaraq xidmət edərkən, müharibə zonası olan döyüş bölgələrinə ezam olunmuş və dəfələrlə döyüş əməliyyatlarında iştirak etmişdir. 01 mart 1992-ci il tarixdən 3 İ yanvar 1993-cü il tarixə kimi cavabdeh DİN-nin Laçın RPŞ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət etmiş və həmin dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir (əsas 6/807 nömrəli. 24.12.2008-ci il tarixli arayış). 2020-ci ildə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Arxiv İdarəsinə sözügedən aravışm əslini və digər müvafiq sənədlərimi təqdim edərək müharibə veteranı və vəsiqəsi ilə təmin edilməyimi xahiş etmişəm, lakin müsbət nəticə, bəzi ondan asılı olmayan-yalnız cavabdeh DİN-nə aid anlaşılmazlıqlarla əlaqədar olaraq, əldə edilməmiş, arayışın əsli ilə digər sənədlər isə Arxiv İdarəsində qalmış, onun hazırda olduğu yer isə hələ ki, müəyyən edilməmişdir. Hazırda surətini iddia ərizəsinə qoşma olaraq əlavə etdiyi, cavabdeh DİN-nin Laçın RPŞ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət etdiyi dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi barədə Laçın RPŞ-nin 6/807 nömrəli. 24.12.2008-ci il tarixli arayışının təsdiq edilmiş surətinin və ya yeni arayışın əldə edilməsi məqsədilə cavabdeh DİN-nin Laçm RPŞ-nə mənim növbəti (onun 27.02.2021-ci il tarixli), qarşı tərəfin 10.03.2021 -ci il tarixdə əldə etdiyi ərizə ilə müraciət etmişdir. Cavabdeh DİN-nin Laçın RPŞ isə ərizəsinə 29.03.2021 -ci il tarixli. 152-968 - 1221 saylı məktubla səthi “cavab” göndərərək, xahişini yerinə yetirməmiş, dolayısı ilə həmin faktı təsdiqləməkdən boyun qaçırmışdır. Bundan sonra, həmin arayışın surəti və digər zəruri sənədlərlə birgə, müharibə veteranı adı və vəsiqəsinin əldə edilməsi məqsədilə, cavabdehə ərizə ilə müraciət etmiş, lakin həmin arayışda döyüş əməliyyatlarında iştirak etməyi çox aydın şəkildə qeyd edildiyinə baxmayaraq, cavabdeh tərəfindən ona əsassız və qanunsuz olaraq 25.03.2021 -ci il tarixli, 024-19041Q-3221 saylı, qoşma kimi göndərdiyim sənədlər geri qaytarılmadan, imtina məktubu göndərilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı münasibət bildirməmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə şifahi etiraz edərək bildirmişdir ki, təmsil etdiyi qurum tərəfindən müvafiq araşdırmaların aparılmasına baxmayaraq, iddiaçının döyüş əməliyyatlarına cəlb edilməsi haqqında hər hansı bir əmrə rast gəlinməmişdir. Qeyd olunanlara əsasən təmsil etdiyi qurum tərəfindən iddiaçının tələbinin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin 25.03.2021-ci il tarixli imtina məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyət İş İdarəsinin 02.06.2021-ci il tarixli məktubu, Laçın rayon Polis şöbəsinin 29 mart 2021-ci il tarixli 152-968-1221 saylı məktubu, 24.12.2008-ci il tarixli, 6/807 nömrəli arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə DİN-nin arxivində saxlanılan 1990-1993-cü illəri üzrə əmrlərdə İddiaçı döyüş bölgəsinə ezam olunması barədə əmr mövcud deyil. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı DİN-nin Laçın rayon şöbəsində polis nəfəri kimi işləmişdir. İş materiallarında olan Laçın rayon Polis şöbəsinin 24.12.2008-ci il tarixli, 6/807 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı 01.03.1992-ci ildən 31.01.1993-cü ilədək Laçın rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə döyüş əməliyyatlarında iştirak etmişdir. Ona görə də iddiaçı müharibə veteranı adının verilməsi üçün DİN-nə müraciət etmiş və tələbinin təmin edilməsindən imtina olunması səbəbindən məhkəmədə hazırki iddia tələbini qaldırmışdır. Məhkəmə İddiaçı DİN-nin əməkdaşı olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Laçın rayonunda gedən döyüşlərdə iştirak edib-etməməsi ilə bağlı DİNnə müvafiq sorğu göndərmiş, lakin iddiaçının X2 və ya buna səlahiyyətli olan rəis heyyətinin müvafiq əmri əsasında döyüş bölgəsinə cəlb edilməsi barədə hər hansı bir dəlili əldə etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin 02.06.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29.01.2019-cu il tarixli 012-2601-1219 nömrəli məktubunda İddiaçı barəsində şəxsi İşin DİN-in arxivinə təhvil verilməməsi bildirilmiş, eyni zamanda, Laçın RPŞ-dən təqdim olunmuş 08.02.2019-cu il tarixli 152-588- 1219 nömrəli məktubda İddiaçı barəsində həmin Rayon Polis Şöbəsində heç bir rəsmi məlumat müəyyən edilmədiyi göstərilmişdir. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməməsi qanuni hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar