Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1136/2022 05.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi və Baş Dövlət Yol Polis İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X3rşı “iddiaçının sahibliyində olan 10KL339 dövlət qeydiyyat nişanlı Mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı ona təyin edilmiş cərimə qərarlarının qanunsuz sayılması barədə Abşeron rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarına və Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyul 2021-ci il tarixli yekun qərarına uyğun olaraq, cavabdehin üzərinə həmin məlumatların uyğun informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi öhdəliyinin qoyulması, cavabdehin davamlı və kütləvi xarakter alan qanunsuz hərəkətləri nəticəsində ona vurulan mənəvi ziyanın əvəzi kimi cavabdehlərdən onun xeyrinə 10.000 manat kompensasiyanın tutulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 14.02.2022-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək aşağıdakıların təmin edilməsini məhkəmədən xahiş etmişdir: 1.sahibliyində olan 10KL339 dövlət qeydiyyat nişanlı Mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı ona təyin edilmiş cərimə qərarlarının qanunsuz sayılması barədə Abşeron rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarına və Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyul 2021-ci il tarixli yekun qərarına uyğun olaraq, cavabdehin üzərinə həmin məlumatların uyğun informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi öhdəliyinin qoyulması. 2 Cavabdehin davamlı və kütləvi xarakter alan qanunsuz hərəkətləri nəticəsində ona vurulan mənəvi ziyanın əvəzi kimi ondan xeyrinə 10.000 manat kompensasiya tutulması xahiş edilmişdir. 15 mart 2022-ci ildə məhkəməyə poçt vasitəsi ilə iddiaçı tərəfindən iddia tələbinə əlavə verilmişdir. Həmin əlavəyə əsasən ilkin iddia tələbinə həmçinin aşağıdakı məzmunda əlavə verilmişdir: 1. Baş Dövlət Yol Polis İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X6 ** KL *** dövlət qeydiyyat nişanlı Mersedes markalı minik avtomobilinin özgəninkiləşdirməkdən imtinasının qanunsuz hesab edilməsi. 2.Cavabdehin üzərinə qeyd olunan avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı qanunda nəzərədə tutulan prosedurların həyata keçirilməsi öhdəliyinin qoyulması xahiş edilmişdir. Məhkəmədə iddiaçı ikinci verilmiş əlavəsini onunla əsaslandırmışdır ki, sahibliyində olan nəqliyyat vasitəsinə yazılmış cərimələr informasiya sistemindən silinmədiyinə görə nəqliyyat vasitəsinin özgəninkiləşdirmək mümkün olmur. Hesab edir ki, hazırkı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair yaranmış məhdudlaşdırmanın kökündə sistemdən silinməyən cərimələr durur. Ona görə də ilkin tələbdən əlavə hazırkı tələbi irəli sürmüşdür. 15 mart 2022-ci ildə keçirilən məhkəmə iclasında iddiaçı iddia tələbinə yeni bir dəqiqləşdirmə ərizəsi vermiş və sonuncu tələbi aşağıdakılardan ibarət olmuşdur: 1) Sahibliyində olan 10KL339 dövlət qeydiyyat nişanlı Mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı ona təyin edilmiş cərimə qərarlarının qanunsuz sayılması barədə Avşeron rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarına və Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyul 2021-ci il tarixli yekun qərarına uyğun olaraq, cavabdehin üzərinə həmin məlumatların uyğun informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi öhdəliyinin qoyulması, 2) Cavabdehin davamlı və kütləvi xarakter alan qanunsuz hərəkətləri nəticəsində ona vurulan mənəvi ziyanın əvəzi kimi ondan xeyrinə 10.000 manat kompensasiya tutulması, 3) Baş Dövlət Yol Polis İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X5 ** KL *** dövlət qeydiyyat nişanlı Mersedes markalı minik avtomobilinin özgəninkiləşdirməkdən imtinasının qanunsuz hesab edilməsi, 4) Cavabdehin üzərinə qeyd olunan avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı qanunda nəzərədə tutulan prosedurların həyata keçirilməsi öhdəliyinin qoyulması . Bundan başqa iddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarının Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən lazımi qaydada icra edilməməsini və onlara qarşı 5.000 manat mənəvi ziyanla bağlı pretenziya məktubunun göndərilməsini bildirərək, hazır kı iddia tələbi üzrə həmçinin Abşeron rayon İcra və Probasiya şöbəsinin birgə cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. 27 aprel 2022-ci ildə iddiaçı iddia tələbinə dəyişiklik edilməsi barədə ərizə təqdim edərək, 1) BDYPİ-nin ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin 2018-ci ildə texniki baxışdan keçirilməməsi ilə bağlı pozuntuya görə təyin etdiyi inzibati cərimə qərar və protokollarının qanunsuz sayılması və iş üzrə icraata xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2019-cu il tarixli və Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarlarına uyğun olaraq, BDYPİ-nin həmin pozuntu ilə bağlı inzibati tənbeh haqqında elektron protokolları barədə bütün məlumatların qurumun informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi öhdəliyinin qoyulmasını, 2) cavabdehlərin üzərinə ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin 2018-ci ildə texniki baxışdan keçirilməməsi ilə bağlı pozuntuya görə təyin olunmuş cərimələrin mövcudluğunu əsas göstərməklə həmin avtomobili texniki baxışdan keçirməkdən imtinadan çəkinmək öhdəliyi qoyulmasını, 3) 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X6 üzərinə ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin özgəninkiləşdirilməsi məqsədilə onu müayinədən keçirməkdən imtina qanunsuz sayılması və avtomobili müayinədən keçirmək öhdəliyi qoyulmasını 4) Cavabdehlərin davamlı və kütləvi xarakter alan qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulan mənəvi ziyanın əvəzi kimi onlardan xeyrinə müştərək qaydada 10.000 (on min) AZN kompensasiya tutulması barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtomobilin vaxtında texniki baxışdan keçirilməməsi ilə bağlı BDYPİ-nin təyin etdiyi inzibati tənbeh qərarlarının (protokollarının) qanunsuzluğu ilə bağlı dörd ilə yaxın davam edən məhkəmə mübahisələrinin tərkib hissəsidir: BDYPİ 2018-ci ildə baş vermiş bir inzibati xətaya (avtomobilin texniki baxışdan vaxtında keçirilməməsinə görə) görə, İXM-in tələblərini kobud şəkildə pozmaqla ona çox sayda inzibati cərimə protokolu (qərarı) yazıb. Pozuntular aşağıdakılarda ifadə olunub: İXM-in 60.1-ci maddəsinin tələbinə zidd olaraq, bildiriş vasitəsilə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyib, işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün məlumatlandırmayıb (çağırmayıb); İXM-in 60.3-cü maddəsinin tələbinə zidd olaraq, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısına müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış bildiriş göndərməyib; 122.1-ci maddəsinin tələbinə zidd olaraq, İXM-in 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddəsində nəzərdə və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xəta ilə bağlı elektron sənəd şəklində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməyib; 125.2.1-ci maddəsinin tələbinə zidd olaraq, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərməyib; 125.2.2-ci maddəsinin tələbinə zidd olaraq, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, İXM-in hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərməyib; İXM-in 125.3-cü maddəsinin tələbinə zidd olaraq, nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol vəya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1-125.2.3cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməyib; müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının X1 göndərilməyib; SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilməyib və onun elektron ünvanına (olduğu halda) göndərilməyib; İXM-in 125.2.3-cü maddəsinin tələbinə zidd olaraq, inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilməyib; İXM-in 125.4-cü maddəsinin tələbinə zidd olaraq, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilməyib; İXM-in 38.6-ci maddəsinə əsasən, İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-in 53.0.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 125.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. Sumqayıt Şəhər Məhkəməsi 25 aprel 2019-cu il tarixli qərarı ilə BDYPİ-nin kobud qanun pozuntuları ilə təyin etdiyi aşağıdakı qərarları və elektron protokolları ləğv edib və inzibati xəta haqqında iş üzrə icraata xitam verib: 12 yanvar 2019-cu il tarixli, 016- 133487Q saylı qərarı o cümlədən, 27 oktyabr 2018-ci il tarixli, EQ 095595 saylı inzibati cərimə protokolunu; 12 noyabr 2018-ci il tarixdə EQ 241279 saylı inzibati cərimə protokolunu. Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarından şikayət verilməyib, o, qanuni qüvvəyə minib. Həmçinin, Abşeron Rayon Məhkəməsi 26 aprel 2021-ci il tarixli qərarı ilə BDYPİ-nin kobud qanun pozuntuları ilə təyin etdiyi aşağıdakı qərarları və elektron protokolları ləğv edib və inzibati xəta haqqında iş üzrə icraata xitam verib: 05 sentyabr 2019-cu il tarixli, N 016-17373Q saylı qərarı, 13 sentyabr 2019-cu il tarixli, N 016-77406Ə saylı qərarı, o cümlədən 05 aprel 2019-cu il tarixli, EQ 965906 saylı inzibati cərimə protokolunu; 12 may 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolunu; 15 iyun 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolunu; 07 iyul 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolunu; 17 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolunu; 08 sentyabr 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolunu; EQ ******* saylı inzibati cərimə protokolunu (BDYPİ həmin protokolla bağlı ərizəçiyə və məhkəməyə hər hansı sənəd təqdim etmədiyi üçün tarix qeyd edilməyib). Məhkəmə gəldiyi nəticəni qərarında aşağıdakı kimi əsaslandırıb: "...Məhkəmədə müəyyən edilmişdir ki, şikayətçi İddiaçı mübahisələndirdiyi Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polis idarəsi tərəfindən ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı BDYPİ-nin 05 sentyabr 2019-cu il tarixli, N 016-17373Q saylı və 13 sentyabr 2019-cu il tarixli, N 016- 77406Ə saylı qərarlarını, o cümlədən BDYPİ-nin 05 aprel 2019-cu il tarixli, EQ 965906 saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 12 may 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 15 iyun 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 07 iyul 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ- nin 17 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 08 sentyabr 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin EQ ******* saylı inzibati cərimə protokolu qanunla müəyyən edilmiş müddətdə yəni SMS formasında dərhal, kağız formasında isə 2 gün ərzində şikayətçinin ünvanına göndərilməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polis idarəsi tərəfindən şikayətçi barəsində mübahisələndirilən protokollara baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmişdir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt SMS formasında dərhal, kağız formasında isə 2 gün ərzində inzibati xəta törədən şəxsin ünvanına göndərilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Hazırkı işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılmasına hər hansı zərurət olmamışdır. Məhkəmədə İddiaçı göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokollar əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir...". Həmçinin, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarından BDYPİ-nin verdiyi şikayəti isə Sumqayıt Apellyasiya Məhkəməsi 16 iyul 2021-ci il tarixli qərarı ilə rədd edib (və qərar qanuni qüvvəyə minib). Məhkəmə gəldiyi nəticəni qərarında aşağıdakı kimi əsaslandırıb: "...Abşeron rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin Vİİİ bəndinə əsasən nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir və saz nəqliyyat vasitəsinə texniki baxış talonu verir. Həmin maddənin X bəndinə əsasən, nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən bu Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən təminatlı texniki-təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. işin müəyyən olunmuş hallarına yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan normaları baxımından yanaşılsa belə nəticəyə gəlməyə əsas olar ki (barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən) hazırkı iş üzrə cərimə qərarı qanuni qüvvəyə minməmiş yəni ərizəçi tərəfindən mübahisələndirilərək müvafiq məhkəmənin qərarları ilə ləğv olunmasına nail olunmuşdur. Ləğv olunmuş bir qərar üzrə hər hansı bir cərimənin ödənilməsinin tələb olunması və ödənilmədiyi halda nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsindən imtina olunması qanuni hesab oluna bilməz. .......Apellyasiya instansiya məhkəməsi inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş sübutları bir daha təhlil edib, inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 idarəsinin rəis müavini Elşən Kazımovun şikayəti üzrə apelyasiya instansiyası məhkəməsində aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 3(012)-335/2021 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsinə əsas yoxdur, birinci instansiya məhkəməsi İddiaçı əməlində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmaması əsası ilə iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir..." Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından sonra həmin inzibati işə xitam verilməli, həmin xəta ilə bağlı təyin olunmuş bütün cərimə protokolları ləğv olunmalı və BDYPİ-nin informasiya sistemindən silinməli idi. Lakin BDYPİ özbaşınalığı davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasından imtina edib. Belə ki, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarının qüvvəyə minməsindən sonra iddiaçı bir neçə dəfə avtomobili texniki baxışdan keçirmək məqsədilə 1 saylı Rayonlararası Qeydiyyat-imtahan və X8 müraciət etmiş, amma orada hər dəfə ona bildirilib ki, avtomobilin vaxtında texniki baxışdan keçirməməsi ilə bağlı sistemdə adına çox sayda inzibati cərimə protokolu qalmaqda davam etdiyi üçün bu, mümkün deyil. 7 dekabr 2021-ci il və 13 yanvar 2022-ci il tarixlərdə BDYPİ-yə yazılı ərizə ilə müraciət edərək hansı səbəbdən bu dövlət orqanının məhkəmə qərarının icrasından doğan vəzifələrini icra etmədiyi və cərimə barədə məlumatların sistemdən silmədiyi barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Nəhayət, 18 fevral 2022-ci ildə onun şəxsi emailinə BDYPİ-nin rəsmi email ünvanından (dyp.gov.az) BDYPİ-nin rəis müavini Kamran Əliyevin imzası ilə 9 fevral 2022-ci il tarixli (016-62092-4222) məktubla bildirilib ki, "müxtəlif tarixlərdə "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulan inzibati xətalara yol verilməsi faktları üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin Baş Dövlət Yol Polis idarəsinin X1 ötürülmüş məlumatları əsasında barənizdə EQ 3134545, EQ 2985119, EQ 2634666, EQ ******* və EQ ******* saylı inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmış və qanuni qüvvəyə minmiş, lakin tərəfinizdən bugünədək icra edilməmişdir. Siz Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin Vİİİ hissəsinin tələblərinə uyğun olaraq, həmin qərarlar əsasında tətbiq edilmiş cərimələri ödəməklə "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirə bilərsiniz." BDYPİ yenə də qanunvericiliyin şikayət və müraciətlərə baxılması və bu barədə məlumatlandırma ilə bağlı müəyyən etdiyi müddətləri kobud şəkildə pozub: şikayətilə bağlı qərar 70 gündən çox müddət keçdikdən sonra elektron poçtla ona göndərilib. BDYPİ-nin 18 fevral 2022-ci ildə ona təqdim etdiyi 9 fevral 2022-ci il tarixli (016-62092-4222) tarixli məktubu aldıqdan sonra növbəti gün - 19 fevral 2022-ci ildə həmin qərardan BDYPİ-yə aşağıdakı tələblərlə növbəti şikayət ünvanlamışam: "1. Abşeron Rayon Məhkəməsi də 26 aprel 2021-ci il tarixli qərarını icrasından doğan öhdəliklər çərçivəsində EQ 3134545, EQ 2985119, EQ 2634666, EQ ******* və EQ ******* saylı inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərarlarının qüvvədən düşməsi barədə qərar qəbul edəsiniz. Yuxarıda qeyd olunan inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərarlarla bağlı BDYPİ-nin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparasınız. "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışdan keçirilməsi barədə göstəriş verəsiniz. Qanunsuzluq və özbaşınalığı davam etdirmək fikrinə düşərək tələblərini təmin etməkdən imtina etsəniz, BDYPİ-nin 9 fevral 2022-ci il tarixli (016-62092-4222) məktubunda göstərilən EQ 3134545, EQ 2985119, EQ 2634666, EQ ******* və EQ ******* saylı inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərarların hər biri barədə qanunda nəzərdə tutulmuş tələblərə uyğun olaraq aşağıdakı məlumatları təqdim etməyiniz xahiş olunur: həmin qərarlar İXM-in hansı maddələrinin pozuntusu ilə bağlı olub? həmin qərarlarla bağlı məlumatlar nə vaxt BDYPİ-nin uyğun informasiya sisteminə yerləşdirilib? həmin qərarlarla bağlı məlumat nə vaxt ərizəçinin mobil telefonuna göndərilib? həmin qərarlar nə vaxt kağız formasında müvafiq poçt idarəsinə təqdim edilib, nə vaxt ünvanına çatdırılıb və bu barədə məlumatlar nə vaxt BDYPİ-nin müvafiq informasiya sisteminə yerləşdirilib? Bu barədə yazılı məlumatla yanaşı, hər bir sualın cavabı ilə bağlı təsdiqləyici sənədlərin (o cümlədən, EQ 3134545, EQ 2985119, EQ 2634666, EQ ******* və EQ ******* saylı qərarların surətlərini (o cümlədən kağız variantlarını) təqdim etməyiniz (email ünvanıma göndərə də bilərsiniz, poçtla da) xahiş olunur." BDYPİ İXM-in tələblərini pozaraq qanunla müəyyən olunmuş müddətdə şikayətinə baxıb qərar qəbul etməyib. BDYPİ-nin 9 fevral 2022-ci il tarixli məktubunda qeyd etdiyi və mənə təqdim etmədiyi elektron protokollar barədə ASAN Xidmətdəm mobil telefonuna müxtəlif vaxtlarda aşağıdakı məzmunda informasiya daxil olub; belə ki: 21 oktyabr 2019cu il tarixdə mobilinə daxıi olan məlumatda bildirilib ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə 21.10.2019-cu il tarixdən icranın qüvvəyə mindiyi bildirilir; SMS mesajda başqa məlumatlar göstərilməyib (sənəd 21 oktyabr 2019-cu ildə qəbul edilib və məlumat da qəbul edildiyi gün göndərilib); 11 dekabr 2019-cu ildə gələn mesajda həmin protokolun 09.12.2019-cu ildə qüvvəyə mindiyi bildirilir; 31 oktyabr 2019-cu il tarixdə mobilimə daxil olan məlumatda məlumatda bildirilib ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə 31.10.2019-cu il tarixdən icranın qüvvəyə mindiyi bildirilir; SMS mesajda başqa məlumatlar göstərilməyib (bu adda ünvanıma hər hansı sənəd daxil olmayıb); 21 dekabr 2019-cu ildə gələn mesajda həmin protokolun 19.12.2019-cu ildə qüvvəyə mindiyi bildirilir; 25 noyabr 2019-cu il tarixdə mobilimə daxil olan məlumatda məlumatda bildirilib ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə 25.11.2019-cu il tarixdən icranın qüvvəyə mindiyi bildirilir; SMS mesajda başqa məlumatlar göstərilməyib (bu adda ünvanıma hər hansı sənəd daxil olmayıb); 15 yanvar 2019-cu ildə gələn mesajda həmin protokolun 13 yanvar 2019-cu ildə qüvvəyə mindiyi bildirilir; dekabr 2019-cu il tarixdə mobilimə daxil olan məlumatda məlumatda bildirilib ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə 09.12.2019-cu il tarixdən icranın qüvvəyə mindiyi bildirilir (SMS mesajda başqa məlumatlar göstərilməyib); 21 oktyabr 2019-cu ildə gələn mesajda həmin protokolun 21 oktyabr 2019-cu ildə qüvvəyə mindiyi bildirilir; 21 dekabr 2019-cu il tarixdə mobilimə daxil olan məlumatda məlumatda bildirilib ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə 19.12.2019-cu il tarixdən icranın qüvvəyə mindiyi bildirilir (SMS mesajda başqa məlumatlar göstərilməyib və bu adda ünvanıma hər hansı sənəd daxil olmayıb); 31 oktyabr 2019-cu ildə gələn mesajda həmin protokolun 31.10.2019-cu ildə qüvvəyə mindiyi bildirilir; 15 yanvar 2020-ci il tarixdə mobilimə daxil olan məlumatda məlumatda bildirilib ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə 13.01.2020-ci il tarixdən dəbbə hesablanmağa başlandığı bildirilir (SMS mesajda başqa məlumatlar göstərilməyib); 25 noyabr 2019-cu ildə gələn mesajda həmin protokolun 25 noyabr 2019-cu ildə qüvvəyə mindiyi bildirilir; 19 yanvar 2020-ci il tarixdə mobilimə daxil olan məlumatda məlumatda bildirilib ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə 13.01.2020-ci il tarixdən icra qərarının qüvvəyə mindiyi bildirilir; SMS mesajda başqa məlumatlar göstərilməyib; fevral 2020-ci il tarixdə mobilimə daxil olan məlumatda məlumatda bildirilib ki: EQ ******* saylı protokol (protokolun tarixi qeyd edilməyib) üzrə 12.02.2020-ci il tarixdən icra qərarının qüvvəyə mindiyi bildirilir; SMS mesajda başqa məlumatlar göstərilməyib. Göründüyü kimi, pozuntu barədə SMS mesajlar barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsə qanunvericiliyin müddətlə və digər prosedurlarla (o cümlədən məlumatların tamlığı - inzibati xəta barədə protokolun tarixi, inzibati xətanın nə ilə bağlı olması, istinad olunan qanun norması və s.) bağlı tələblərinin kobud şəkildə pozulması yolu ilə çatdırılıb. Sonradan bu sənədlərdən 4-ü (EQ 3134545, EQ 2985119, EQ ******* və EQ ******* saylı) avtomobilin texniki baxışdan keçirilməməsi, biri isə (EQ ******* saylı) yol nişanının tələblərinin pozulması ilə bağlıdır. Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonra istifadəsində olan elə həmin avtomobilin (** KL ***) öz adına keçirilməsi məqsədilə iki dəfə BDYPİ-nin 1 saylı Rayonlararası Qeydiyyat-imtahan və X2muş, hər iki dəfə ona bildirilib ki, qeyd olunan avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı BDYPİ-nin ona təyin etdiyi inzibati cərimə protokolları (qərarları) barədə məlumatlar həmin qurumun uyğun informasiya sistemindən silinmədiyi və bu səbəbdən avtomobili texniki baxışdan keçirmək mümkünsüz olduğu üçün, qeyd olunan avtomobilin adına keçirilməsi mümkün deyil. Belə ki, 1 saylı Rayonlararası Qeydiyyatimtahan və X6 avtomobili özgəninkiləşdirilməsindən imtina cavabını aldıqdan sonra 1 saylı Rayonlararası Qeydiyyat-imtahan və X6 minik avtomobilinin addan-ada keçirilməsindən (özgəninkiləşdirilməsindən) qanunsuz əsaslarla imtinasından 10 mart 2022-ci il tarixdə BDYPİ-yə şikayət vermişdir. Şikayətdə aşağıdakı tələblər irəli sürülüb: 1 saylı Rayonlararası Qeydiyyat-imtahan və X6 əməkdaşlarının qanunsuz hərəkətlərinə son qoyulması və avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı qanunda nəzərdə tutulan prosedurların həyata keçirilməsi üçün göstəriş verilsin, 1 saylı Rayonlararası Qeydiyyatimtahan və X6 avtomobilin özgəninkiləşdirilməsindən imtinasını qanuni hesab etdiyiniz halda, həmin qərarı məhkəmədə mübahisələndirmək hüququmu relallaşdıra bilmək üçün qanunda nəzərdə tutulmuş qaydada və müddətdə əsaslandırılmış yazılı cavab verilsin. 22 fevral 2022-ci ildə Abşeron Rayon icra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarının Baş X10 idarəsi tərəfindən tam icrasının təmin olunması ilə bağlı qanunvericilikdə üzərinizə qoyulan öhdəliklərdən doğan tədbirləri görülməsini xahiş etmiş, 14 mart 2022-ci ildə təkrar olaraq Abşeron Rayon icra və Probasiya Şöbəsinə müraciət edərək, bu qurum tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin olunması üçün icra haqqında Qanunla üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməməsi nəticəsində mənə vurulan mənəvi ziyanın əvəzi kimi 5.000 AZN kompensasiya ödənilməsini tələb etmişəm. Həmin qurumun məhkəməyə və mənə təqdim etdiyi məktubda bildirilib ki, BDYPİ Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarında göstərilən inzibati cərimə protokolları (qərarları) barədə məlumatları informasiya sistemindən silib. Məhkəmənin 19 aprel 2022-ci il tarixli iclasında BDYPİ nəhayət iddia ərizəsilə bağlı yazılı etirazını və mübahisəyə səbəb olan inzibati protokolların surətlərini məhkəməyə təqdim edib.BDYPİ iddia tələblərini qəbul etməyib, onların mümkünsüz olduğuna görə rədd edilməsini xahiş edib. Bundan başqa: BDYPİ inzibati cərimə protokollarının surətlərini təqdim etsə də onlarla bağlı tələb olunan digər sübutları (onların mesajla və kağız formasında iddiaçıya çatdırılması, bu barədə məlumatların X1 yerləşdirilməsi, inzibati icraat barədə ərizənin məlumatlandırılması və s.) yenə də məhkəməyə təqdim etməyib; BDYPİ-nin məhkəməyə təqdim etdiyi inzibati xəta tənbehi barədə elektron protokollar arasında 9 fevral 2022-ci il tarixli məktubunda adı çəkilməyən və informasiya sisteminə salınmayan daha bir sənəd - EQ ******* saylı, 18 oktyabr 2021-ci il tarixli protokol da var. Məhkəmə prosesi zamanı məhkəmənin yardım vəzifəsi çərçivəsində aparılan müzakirələr, həmçinin BDYPİ-nin və digər dövlət qurumlarının təqdim etdiyi və onda olmayan sənədlərlə tanışlıqdan sonra 8 fevral 2022-ci il tarixli iddia ərizəsində və iddia ərizəsinə 14 mart 2022-ci il tarixli əlavədə (Dövlət orqanının qanunsuz hərəkətləri nəticəsində vurulanmaddi və mənəvi zərərin ödənilməsi və Öhdəliyin icra olunması və barədə) göstərilən iddia tələbləri ilə bağlı, o cümlədən iş üzrə cavabdehlərin və üçüncü şəxslərin tərkibində dəyişikliklərə və dəqiqləşdirməyə ehtiyac olduğu qənaətindəyəm. Onları məhkəmənin diqqətinə təqdim edirəm. Həmçinin, öncəki iddia ərizəsində və ona əlavə edilən sənədlərdə bu iş üzrə əlavələrdə cavabdehlərin (BDYPİ və Abşeron Rayon icra və Probasiya Şöbəsi) və üçüncü şəxslər (1 saylı Rayonlararası Qeydiyyat-imtahan və X9 və ASAN Xidməti) qismində qeyd etdiyi qurumlarla bağlı aşağıdakı dəyişiklikləri məhkəmənin müzakirəsinə təqdim edirəm: 1 saylı Rayonlararası Qeydiyyat-imtahan və X6 maşının adına ödənilməmiş cərimələrin olması əsası ilə avtomobili özgəninkiləşdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan prosedurları icra etməkdən imtinasının qanunsuzluğunu 8 fevral 2002-ci il tarixli iddia ərizəsində və 14 mart 2014-cü il tarixli həmin ərizəyə əlavədə ətraflı əsaslandırmışdır. BDYPİ məhkəmə qərarları ilə qanunsuzluğu tanınmış inzibati cərimələrin qurumun informasiya sistemindən vaxtında silinməməsinə, eyni qanunsuz əsaslarla təyin olunmuş və iş üzrə icraata xitam verilməsinə baxmayaraq beş qanunsuz inzibati tənbeh barədə qərarı (protokol) barədə məlumatı sistemdən silməkdən imtina etdiyinə görə məsuliyyət daşıdığı halda, 1 saylı Rayonlararası Qeydiyyat- imtahan və X4 bu quruma sorğuna cavab verməkdən imtina etdiyinə, avtomobilinin özəlləşdirilməsi ilə vacib olan, bu qurumun səlahiyyətinə aid edilən və avtomobilin nə texniki baxışdan keçirilməsi (o cümlədən həmin avtomobillə bağlı BDYPİ-nin informasiya sistemində ödənilməmiş cərimələrlə), nə də dövlət qeydiyyatına alınması bağlılığı olan - avtomobilin müayinədən keçirilməsi barədə müraciəti qanunsuz olaraq icra etməkdən və bu barədə ona rəsmi cavab verilməsi barədə sorğuna cavab verməkdən imtina etdiyinə görə birgə cavabdeh kimi prosesə cəlb olunmalıdır. Məhkəmə prosesinin gedişində əldə olunan məlumatlar və sənədlər nəticəsində Abşeron Rayon İcra və Probasiya Şöbəsinin birgə cavabdehlərin sırasından, ASAN Xidmətin üçüncü şəxslərin sırasından çıxarılması qənaətinə gəlmişdir. Ona görə də 1 saylı Rayonlararası Qeydiyyat-imtahan və X6 BDYPİ ilə birgə cavabdeh kimi prosesə cəlb edilməsi, Abşeron Rayon icra və Probasiya Şöbəsini birgə cavabdehlərin sırasından çıxarılması, ASAN Xidmətin üçüncü şəxslərin sırasından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, kompensasiya tələbi ilə bağlı tələblərini iddia ərizəsində ətraflı şəkildə əsaslandırmışdır. Məhkəmə prosesinin gedişində meydana gələn suallardan biri də bu cür işlərdə mənəvi ziyana görə kompensasiya tələbinin mümkünlüyü ilə bağlı idi. inzibati orqanların qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzi kimi ödənilən kompensasiyaya mənəvi ziyana görə ödənişin də daxil olduğu həm yerli məhkəmə, həm də Avropa insan Hüquqları Məhkəməsinin praktikasında təsbit olunub. Belə ki, Ali Məhkəmə 9 iyun 2021-ci il tarixli qərarında (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iş üzrə) bu məsələ ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoyub. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarlarına görə mənəvi zərər müəyyən edilərkən hər bir işin konkret halı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi "Koinq Almaniyaya qarşı" işdə ərizəçiyə "mənəvi narahatlıq yetirilməsinə", "Artiko İtaliyaya qarşı" işdə "tənhalıq və kimsəsizlik hisslərinə", "Younq, Cames və X3rşı" işdə "alçaldıcı və təhqiredici hərəkətlərə" görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. İddiaçının işi də yuxarıda bəhs etdiyi işlə oxşardır. Belə ki, istifadəsində olan avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı ona təyin olunan inzibati cərimə protokollarının (qərarlarının) qanunsuzluğu ayrı-ayrı vaxtlarda qaldırılmış iki şikayət əsasında Sumqayıt Şəhər Məhkəməsinin və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları səviyyəsində tanınıb, lakin BDYPİ qanunsuz olaraq onları uzun müddət icra etməkdən imtina edib, qanunusuz sayılan cərimə qərarları barədə məlumatı özünün informasiya sistemindən silməyib, 4 ilə yaxın müddətdə avtomobilini texniki baxışdan keçirməkdən imtina edib; avtomobilinin qanunsuz cərimələrlə yüklənməsi səbəbindən iddiaçı ondan normal yararlana bitməmiş (əsasən texniki baxış və BDYPİ-yə dəvət olunanda ondan istifadə etmişəm), onu öz adına rəsmiləşdirə (özgəninkiləşdirə) bilməmiş; qanunsuz inzibati cərimələri ödəməməyi əsası ilə məhkəmə yolu ilə 6 aylığa sürücülük hüququndan məhrum edilmiş (sonradan həmin qərar da ləğv edilib) və digər mərhumiyyətlər və çətinliklərlə üz- üzə qalmışdır; bu müddət ərzində dövlət qurumlarına saysız-hesabsız şikayət və ərizələrlə müraciət etmiş (onlar ya cavablandırılmayıb, ya da rədd edilib), 30-dan çox məhkəmə prosesinə qatılmaq məcburiyyətində qalmış, avtomobili texniki baxışdan keçirmək cəhdi ilə 10 dəfədən artıq texniki baxış şöbələrinə baş çəkmiş, çox sayda BDYPİ-də olmuşdur. Bütün bunlar onda ciddi mənəvi sarsıntılara səbəb olub və cavabdeh dövlət qurumu onu kompensasiya etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi 9 may 2019-cu ildə bu işlə bağlı ikinci kompensasiya ilə bağlı qərarını açıqlayıb. Həmin qərara əsasən, Məhkəmə hökumətin üzərinə ərizəçiyə sökülən mülkünə görə 50000 avro, mənəvi zərərə görə 3000 avro, hüquq məsrəflərinə görə 1900 avro təzminat ödəmək vəzifəsi qoyub. BDYPİ-nin bu hissədə iddia tələbinin mümkünsüz sayılaraq rədd edilməsi barədə tələbi qanunsuzdur, b. İddia növləri və iddia tələbləri ilə bağlı Bu işdə iddia tələblərindən biri cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməyə məcbur olunması ilə bağlı idi. Cavabdeh qanuni qüvvəyə minmiş birinci məhkəmə qərarını - Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarını onun qanuni qüvvəyə minməsindən 2 il 9 ay, ikinci qanuni qüvvəyə minmiş qərarını - Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021ci il tarixli qərarını isə təxminən 8 ay sonra icra edib. BDYPİ-yə 7 dekabr 2021-ci il tarixli pretenziya məktubu ilə müraciətindən sonra bu qurum məhkəmə qərarlarında adı keçən cərimələr barəsində məlumatları nəhayət sistemdən silsə də, hər iki qanuni qüvvəyə minmiş məhkəmə qərarı səviyyəsində iş üzrə icraata xitam verilməsinə baxmayaraq, digər qanunsuz cərimələri oradan silməkdən imtina edib. Bu qanunsuzluq bir tərəfə, BDYPİ inzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq həmin pozuntular barədə vətəndaşı məlumatlandırmadan və digər hüquqlarını təmin etmədən, keçmişdə baş vermiş yeni- yeni xətalar barədə məlumatları informasiya sisteminə əlavə edib, avtomobili texniki baxışdan keçirməkdən və onu özgəninkiləşdirməkdən (dövlət qeydiyyatından keçirməkdən) imtina etməklə 1) məhkəmə qərarlarının qüvvəsini heçə endirir, 2) vətəndaşı təkrar-təkrar həmin qanunsuz qərarları məhkəmə qaydasında mübahisələndirmək məcburiyyəti qarşısında qoyur. Halbuki İXM-in 38.6-ci maddəsi həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarın və onun əlavəsinin (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində nəqliyyat vasitəsinin istifadəçisinin internet informasiya resursunda yaradılan elektron kabinetində yerləşdirilmədiyi halda şəxsin inzibati məsuliyyətə cəlb olunmasını qadağan edir. BDYPİdə bu qanunsuzluq uzun illərdir ki praktika halını alıb və hər il minlərlə insan bu özbaşınalığın qurbanına çevrilir. BDYPİ-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsi ilə bağlı etirazı və digər rəsmi cavabları cavabdehin məhkəmə qərarları səviyyəsində tanınan bu qüsurlu praktikadan əl çəkmək niyyətində olmadığını bir daha təsdiqləyir. Deyilənləri təsdiqləyən daha bir sübut BDYPİ-nin məhkəmənin 19 aprel 2022-ci il tarixli iclasında məhkəməyə təqdim etdiyi inzibati xəta tənbehi barədə elektron protokollar arasında BDYPİ-nin informasiya sisteminə salınmayan və 9 fevral 2022-ci il tarixli məktubunda icra olunmayan cərimə protokolları arasında adı çəkilməyən daha bir sənədin - (EQ ******* saylı, 18 oktyabr 2021-ci il tarixli protokolun olmasıdır. Bu iş ətrafında baş verənlər (o cümlədən BDYPİ-nin ümumi fəaliyyəti) göstərir ki, cavadehin bu cür özbaşınalığının qarşısını təkcə öhdəliklərin icrası iddia növü qaydasında məhkəmə qərarının verilməsinə nail olmaqla aradan qaldırmaq çətin ola bilər. Həmin səbədən, hesab edir ki, bu formada inzibati məsuliyyət tədbirləri barədə məlumatların BDYPİ-nin uyğun informasiya sisteminə salınması və ondan qaynaqlanaraq avtomobillərin texniki baxışdan keçirilməsindən və özgəninkiləşdirilməsindən imtina praktikası məhkəmə qərarı səviyyəsində qanuna zidd sayılmalı və BDYPİ-nin üzərinə inzibati xətalar qanunvericiliyinin tələblərinin pozulması yolu ilə təyin olunmuş inzibati tənbeh tədbirləri barədə məlumatları informasiya sisteminə daxil etməkdən çəkinmək vəzifəsi (çəkinmə barədə iddia) qoyulmalıdır. Eyni zamanda BDYPİ-nin 3 ildən çox davam edən qanunsuz hərəkətləri nəticəsində məruz qaldığı mənəvi zərərə görə 10.000 manat kompensasiya ödənilməsi barədə qərar da qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı idarə etdiyi Mersedes- Benz minik markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif vaxtlarda yol hərəkəti qayda pozutusu etdiyinə görə xüsusi texniki vasitə ilə aşkar edilmiş və Azərbaycan Respublikası DİN BDYPİ-nin X1 inteqrasiya edilmişdir. Həmin elektron qərardan bir neçəsi Abşeron Rayon Məhkəməsinin qərarı ilə xitam verilmiş lakin bir neçəsi qüvvədə olduğundan qanunula müəyyən edilmiş qaydada avtomobilin texniki müayinədən keçirilməsi MİS-tərəfindən qəbul edilmir. İddiaçı oğiu iddia ərizəsində bildirir ki, onun barəsində elektron qərarlar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrinin tələbləri pozulmuşdur həmçinin qanunsuz olaraq avtomobilini texniki müayinədən keçirilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanununun 3.1-ci maddsəinə əsasən Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bu Qanun inzibati orqanların: cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə; inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 Ns li qərarında göstərilmişdir ki, İnzibati icraat haqqında Qanunun 3.2, 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Eyni zamanda birinci instansiya məhkəməsi icraatına daxil olan iddia ərizəsi üzrə ilk növbədə iddianın mümkünlüyünü yoxlamalıdır. Bunun üçün o iddia ərizəsinin İPM-nin 46-cı maddəsinə uyğun tərtib edildiyini araşdırmalı, mübahisələndirmə haqqında iddialarda İPM- in 32-ci, məcburetmə haqqında iddialarda İPM-in 33-cü, öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialarda İPM-in 34-cü, müəyyən etmə və ya tanınma haqqında iddialarda İPM-in 36cı, iddia müddətləri ilə bağlı İPM-in 38 və 39-cu maddələrinə riayət edilib-edilmədiyini müəyyən etməlidir. Bundan sonra həmin məhkəmə, iddianın qeyd edilən məcəllənin 35-ci maddəsinin tələbləri baxımından mümkünlüyünü yoxlamaqla və həmin məcəllənin 13, 46.3, 51-ci maddələrinin tələblərini də nəzərə almaqla iddianın mümkünlüyü ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 07.12.2021-ci il tarixli pretenziya məktubu, Baş Dövlət Yol Polis İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X8 ünvanladığı 17.01.2022-ci il tarixli sorğunun surəti, cavabdehin etiraz ərizəsi, Abşeron rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarın surəti, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarının surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan istifadə etdiyi avtomobilin texniki baxışdan keçirilməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi və Baş Dövlət Yol Polis İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X9 iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müvafiq İdarə və həmin idarənin nəzdində fəaliyyət göstərən ayrıca inzibati orqan funksiyasının həyata keçirən şöbəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan avtomobilə texniki baxışın keçirilməsi və nəqliyyat vasitəsini özgəninkiləşdirilməsi üçün müayinədən keçirilməsi səlahiyyəti BDYPİ və onun idarəsi olan 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X8 aiddir. Belə olduğu tədqirdə BDYPİ-nin və1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X6 hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı müvafiq orqanlara müraciət etmiş, lakin onun müraciətləri inzibati orqanlar tərəfindən cavablandırılmamışdır. Belə olan təqdirdə iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmış olur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qərarının icra edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsi məqsədini təmin etmək məqsədi ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilməsi, icra sənədi digər orqanlar tərəfindən verildikdə isə icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilməsi göstərilmişdir. Nəzər alınmalıdır ki, Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli plenum qərarı Mülki Prosessual Məcəllənin 228-231-ci maddələrini əhatə etmişdir. Yəni qeyd olunan Plenum qərarına əsasən məhkəmənin nəzarət mexanizmi yalnız mülki məhkəmə icraat çərçivəsində qəbul edilmiş məhkəmə qərarlarına şamil edilmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində digər Məcəllərdən fərqli olaraq (MPM 231-236, CPM 506-521-ci maddələr) hakim tərəfindən inzibati xəta ilə bağlı qəbul etdiyi qərarlara icra mexanizmi öz əksini tapmayıb. Lakin icra məmuru Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarının icrası ilə əlaqədar onun qanuni tələblərinin yerinə yetirilməməsinə görə və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə cavabdehi məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətindədir. Mövcud vəziyyətdə Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı artıq icra edildiyinə görə, yəni həmin qərarda göstərilmiş 9 inzibati xəta haqqında protokollar (qərarlar) informasiya sistemindən silindiyinə görə Abşeron rayon İcra və probasiya şöbəsinin icra tədbirlərinin həyata keçirib-keçirməməsi öz əhəmiyyətini itirmiş olur. İddiaçının tələbindən Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə xitam verilmiş inzibati işin davamı olaraq əsassız yerə yazılmış 5 inzibati xəta haqqında protokolu (EQ ******* saylı, 12 fevral 2020-ci il tarixli, EQ ******* saylı 19 yanvar 2020-ci il tarixli,EQ ******* saylı, 25 noyabr 2019-cu il tarixli,EQ ******* saylı, 21 oktyabr 2019-cu il tarixli, EQ ******* saylı, 18 oktyabr 2021-ci il tarixli) əsas gətirən inzibati orqan olan BDYPİnin hərəkətsizliyi ilə bağlı, yəni texniki baxışdan keçirilməsindən imtina ilə bağlı olan hissədə inzibati icraat çərçivəsində baxılması mümkündür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin Vİ-İ hissəsinin 4-cü bəndinə əsasən nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı dövlət rüsumunun, bu Qanunun 30-cu maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan inzibati cərimənin, yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi təmin edilməlidir. Həmin Qanunun 30-cu maddəsinin Vİİİ-ci hissəsinə əsasən nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının sahibliyində olan nəqliyyat vasitəsinin 2018-ci il üzrə texniki baxışdan keçirilməməsi ilə bağlı elektron qaydada tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə cərimələrin ödənilməməsi səbəbindən BDYPİ tərəfindən qeyd olunanan nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsindən imtina olunmuşdur. İddiaçı tərəfindən qeyd olunan inzibati xəta haqqında protokollar mübahisələndirilmiş və Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə 05 sentyabr 2019-cu il tarixli, N 016-17373Q saylı qərarı, 13 sentyabr 2019-cu il tarixli, N 016-77406Ə saylı qərarı, o cümlədən 05 aprel 2019-cu il tarixli, EQ 965906 saylı inzibati cərimə protokolu; 12 may 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu; 15 iyun 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu; 07 iyul 2019cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu; 17 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu; 08 sentyabr 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu; EQ ******* saylı inzibati cərimə protokolu ləğv edilərək inzibati inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərar qanuni qüvvəsini aldıqdan sonra icraaya yönəldilmişdir. Lakin nəqliyyat vasitəsinin 2018-ci ildə texniki baxışdan keçirilməməsi ilə bağlı açılmış inzibati xəta haqqında icraata Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarının qanun qüvvəsini almasına baxmayaraq, 2018-ci il üçün nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməməsi səbəbi ilə elektron qaydada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə 5 inzibati xəta haqqında protokolun, həmin Məcəllənin 327.1-ci maddəsi ilə 1 inzibati xəta haqqında protokolun tərtib edilməsi müəyyən edilmişdir. Halbuki, Abşeron Rayon məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə bağlı olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin 5 inzibati xəta haqqında protokoldan 4 inzibati xəta haqqında protokol ( EQ ******* saylı, 12 fevral 2020-ci il tarixli, EQ ******* saylı 19 yanvar 2020-ci il tarixli,EQ ******* saylı, 25 noyabr 2019-cu il tarixli,EQ ******* saylı, 21 oktyabr 2019-cu il tarixli) Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı qəbul edilənə qədər, 1 inzibati xəta haqqında protokol (EQ ******* saylı, 18 oktyabr 2021-ci il tarixli) isə həmin qərar qanuni qüvvəsi aldıqdan sonra tərtib edilmişdir. Hesab olunur ki, BDYPİ tərəfindən mübahisə predmeti olan 4 inzibati xəta haqqında protokol (EQ ******* saylı, 12 fevral 2020ci il tarixli, EQ ******* saylı 19 yanvar 2020-ci il tarixli,EQ ******* saylı, 25 noyabr 2019-cu il tarixli,EQ ******* saylı, 21 oktyabr 2019-cu il tarixli) barədə Abşeron Rayon Məhkəməsinə məlumat verilə bilərdi. İddia tələbinin 1-ci hissəsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, 2018-ci il üçün nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməməsi ilə bağlı İXM-nin 339.1-1-ci maddələri tərtib edilmiş və texniki baxışın həyata keçirilməməsi ilə bağlı açılmış inizbati iş üzrə icraata Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə xitam verildiyinə görə iddiaçının nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsindən imtina üçün heç bir əsas yoxdur. Yerdə qalan 1 inzibati xəta haqqında (EQ ******* saylı, 31 oktyabr 2019-ci il tarixli) protokol üzrə cərimə iddiaçı tərəfindən ödənildiyinə görə nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi üçün bütün məhdudiyyətlər aradan qaldırlmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının sahibliyində olan "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobili BDYPİ tərəfindən texniki baxışdan keçirilməlidir. İddia tələbinin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, ikinci tələbin birinci tələblə birbaşa əlaqəsi var. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsində nəqliyyat vasitəsinin 2018-ci il üzrə texniki baxışdan keçirilməməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolların mübahisələndirilməsi zamanı BDYPİ tərəfindən iddiaçı barəsində tərtib edilmiş əlavə 4 inzibati xəta haqqında protokollar ( EQ ******* saylı, 12 fevral 2020-ci il tarixli, EQ ******* saylı 19 yanvar 2020-ci il tarixli,EQ ******* saylı, 25 noyabr 2019-cu il tarixli,EQ ******* saylı, 21 oktyabr 2019-cu il tarixli) ilə bağlı məlumatın verilməməsi gələcəkdə bu cür hallarını yenidən təkrarlanmamasını istisna etmir. Ona görə də məhkəmə hesab edir ki, 2018-ci il üzrə olan "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobil BDYPİ tərəfindən texniki baxışdan keçirilməsindən imtina üçün gətirdiyi əlavə dəlillərdən çəkinməlidir. İddia tələbinin üçüncü hissəsini araşdıraraq məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin Vİİİ-ci hissəsinə əsasən dövlət qeydiyyatının aparılması və daimi uçota alınması üçün nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nasazlıq səbəbindən mümkün olmadıqda, nəqliyyat vasitəsinin sahibi ərizədə həmin səbəbi qeyd etməli və bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqan tərəfindən ona göstəriləcək xidmət üçün rüsum ödəməlidir. Rüsumun ödənilməsi barədə sənəd təqdim edildikdən sonra beş gün ərzində həmin orqan nasaz nəqliyyat vasitəsinin olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə keçirməlidir. Həmin Qanunun 32-ci maddəsinin İ-ci hissəsinə görə bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. Həmin Qanunun 32-ci maddəsinin İİ-ci hissəsinə görə nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 48-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ya girov qoyulmasına dair müqavilələr isə onların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X10 İdarəsi tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin müayinədən keçirilməsi iddiaçıya həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi üçün tələb edilir. Yuxarıda qeyd olunan maddi hüquq normaların tələbləri baxımından məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin müayinədən keçirilməsi üçün hər hansı bir maneə mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobili Baş Dövlət Yol Polis İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X9 tərəfindən müayinədən keçirilməlidir. İddia tələbinin mənəvi ziyan ilə bağlı hissəsini araşdıraraq məhkəmə hesab edir ki, bu hissədə iddi tələbi təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlar ilə əsaslandırır. İlk öncə nəzərə alınmalıdır ki, mənəvi ziyanla bağlı tələb edilən kompensasiya İPMnin 2.2.7-ci maddəsində nəzərdə tutulmuşdur və həmin tələbin hüquqi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrində öz əksini tapmışdır. Qeyd olunan Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsi ilə bağlı (mənəvi ziyanla bağlı fiziki və mənəvi iztirabların keçirilməsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının olmasına baxmayaraq məhkəmə hesab edir ki, hazırkı mübahisəyə qeyd olunan müddəanın tətbiq edilməsi həyata keçirilə bilməz. Məhkəmə qeyd etməyi zəruri bilir ki, inzibati orqan olan BDYPİ iddiaçının tələbinin yerinə yetirilməməsi üçün hüquqi əsasa söykənmişdir. Başqa sözlə desək avtomobilin texniki baxışdan keçirilməməsi üçün iddiaçının barəsində “yol nişanlarının tələblərinə riayət edilməməsi ilə bağlı İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında (EQ ******* saylı, 31 oktyabr 2019-ci il tarixli) protokolun mövcud olması “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin Vİ-İ hissəsinin 4-cü bəndinə əsasən nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməməsi üçün əsas hesab edilir. Başqa sözlə desək İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş cərimə iddiaçı tərəfindən ödənilmiş olsaydı cavabdeh təşkilata qarşı mənəvi ziyanla bağlı tələbə baxılması məqəsədəmüvafiq hesab edilə bilərdi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi sonuncu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışdan keçirilməsi və həmin minik avtomobilinin 2018-ci ildə texniki baxışdan keçirilməməsi ilə bağlı pozuntuya görə təyin olunmuş cərimələrin mövcudluğunu əsas göstərməklə texniki baxışdan keçirməkdən imtinadan çəkinmək öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin üzərinə qoyulsun. "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobilin müayinədən keçirilməsi öhdəliyi Baş Dövlət Yol Polis İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X8 həvalə olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1136/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1136/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver